Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din
cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana
gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq
olmaz.
İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək
imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur.
Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları
ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm)
qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.
Dinlərin tarixi göstərir ki, heç bir xalqda din bəzi teoloqların iddia etdikləri kimi
monoteizmdən, yəni vahid allah təlimindən başlanmamışdır, monoteizmdən əvvəl bir
neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur.
Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad öz əsas aşağıdakı xüsusiyyətlərlə
xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz
göstərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq,
incəsənət, hüquq da bu ideoloji təsir dairəsindən kənarda qalmır.
Bununla bərabər tarixi inkişaf sübut edir ki, cəmiyyətdə baş verən sosial
təbəddülatların, çevrilişlərin tə'siri altında dinlər dəyişilmiş, onlarda müəyyən islahatlar
aparılmışdır.
Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristianlıq
sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk xristianlığın
bəzi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi münasibəti və i.a.
aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində başqa dini
cərəyanların, qolların yaranması prosesi baş vermişdir.
Dünya dinlərinin meydana gəlməsi müxtəlif ölkələr və xalqlar arasında siyasi,
iqtisadi və mədəni əlaqələrin uzunmüddətli inkişafının nəticəsidir. Qədim dinlərə xas
olan kosmopolit xarakter onlara milli sərhədləri aşaraq Yer üzərində geniş yayılmağa
imkan vermişdir.
18
Hazırda bütün dinlərdə elmin və texnikanın inkişafı ilə, cəmiyyət həyatındakı dərin
inqilabi proseslərlə əlaqədar olan yeni şəraitə uyğunlaşmaq prosesi gedir. Lakin müasir
dünyada din mahiyyəti etibarilə özünü sosial yeniləşmə, quruculuq qüvvəsi kimi deyil,
ancaq adət-ənənə və mərasimlərin toplusu kimi təzahür etdirir.
Dostları ilə paylaş: |