Kafedra: «İctimai elmlər»



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   ...   5   6   7   8   9   10   11   12   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

İncəsənət. İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki 

dərk olunmasının xüsusi tipidir. 




15 

 

İctimai  şüur  formalarının  hər  biri  ətraf  aləmi  özünəməxsus  üsullarla,  (elm  - 



anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq - qanunlarla, əxlaq - davranış normaları ilə və 

s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə inikası 

formasıdır. 

Bədii  surətlərin  mənbəyi  real  həyat  gerçəklikləridir,  bədii  obrazların  əsasında 

həyat  həqiqətləri  durur.  İncəsənət,  əsasən,  müəyyən  peşəkar  qrupun  -  şairlərin, 

rəssamların,  heykəltəraşların,  musiqiçilərin  və  i.a.  fəaliyyət  sahəsidir.  Bununla  yanaşı 

incəsənətin  müxtəlif  növlərini  öyrənən  ayrı-ayrı  incəsənətşünaslıq  sahələri  meydana 

gəlmişdir.  Peşəkar  sahədən  kənarda  incəsənət  öz  kökləri  ilə  daha  dərin  tarixi  inkişaf 

dövrlərində,  xalq  yaradıcılığı  formasında  (mifologiya,  folklor  və  s.)  inkişaf  etmişdir. 

Bununla  bərabər  dünyanın  gözəllik  qanunları  əsasında  mənimsəməyin  mahiyyəti  və 

qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır. 

İncəsənətə ideologiya, siyasi şüur xüsusi təsir göstərir. Eyni zamanda ətraf aləmi 

əks  etdirən  incəsənət  insanlara  dünyanı  dərk  etməkdə  kömək  edir,  siyasi,  mənəvi  və 

bədii tərbiyədə qüdrətli vasitə rolunu oynayır.  

Estetik  münasibətlər  insan  cəmiyyətinin  yaranması  dövründə  meydana  gəlmiş, 

dəyişmiş  və  inkişaf  etmişdir.  Cəmiyyətin  inkişafı  ilə  əlaqədar  olaraq  estetik 

münasibətlərin  mənbəyi  olan  sosial  gerçəkliklər  də  dəyişir.  İnsanların  zövqü,  onların 

estetik idealları və estetik təsəvvürləri, ictimai həyatın bütün tərəflərini daha dərindən 

və  düzgün  əks  etdirmək  tələbatı  incəsənətin  yeni  növlərini  və  janrlarını  meydana 

gətirir. 

İncəsənət  nəinki  gerçəkliyi  əks  etdirir,  o,  eyni  zamanda  "xüsusi  dünya"  nisbi 

müstəqilliyə  malik  bədii  obrazlar  dünyası  yaradır.  İncəsənətdə  hər  hansı  bir  əsər  öz 

bədiiliyi,  ideallılığı  nöqteyi-nəzərindən  qiymətləndirilir.  İncəsənət  və  həyat  bir  - 

birindən  ayrılmazdır.  Gerçəkliklərin  dərk  olunması,  sənətkar  tərəfindən  həyat 

materiallarının  fəal  estetik  yeniləşdirilməsi  incəsənətin  yalnız  bir  tərəfini  təşkil  edir. 

Onun  ikinci  tərəfi  insanların  davranışına,  onların  hiss  və  fikirlərinə,  incəsənətin 

yaradıcısı  olan  insanın  mənəvi  formalaşmasına  məqsədyönlü  təsirdir.  İncəsənətin 



16 

 

vəzifəsi  şəxsiyyətə  və  onun  vasitəsilə  cəmiyyətə  təsir  etməkdir.  İncəsənət  xalqlar 



arasında  qarşılıqlı  anlaşma,  onların  mədəni  inkişafı  və  qarşılıqlı  zənginləşməsi  üçün 

imkan yaradır. 

Elmi-texniki  tərəqqi  şəraitində  mədəniyyətin  inkişafında  kütləvi  kommunikasiya 

vasitələri  xüsusi  rol  oynayır.  Onlar  reproduktiv  (retranslyasiya,  bədii  dəyərlərin 

nümayişi,  geniş  auditoriya  üçün  incəsənət  əsərlərinin  sərgisi)  və  produktiv  (kino-

fotoqrafiya,  televiziya  və  b.  sahələrdə  estetik  dəyərlərin  təkrar  istehsalı)  funksiyalarını 

yerinə yetirir. 

İncəsənət  milli  xarakter  daşıyır.  Onun  milliliyi  hər  şeydən  əvvəl  hər hansı  xalqın 

xarakterinin izlərini, həyat  tərzini, adət  və  ənənələrini, onun  maraqlarını, mübarizəsini, 

fikir  və  həyəcanlarını  əks  etdirməsində  özünü  göstərir.  Xalqın  həyatı  və  mübarizəsi 

qabaqcıl  incəsənətin  məzmununu  zənginləşdirir,  sənətkara  ilham  verir.  İncəsənətin 

xəlqiliyi  həm  də  xalq  kütlələrinin  mənəvi  yaradıcılığı  ilə  əlaqəsində  təzahür  edir. 

İncəsənət  öz  kökləri  ilə  xalqın  həyatı  ilə  bilavasitə  bağlıdır.  Xalqın  maraqları  ilə 

yaşamaq,  onun  sevincinə  və  kədərinə  şərik  olmaq,  həyatın  həqiqətlərini  təsdiqləmək, 

incəsənətdə  həqiqi  xəlqilik  deməkdir.  Cəmiyyətin,  xalqın  tələbatından  meydana  çıxan, 

onun həyatmı düzgün əks etdirən həqiqi sənət əsərləri uzun müddət yaşayır, mədəni irs 

kimi  qorunub  saxlanılır.  Zamandan  asılı  olmayaraq  belə  bədii  dəyərlər  öz  qiymətini 

həmişə saxlaya bilir. Məhz bu xüsusiyyət incəsənətin ən mühüm keyfiyyətlərindəndir. 

Xalqın  həyatım,  öz  dövrünün  adamlarının  bədii  obrazlarını  özünəməxsusluqla 

yaradan  sənətkar  təkcə  fərdi  deyil,  həm  də  tipik,  ümumi  cəhətləri  göstərən  bədii  əsər 

yaratmış olur. Odur ki, bu əsərlərin yaratdığı estetik hisslər təkcə bir sinfin və ya dövrün 

adamları  üçün  deyil,  müxtəlif  dövrün  adamlarına,  ölkələrinə,  xalqlarına  məxsusdur. 

Onlar ümumbəşəri xarakter daşıyır. Bu deyilənlərə əsasən biz incəsənəti ictimai şüurun 

xüsusi  forması,  gerçəkliyi  mənimsəməyin,  onu  bədii  şəkildə  əks  etdirməyin, 

qiymətləndirməyin  və  insanın  yaradıcı  fəaliyyətinin  xüsusi  bir  forması  kimi  müəyyən 

edə bilərik. 




17 

 


Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin