Ferrit və ferrit- perlit əsaslı boz çuqunlar.
Bura CЧ 12, CЧ15, CЧ 18 və s. olan markalar daxildir. Az məsuliyyətli sahələrdə CЧ 12- özül plitə, inşaat dirəkləri və elektrik mühərriklərinin gövdələri hazırlanır. CЧ15, CЧ 18 markalardan divarının qalınlığı 10...20 mm olan avtotraktor hissələri, dəzgah gövdələri və s. hazırlanır;
Perlit əsaslı çuqunlar. Bu qrupa CЧ 21, CЧ24, CЧ 28, CЧ 32, CЧ36, CЧ 40 markalı çuqunlar daxildir. Bunlardan məsuliyyətli yerlərdə -yüksək təzyiq, sürtünmə və ağır şəraitdə işləyən, divarının qalınlığı 60...100 mm olan kompressorların, fontan armaturların və turbinlərin gövdələri, mühərrik blokları, porşenlər və onların üzük-ləri, silindrlər və s. tökülür. Perlitli çuqunlara xüsusi aşqarlar (modifikator) qatmaqla modifisirlənmiş çuqunlar (CЧ30, CЧ 35) alınır. Bunun üçün maye çuquna 0,3...0,8% qrafit, 74%-li ferrosilisium və CaSi-kat qatılır.
Antifriksion çuqunlar. Sürtünməyə işləyən maşın hissələri (yastıqlar, oymaqlar) hazırlamaq üçün istifadə olunur. Antifriksion çuqunlara AЧC-1, AЧC-2, AЧC-3 və s. markaları göstərmək olar. Burada A- antifriksion, Ч –çuqun, C- boz olduğunu göstə-rir. AЧC-2 tərkibi: 3,2...3,8%C; 1,4...2,2%Si; 0,3...1,0% Mn; 0,15...0,4% P; ≤0,12% S; 0,2...0,5% Cr; 0,2...0,5% Ni; 0,03...0,1 Ti və 0,2...0,5% Cu olur.
Yüksəkmöhkəmlikli çuqunlar “BЧ”hərfləri və rəqəmlərlə markalanır. B- yüksək möhkəmliyi (высокопрочный), Ч- isə çuqunu göstərir. Hərflərdən sonrakı rəqəmlər dartılmada möhkəmlik həddini göstərir (x10Mpa). BЧ50, BЧ60, BЧ70, BЧ80, BЧ100, BЧ120 markalı çuqunların metallik əsası qerlit, BЧ45 –in metallik əsasə ferrit və perlit, CЧ 35, CЧ40, CЧ 45 isə metallik əsas ferritdən ibarətdir. perlit əsaslı çuqunlarda və -dir. Ferrit əsaslı BЧ- da və -dir.
Bu çuqunlar çox məsuliyyət tələb olunan traktor və avtomobillərin dirsəkli vallarını, yayma dəzgahlının bir çox hissələri, nasos və ventillərin korpusları və s. hazırlanır.
Vermikulyar qrafitli çuqun (VГЧ) yeni konstruksiya materialı kimi ümumi maşınqayırmada, dizel mühərriklərinin hazırlanmasında və metallurgiyanın müxtəlif sahələrində istifadə edilir. Çuqunda vermikulyar qrafitin alınması üçün hal – hazırda müxtəlif üsullardan istifadə edirlər. Bu məqsədlə xarici ölkələrdə maye çuquna tərkibində 0,015...0,040% Mg, 0,2...0,5% Ti və 0,001...0,01% Ce (cerium) olan liqatur verirlər. Çuqunda qalan Mg –un miqdarı 0,015...0,025% olmalıdır. Geniş yayılmış liqaturun tərkibində 30% nadir torpaq metallar, 40...50%Si, 20...30% -i isə Fe olur. Maye çuquna verilən liqaturun miqdarı onun tərkibində olan NTM –in və çuqunda olan S miqdarından asılıdır. Belə çuqunların mexaniki xassələri: olur.
Dostları ilə paylaş: |