Obyektiv və subyektiv idealizmin qədim və müasir nümayəndələri şüuru (ruhu),
hansı şəkildə olmasından asılı olmayaraq ("Dünya ruhu", "Mütləq ideya", insan şüuru və
s.) maddi gerçəkliyin əsasına qoymuş, onu materiyaya nisbətən müəyyənedici və ilkin
substansiya hesab etmişlər. Platondan Hegelə qədər, Fixte, Şellinq, Berkli və başqaları
real gerçəkliyin şüurdan asılı olduğunu müxtəlif formalarda əsaslandırmağa çalışmışlar.
C.Berkli şüurun ("ruhun") müəyyənediciliyini, onun fəallığı ilə əsaslandırırdı. Hegel
şüuru "subyektiv ruh" adlandırsa da. nəhayət onu "obyektiv ruhla" eyniləşdirdi. Yeni
dövrün xüsusilə XVII - XVIII əsərlərin fəlsəfəsində şüura münasibətdə də müəyyən
dəyişikliklər baş vermişdir. R.Dekart iddia edirdi ki, şüur (ruh) gerçəkliyin
mövcudluğunu şərtləndirir. O, deyirdi ki, əgər mən müəyyən hadisə və prosesin
mövcudluğuna etiraz edirəmsə, deməli "Mən fikirləşirəm". Lakin ancaq mövcud olanlar
haqqında fikirləşmək ola bilər. Deməli, "mən fikirləşirəmsə, mən mövcudam". "Əgər
fikirləşməyim kəsilsə, deməli, mövcud deyiləm". Onun fikrincə ancaq "fikirləşən əşya -
ruh, zəka, şüur - mövcudluğun əsasıdır". "Ruh, şüur fikirləşir, can, bədən hərəkət edir,
yaşayır". Şüur, təfəkkür "fikirləşən substansiyanın" fəaliyyətidir, müstəqil mövcuddur,
bədəndən, maddi olandan asılı deyildir. Materiya da "fikirləşən substansiyadan" asılı
deyildir. Dekart bununla da şüura münasibətdə materializm və idealizm mövqelərini
birləşdirməyə çalışır, lakin etiqada deyil, zəkaya, idraka üstünlük verirdi.
Yeni dövr filosoflarından olan T.Hobbs təfəkkürün əsasını duyğuların təşkil etdiyi,
duyğuların isə insanın bədən üzvlərinin və daxili hissələrinin hərəkəti nəticəsi olduğunu
7
təsdiq edirdi. Ona görə şüur, insan bədəninin daxili orqanlarının hərəkəti nəticəsidir.
XVIIİ əsr fransız materialisti G.Helvetsi isə iddia edirdi ki, şüur insan və heyvan
orqanizminin hiss etmək və yaddaş qabiliyyətinin nəticəsidir, şüurun mənbəyi maddi
xarici aləmdir, vasitəsi isə duyğulardır. Biz nəyi görmürük, eşitmirik, toxunmuruq, onlar
insan əqli üçün əlçatmazdır: "şüur beynin funksiyasıdır".
XVIII əsr materializminə mənsub olan bəzi filosoflar isə (B.Spinoza, D.Didro,
Dostları ilə paylaş: |