Kafedra: «İctimai elmlər»


olduqca çətindir. Onun reallığı gizli, sürüşkən və ələkeçməz olur



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   2   3   4   5   6   7   8   9   ...   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

olduqca çətindir. Onun reallığı gizli, sürüşkən və ələkeçməz olur. 

Fəlsəfə  tarixində  şüura  münasibətdə  çox  müxtəlif  mövqe  və  konsepsiyalar  olmuş. 



Materialist  konsepsiya  hesab  etmişdir  ki,  şüur  materiyanın  uzun  sürən  təkamülünün 

nəticəsidir.  Materiya,  təbiət  həmişə  mövcud  olmuş,  insan  isə  daha  sonralar  meydana 

çıxmışdır.  Şüur  isə  materiyanın  yüksək  inkişaf  etmiş  təzahürünün,  insan  beyninin 

xassəsi, məhsuludur. 

Qədim  fəlsəfənin  materialist  filosofları:  Demokrit,  Epikür,  Lukretsi  Kar  və  b. 

iddia etmişlər ki, şüur insan bədənindən asılıdır. 0, "ruh, şüur" insanın anadan olması ilə 

meydana gəlir. Əgər uşaqda duymaq, hiss etmək zəifdirsə, fikirlər isə yoxdursa, bunlar 

hamısı bədənin, cismin təkmilləşməsi və inkişafı ilə əlaqədar tədricən yaranır və inkişaf 

edir ki, təfəkkür meydana gəlir. Bədən zəifdirsə, məhv olub getdikcə şüur zəifləyir, yox 



 

olur.  Demokrit  və  Epikürə  görə,  bədənin  səthinin  altında  incə  atomlar  təbəqəsi  vardır, 



onlar  xarici  siqnalı  alır,  şüura  çevirir.  Şüurun  (ruhun)  daşıyıcıları  həmin  maddi 

"obrazlardır", "bədənsiz ruh boş sözdür, əbəsdir". 

Qədim Yunan filosofu Heraklitin "loqos" təliminə görə sözlər, ideyalar, fikirlər və 

s.  bütün  maddi  şeylərin  mahiyyətini  təşkil  edir.  Sofistlər,  xüsusilə  də  Sokrat  fəlsəfə 

tarixində  ilk  dəfə  maddi  və  idealı,  şeylərlə  fikirləri  fərqləndirmək  ideyasını  irəli 

sürmüşlər. Platon isə xüsusi "İdeyalar aləmini". "Maddi aləmə" qarşı qoymuş, birincini 

müəyyənedici hesab etmişdir. 


Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin