Dosent Y.İ.Ələkbərov;
Baş müəllim A.Z.Cahangirov;
Müəllimlər: V.İ.Məmmədov;
S.T.Məhərrəmova;
N.Ş.Lətifov.
R.Ş.Verdiyev
1. TEMATİK-METODİK GÖSTƏRİŞLƏR
Azərbaycan Respublikasının bəzi ali məktəblərində (texniki ali məktəblərində) həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar “Mülki müdafiə” fənni ayrı-ayrı tədris edildiyi üçün onların proqramı da müxtəlifdir, proqramlarda çoxlu təkrarlanmalara yol verilir. Humanitar və pedaqoji ali məktəblərdə isə insanların gündəlik fəaliyyətində (işdə, məişətdə və s.) qarşılaşdıqları adi təhlükə hallarından (səs-küydən, tozdan, cərəyandan, qazdan və sairə) mühafizə tədbirləri tədris edilmir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci tarixli 1182 saylı Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılması və həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar məsələlərin Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, ali məktəblərdə “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin tədrisi məsələlərinə yenidən baxılması gündəmə gəlir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı Qərarına görə:
- Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin “Həyat fəaliyyətinin təhlükəsizliyi” hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
-“Həyat fəaliyyətinin təhlükəsizliyi” - ali məktəblərdə əyani şöbənin bütün tələbələrinə öyrədilməsi üçün tədris planına xüsusi fənn kimi daxil edilir.
- Ali məktəblərin tələbələrinə “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənni qüvvədə olan proqrama müvafiq tədris edilir.
- Tələbələrə “Həyat fəaliyyətinin təhlükəsizliyi” öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
- Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
- Tibbi biliklərin əsasına yiyələnmək və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmaq;
- Ümumtəhsil məktəblərinin 1, 5, 6 siniflərində “Mülki müdafiə” və “Tibbi-sanitariya hazırlığı” üzrə məşğələlər aparmağı bacarmaq.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənni imtahan verməklə qurtarır.
“Həyat fəaliyyətinin təhlükəsizliyi” fənnin öyrənilməsində tələbələr aşağıdakıları
bilməlidir:
-İnsan fəaliyyıtinin formalaşmasının əsas siniflərini (yüngül, ağır, fiziki və əqli
əmək).
-Bədbəxt hadisələrin qeydiyyatı tədqiqində dövlət və ictimai təşkilatlarının
rolunu.
-Təhlükə haqqında anlayış və tərifləri.
-Təhlükəni xarakterizə edən amilləri.
-Müəssisələrdə və yaşayış yerlərində insanlara təhlükə törədən neqativ amilləri.
-İstehsalat və məişət qəzaların səbəblərini.
-Bədbəxt hadisələrin qeydə alınmasını və tədqiqatını.
Dostları ilə paylaş: |