Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə18/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

716) Bu gün üçün kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun müalicəsində hansı prinsip işlənilmir? (EİT - elektroimpuls terapiyası, EKS - Elektrokardiostimulyator).
A) Vena daxilinə mayenin yeridilməsi (əks - göstəriş olmadıqda)

B) Ürəyin ritm pozğunluğunda EİT və ya EKS - nın istifadəsi

C) İnotrop dərmanların işlədilməsi

D) Periferik vazodilatatorların işlədilməsi (arterial təzyiqə nəzarət)

E) Fosfodiesterazanın inhibitorlarının iştifadəsi (eufillinin)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 568.
717) Kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun müalicəsində ümumi tədbirlərə nə aid deyil?
A) hormonoterapiya

B) oksigenoterapiya

C) hemodinamik monitorinq

D) ağrısızlaşdırma

E) trombolitik terapiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 568
718) Hansı əlamətləri kardiogen şokun əsas meyarlarına aid etmək olmaz?
A) şokun periferik simptomları

B) oliqouriya (sidik ifrazı - 20ml/saat - dan az), anuriya

C) nəbz arterial təzyiqin 30 mm c. süt. və aşağı enməsi

D) diastolik arterial təzyiqin 70 mm c. süt. - dən çox olması

E) sistolik arterial təzyiqin 80 mm c. süt. və aşağı enməsi
Ədəbiyyat: Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər, Kardiologiya, l cild. Bakı, 2011, səh.387
719) Aşağıdakılardan hansı meyar kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun ağırlığını müəyyən etmir? (AT - arterial təzyiqin səviyyəsi).
A) Depressor preparatlara reaksiya

B) AT - nın səviyyəsi

C) Şokun davam müddəti

D) Oliqouriyanın dərəcəsi

E) Turşu - qələvi müvazinətinin pozğunluq səviyyəsi
Ədəbiyyat: Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər, Kardiologiya, l cild. Bakı, 2007, səh. 387
720) Miokard infarktının hansı lokalizasiyasında sinoaurikulyar (SA) düyünün qan təchizatının pozulması baş verir?
A) önseptal (ön çəpər)

B) arxadiafraqmal (aşağı)

C) ön yayılmış

D) önbazal (ön hündür)

E) yan
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
721) Sol mədəciyin arxadiafraqmal (aşağı) divarı n.vagusun afferent reseptorları ilə zəngin olduğundan həmin zonanın infarktı zamanı sinus bradikardiyası aşağıdakılardan hansının pozuntusu ilə birgə rast gəlinmir?
A) kəskin arterial hipotoniya ilə

B) epiqastral nahiyədə ağrılarla (miokar infarktın ilk saatlarında)

C) ürək bulanması ilə

D) ağız suyunun axması ilə

E) qusma ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
722) Aşağıdakılardan hansı hal miokard infarktlı xəstələrdə sinus taxikardiyasının daha çox rast gələn səbəbi hesab olunmur?
A) kəskin mədə - bağırsaq qanaxması

B) qızdırma

C) parasimpatik sistemin tonusunun artması

D) hiperkatexolaminemiya (stress, ağrı, xəstəliyin ilk saatlarında ölüm qorxusu)

E) durğunluq urək çatışmazlığı (miokard infarktın gecikmiş dövründə)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр. 571 - 572
723) Əgər kəskin miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik forması baş veribsə və xəstə onu pis keçirirsə, həmçinin ürək çatışmazlığı əlamətləri artırsa, onda paroksizmi yox etmək üçün hansı müalicənin təyini daha yaxşıdır? (EİT - elektroimpuls terapiya).
A) Lidokain vena daxilinə şırnaqla və oksigenterapiya

B) EİT və ya amiodaron vena daxilinə damcı ilə

C) Xinidin daxilə və dil altına nifedipin

D) Diqoksin vena daxilinə damcı ilə və ya kardioversiya

E) Propranalol daxilə (yüksək dozada)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
724) Mədəciküstü takikardiya ilə fəsadlaşmış miokard infarktlı xəstələrin müalicəsində ağır fəsadlaşmalar törətdiyi üçün hansı metodun həyata keçirilməsi məsləhət deyil?

1. Göz almalarına təzyiq etmək

2. Karotid sinusu massaj etmək

3. Valsalva sınağını həyata keçirmək

4. Vena daxilinə bolüsla adenozin yeritmək

5. Verapamili vena daxilinə yeritmək
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
725) Miokard infarktı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və/və ya ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun damcı üsulu ilə venaya ilkin yeridilmə dozasını göstərin?
A) 450 - 600 mq

B) 900 - 1000 mq

C) 300 - 450 mq

D) 150 - 250 mq

E) 600 - 900 mq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
726) Miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun venaya sutkalıq yeridilmə dozasını göstərin (mq - la)?
A) 650 - 850

B) 150 - 250

C) 450 - 600

D) 900 - 1200

E) 300 - 450
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2011, стр. 273, 569
727) Hansı ritm pozğunluğu mədəcik taxikardiyası və mədəcik fibrillyasiyasının baş verməsiylə assosiasiya olunan yüksək riskli proqnostik arzu olunmaz (pis) mədəcik ekstrasistoliyasına aid edilmir?
A) erkən (“R - in Т üstünə” tipli)

B) qrupşəkilli və “yaylımlı”

C) qoşa

D) tez - tez (saatda 20 - dən az)



E) politop və polimorf
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 573

Arterial hipertenziya

728) Miokard infarktlı xəstələrdə arterial hipertoniyanın ən xarakter ağırlaşması hansıdır?

A) mədəcik paroksizmal taxikardiyası

B) miokardın cırılması

C) pnevmoniya

D) tromboemboliya

E) mədə-bağırsaq qanaxmaları


Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006

729) Arterial hipertoniyası olan stenokardiyalı xəstələrdə hansı qrup preparatları təyin etmək lazımdır?

A) raunatin

B) beta-blokatorlar

C) kalsium antaqonistləri

D) minoksidil

E) hidralazin (apressin)


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000

730) Bədxassəli arterial hipertoniya xəstəliyi üçün xarakter simptomlar hansılardır?

A) bütün sadalananlar

B) böyrəklərin funksiyalarının pozulması

C) göz dibinin ağır zədələnməsi

D) yüksək arterial təzyiq (220/130 mm.c.süt.)

E) hipertonik ensefalopatiya


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

731) Aşağıdakı preparatlardan hansı qanın lipid spektrinə mənfi təsir edir?

A) atenolol və triampur

B) triampur

C) bütün sadalanan preparatlar

D) furosemid

E) atenolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

732) Feoxromositomaya hansı simptom aid deyil?

A) Ortostatik hipotenziya, β-blokatorlara pressor effekt

B) Güclü baş ağrıları, tərləmə və ürəkdöyünmə

C) Qlükozaya tolerantlığın pozulması

D) Çətin nəzarət olunan arterial hipertenziya

E) Ailə anamnezi


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Arterial hipertenziyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol "səh.21
733) Feoxromositoma zamanı hipertonik krizin müalicəsində hansı preparatın venadaxili yeridilməsi effektlidir?

A) dibazol

B) pentamin

C) qlikozidlər

D) klofelin

E) fentolamin


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

734) Sol mədəcik çatışmazlığı ilə ağırlaşmış hipertonik krizin müalicəsində hansı preparat istifadə olunur?

A) panangin

B) propranolol (anaprilin, obzidan)

C) verapamil (izoptin, finoptin)

D) strofantin

E) nitroprussid natrium


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

735) Güclü baş ağrısı, tərləmə, ürəkdöyünmə ilə müşayiət olunan hipertonik krizlər hansı xəstəlik üçün xarakterdir?

A) şəkərli diabet

B) feoxromositoma

C) insult

D) aortoarteriit

E) birincili hiperaldosteronizm


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

736) Aşağıdakı xəstəliklərin hansında kəskin zəiflik tutmaları, keçib gedən parezlər, qıcolmalar, poliuriya, nikturiya müşahidə olunur?

A) insult

B) aortanın koarktasiyası

C) birincili hiperaldosteronizm

D) feoxromositoma

E) renovaskulyar hipertenziya


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

737) Təcrid olunmuş sistolik hipertoniya hansı xəstəlik üçün xarakterikdir?

A) kəskin bradikardiya

B) aortal çatmamazlıq

C) tireotoksikoz

D) aortanın aterosklerozu

E) bütün sadalananlar


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

738) Hansı preparatlar miokardın yığılma qabiliyyətini azaldır, lipid mübadiləsinə mənfi təsir göstərirlər?

A) prazozin

B) kalsium antaqonistləri

C) kaptopril

D) lozartan

E) β-adrenoblokatorlar


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

739) Hansı hallarda arterial təzyiqin sürətlə azaldılması əks göstərişdir?

A) inkişaf edən böyrək çatmamazlığı zamanı

B) beyin qan dövranının pozulması zamanı

C) aortanın laylanan anevrizması zamanı

D) aortanın koarktasiyası zamanı

E) hipertonik ensefalopatiyada


Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006.

740) Aorta anevrizması olan xəstələrdə Arterial Təzyiqin azaldılması üçün hansı preparat istifadə olunur?

A) droperidol

B) apressin

C) natrium nitroprussid və beta-adrenoblokatorlar

D) furosemid

E) klofelin və beta-adrenoblokatorlar


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

741) Aşağıdakılardan hansı sistolik AT-nin artmasına səbəb ola bilər?

A) II-ci dərəcəli sinoatrial blokada

B) II-ci dərəcəli atrioventikulyar blokada

C) sadalananlardan heç biri

D) tam köndələn blokada

E) His dəstəsinin sol və ya sağ ayaqcığının blokadası


Ədəbiyyat: Ж.Д. Кобалова, Й.В. Котовская. Артериальная гипертония, 2001.

742) Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?

A) berlipril

B) propranolol

C) perindopril

D) prazozin

E) diltiazem RR (diltiazemin retard forması)


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

743) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?

A) Gara ciyər

B) Böyrək

C) Ağ ciyərlər

D) Mədə

E) Gırtlag


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
744) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq müayinə üsuluna hansı aiddir ?

A) Auskultasiya

B) Exokardioqrafiya

C) Rentgenoloji müayinə

D) EKQ

E) Perkussiya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
745) Hansı β-blokatorda vazodilyatasiya xüsusiyyətləri daha çox qeyd edilir?

A) Bisoprolol

B) Karvedilol

C) Nadolol

D) Propranolol

E) Atenolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
746) ÜST ekspertlərinin tövsiyələrinə əsasən III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?

A) Sistolik AT 200 çox, diastolik – 110 çox

B) Sistolik AT 130 az, diastolik – 85 az

C) Sistolik AT 180 çox, diastolik – 110 çox

D) Sistolik AT 140 az, diastolik – 90 az

E) Sistolik AT 140 çox, diastolik – 90 az


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
747) Hansı faktorlar arterial hipertenziyanın risk faktorlarına aiddir?

A) Cins


B) Boy

C) Kalium və kalsiumun qida rasionunda miqdarı

D) Piylənmə

E) Maqnezium və dəmirin qida rasionunda miqdarı


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
748) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Qanda triqliseridlərin miqdarının artması

B) Sol mədəciyin hipertrofiyası

C) Qanda ümumi xolesterinin miqdarının 5,2 mmol-dan çox olması

D) Şəkərli diabet

E) Qanda ümumi xolesterinin miqdarının 6,5 mmol-dan çox olması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
749) Ensefalopatiyasız hipertonik kriz zamanı preparat seçimi hansıdır?

A) Diazoksid

B) Nifedipin (dil altına)

C) Labetolol

D) Metildopa

E) Maqnezium


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
750) Ekstrasistoliya ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Eprosartan

B) Nifedipin

C) Enalapril

D) Metoprolol

E) Amlodipin


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
751) Qaraciyərin funksiyasının pozulması ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Metildopa

B) Metoprolol

C) Diuretiklər

D) AÇF inhibitorları

E) Nadolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
752) Sinus bradikardiyası, sinus düyünün zəifləməsi zamanı və AV blokadalar ilə müşahidə edilən arterial hipertenziyanın müalicəsinin preparat seçimi hansıdır?

A) α1-adrenoblokatorlar

B) β-blokatorlar

C) Verapamil, diltiazem

D) Nifedipin

E) İvabradin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
753) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı azaldır?

A) AÇF inhibitorları

B) α-adrenoblokatorlar

C) Anqiotenzin II reseptorlarının blokatorları

D) β-blokatorlar

E) Kalsium antaqonistləri


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
754) Renoparenximatoz arterial hipertenziyanın əlamətləri hansıdır?

A) Qanda sidik turşusunun miqdarının yüksəlməsi

B) Qanda kreatinin miqdarının yüksəlməsi

C) Qanda ümumi zülalın miqdarının yüksəlməsi

D) Sidiyin müayinəsi zamanı oksalat duzların tapılması

E) Sidiyin müayinəsi zamanı dəyişiklik yoxdur


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
755) Hansı diuretiki arterial hipertenziyanın müalicəsində istifadə etmirlər?

A) Osmotik diuretiklər

B) Aldosteron blokatorları

C) Tiazid diuretikləri

D) Ilgək diuretikləri

E) Kalium saxlayıcı diuretiklər


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
756) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsinin əlamətinə hansı aiddir?

A) Albuminuriya sutkada 100 mq

B) Qanda sidik cövhərinin miqdarının artması

C) Eritrosituriya

D) Qanda kreatininin miqdarının azalması

E) Leykosituriya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
757) Hansı hipotenziv preparatla müalicə nəticəsində bəzi xəstələrdə müsbət Kumbs reaksiyası qeyd edilir?

A) Perindopril

B) Furosemid

C) Valsartan

D) Metoprolol

E) Hidrolazin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
758) Arterial hipertenziya ilə müşahidə edilən sistolik xroniki ürək çatmamazlığının müalicəsinin preparat seçimi hansıdır?

A) Diltiazem

B) Verapamil

C) Nitratlar

D) Ürək qlikozidləri

E) Mülayim təsirli diuretiklər


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
759) Arterial hipertenziya ilə müşahidə edilən miokard infarktı zamanı hipotenziv preparatların seçimi hansıdır?

A) Metaprolol

B) Prazozin

C) Nifedipin

D) Furosemid

E) Kandesartan


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
760) Diastolik arterial təzyiqin azalması hansı ürək-damar patologiyasının prediktoru sayılır?

A) Xroniki ürək çatışmamazlığı

B) Revmokardit

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Miokard infarktı

E) Hipotonik formalı neyrosirkulyator distoniya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
761) Arterial hipertenziyalı xəstələrdə qanda kreatininin miqdarı 2 mq/dl çox olduqda diuretik preparatların seçimi hansıdır?

A) Spironolakton

B) Tiazid diuretikləri

C) Ilgək diuretikləri

D) Diakarb

E) Indapamid


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
762) Arterial hipertenziya və şəkərli diabet zamanı β–blokatorlardan preparat seçimi hansıdır?

A) Bisopralol

B) Atenolol

C) Karvedilol

D) Metaprolol

E) Nadolol


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
763) Arterial hipertenziya zamanı hansı hallarda α-adrenoblokatorlar təyin edilir?

A) Aritmiyalar

B) Prostat vəzinin adenoması

C) ÜIX


D) Aortal qüsurlar

E) Durğunluq ürək çatışmazlığı


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
764) Arterial hipertenziyalı xəstələrdə böyrəklərin zədələnməsi zamanı AÇF inhibitorlarından preparat seçimi hansıdır?

A) Lizinopril

B) Fozinopril

C) Enalapril

D) Kaptopril

E) Perindopril


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
765) Arterial təzyiqin həddi nədən aslı deyildir?
A) arterial damarların divarının gərginlik dərəcəsindən

B) eritrositlərin sayından

C) damar (arterial) sisteminin həcmindən

D) ürəkdən çıxan qanın intensivliyindən və ürək atımından

E) dövr edən qanın həcmindən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
766) Arterial təzyiqin həddi hansı faktorlardan aslı deyildir?
A) ürəkdan çıxan qanın intensivliyindən

B) damar sisteminin (arterial) tutumundan

C) cinsdən

D) ürək vurğusunun ölçüsündən

E) dövr edən qanın həcmindən
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
767) Arterial təzyiqin qaqlxmasına və ya ürək kameralarının (boşluqlarının) dolmasına baroresrptorlar nə ilə cavab verirlər?
A) afferent impulsasiyanın fəaliyyətini (təsirini) artırmaqla

B) onurğa beyində və hıpotalamusda yerləşən vazomotor mərkəzlərin işini (təsirini)azaltmaqla

C) beyin yarımkürələrində yerləşən vazоmotor mərkəzlərin işini (təsirini) artırmaqla

D) damar tonusu requlyasiyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla

E) uzunsov beyində yerləşən vazomotor mərkəzlərin işini (təsirini) artırmaqla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
768) Təngnəfəslik şikayətli olan xəstədə adətən, yüksək arterial təzyiq, sol mədəciyin hipertrofiyası və atım fraksiyasının azalmaması əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) sağ ÜÇ

B) ağciyər ödemi

C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

D) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

E) periferik ödemlər/durğunluq
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
769) “X sindromlu” xəstələrdə yanaşı endotelin disfunksiyası ilə əlaqəli olan və simptomlar törədə bilən hipertenziya və hiperlipidemiya kimi risk amillərini, müvafiq olaraq, hansı preparatlarla müalicə etmək tövsiyə olunur?
A) Qeyri selektiv β-adrenoblokatorlar və antitrombositar preparatlar

B) Angiotezin çevirici fermentin inhibitorları və statinlər

C) Sidik qovucular və fibratlar

D) Rauvolf preparatları və nikotin turşusu

E) İf kanalları inhibitorları, eykozapentoen və dekozaheksaen turşularının etil efirləri
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32

770) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?

A) miokardın koronarogen mənşəli zədələnməsi

B) miokardın spesifik xəstəliyi

C) miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi

D) miokardın naməlum etiologiyalı zədələnməsi

E) miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi


Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin