Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Mitral stenoz zamanı aşağıdakı klinik simptomlardan hansı müşahidə edilmir?



Yüklə 453,92 Kb.
səhifə20/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

826) Mitral stenoz zamanı aşağıdakı klinik simptomlardan hansı müşahidə edilmir?

A) qanhayxırma

B) döş sümüyünün arxasındakı ağrılar

C) səsin tutulması

D) öskürək

E) sistolik arterial təzyiqin artması


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



827) Mitral stenoz zamanı EKQ-də hansı dəyişikliklər müşahidə edilir?

A) sol mədəciyin hipertrofiyasının EKQ-əlamətləri

B) P-mitrale, sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri

C) P-mitrale

D) P-mitrale, sol mədəciyin hipertrofiyasının EKQ əlamətləri

E) sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



828) Mitral qapaq taylarının prolapsı olan xəstələrdə ürək nahiyəsində olan diskomfort və aritmiyaları aradan götürmək üçün hansı dərman daha effektivdir?

A) kaptopril

B) kordaron

C) diqoksin

D) kalsium antaqonisti

E) beta-adrenoblokator


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



829) Klinik simptomlarla müşayiət olunan nəzərəçarpan aortal stenozun hansı müalicə üsulu proqnostik əhəmiyyətlidir?

A) cərrahi müalicə üsulu mütləq göstərişdir

B) sidikqovucuların və damargenəldicilərin tədbiqi

C) konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür

D) ürək qlikozidlərinin tədbiqi

E) cərrahi müalicə üsulu mütləq göstərişdir, konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



830) Hansı xəstəliklər zamanı mədəciklərin hemodinamik yüklənməsi ürək boşluqlarının dolmasının (ön yüklənmə yüksəlməsi) artması hesabına ürək çatışmazlıgına səbəb olur?

1. üçtaylı qapaq çatışmazlığı

2. qanın soldan sağa atılması ilə müşayiət olunan ürəyin anadangəlmə qüsurları

3. ürəyin amiloidozu

4. fibroelastoz

5. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi
A) 1, 3

B) 3, 4


C) 1, 2

D) 2, 3


E) 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 61

İnfeksion endokarditlər

831) Yarımkəskin infeksion endokarditdə informativ instrumental müayinə metodu hansıdır?

A) elektrokardioqrafiya

B) radionuklid ventrikuloqrafiya

C) fonokardioqrafiya

D) rentgenoloji müayinə

E) exokardioqrafiya


Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.

832) Stafilokokk etiologiyalı (S.aureus, S.epidermidis və başqaları) endokardit zamanı efektli müalicə üçün hansı antibiotiklər təyin olunur?

A) Oksasillin + gentamisin

B) Sefepim + gentamisin

C) Benzilpenisillin + gentamisin

D) Seftriakson + gentamisin

E) Amfoterisin B+ flukanazol


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,785
833) Penisillinə nisbi davamlı streptokokk mənşəli endokarditin müalicəsi zamanı hansı preparat təyin olunur?

A) Sefepim + gentamisin

B) Vankomisin + gentamisin

C) Amfoterisin B + flukanazol

D) Oksasillin + gentamisin

E) Seftriakson + gentamisin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 785
834) Aşağıdakılardan hansı kəskin infeksion endokarditi daha tez-tez törədir?

A) göbələklər

B) enterokoklar

C) göy-yaşıl irin çöpləri

D) stafilokoklar

E) streptokoklar


Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.
835) Miokardın zədələnməsinin ən əsas səbəbi kimi hansı xəstəlik hesab olunur?
A) ürəyin qapaq xəstəlikləri

B) ürəyin işemik xəstəliyi

C) kardiomiopatiyalar

D) arterial hipertenziya

E) infeksion endokardit
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
836) Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya xəstəlikləri beynəlxalq təsnifata (XBT-10) əsasən necə qeyd olunur?
A) I 11. 0

B) I 20. 1

C) I 23. 0

D) I 22. 2

E) I 21. 1
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
837) Stenokadiyanın digər formaları, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 11. 0

B) I 22. 0

C) I 23. 8

D) I 21. 3

E) I 20. 8
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
838) Dəqiqləşdirilməmiş stenokardiya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 23. 1

B) I 21. 8

C) I 22. 0

D) I 20. 9

E) I 11. 0
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
839) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən II funksional sinfə xas simptomlar nə zaman meydana çıxır?
A) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda

B) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətli yeridikdə, pilləkənlə, yoxuşla qalxdıqda, toxqarına, soyuq havada yeridikdə, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

C) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

D) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

E) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal sürətlə bir və ya iki kvartal məsafə yeridikdə (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxdıqda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
840) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən III funksional sinif xəstələrdə simptomlar nə zaman meydana çıxır?
A) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal şərtlərdə normal sürətlə bir və ya iki kvartal məsafə yeriyərkən (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxarkən

B) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

C) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətlə, soyuq havada və ya toxqarına yeriyərkən, pilləkənlə və ya yoxuşla qalxarkən, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

D) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

E) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
841) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən IV funksional sinif xəstələrdə simptomlar hansı halda meydana çıxır?
A) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

B) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası" olduqda

C) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

D) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal şərtlərdə normal sürətlə bir və ya iki kvartal məsafə yeridikdə (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxdıqda

E) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətli yeridikdə, pilləkənlə, yoxuşla qalxdıqda, toxqarına, soyuq havada yeridikdə, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
842) Anginoz ağrısı olan xəstələrin arasında qeyri - sabit stenokardiyanın ayırd edilməsi özünü hansı aşağıdakı formada büruzə vermir?
A) Ilkin stenokardiya, başlandıqdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran, yeni əmələ gələn ciddi stenokardiya

B) Miokardın infarktından sonrakı erkən stenokardiya, kəskin miokard infarktın baş verməsindən 48 saatdan 2 həftəyə qədər dövrdəki stenokardiya

C) Başlandıqdan sonra altı ay ərzində aktivliyi məhdudlaşdıran stenokardiya

D) Sürətlə şiddətlənən və ya kresçendo stenokardiya, daha doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının ağırlığının sürətlə artması

E) Sakitlik stenokardiyası
Ədəbiyyat: 1). Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10-11, 2). Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 478
843) Ehtimal olunan stenokardiyalı xəstələrin fiziki müayinəsində yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların təyin və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət yetirilərkən nələrin ayırd edilməsi əsas rol oynamır?
A) Ürəyin qapaq xəstəlikləri, dilatasion kardiomiopatiya əlamətləri və hipotoniya

B) Qeyri - koronar damar xəstəliyi ilə yanaşı gedən ciddi xəstəliklər, xüsusilə ağ ciyər patologiyaları

C) Ürək çatışmazlığının əlamətləri

D) Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksinin və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi

E) Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv kardiomiopatiya əlamətləri və hipertoniya
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10 - 11
844) Stenokardiyalı xəstələrin laborator - instrumental müayinələrində hansı müayinələrin aparılması cox vacib deyil? (Lp (α) - lipoprotein (α), ApoA - apoprotein A, ApoB - apoprotein B)
A) Yüksək həssaslıqlı C - reaktiv zülal, homosistein, Lp(α), ApoA, ApoB 1

B) Qanda acqarına lipid profili

C) Qanın ümumi analizi, kreatinin

D) Sidiyin ümumi analizi, sidikdə zülalın miqdarı

E) Qanda acqarına şəkər
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13
845) Sabit stenokardiyanın arzuolunmaz proqnozuna hansı dəyişiklik aid deyil?
A) ST seqmentinin elevasiyası (1mm qədər)

B) Sol ön hemiblokun mövcudluğu

C) Hiss dəstəsinin sol ayaqcığının tam blokadası

D) ST seqmentinin depressiyası (1 mm çox)

E) Q dişinin olması
Ədəbiyyat: 1). Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 14 2). Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 396
846) ÜİX diaqnozunun qoyulmasında fiziki yük sınağının həssaslığı və spesifikliyi, uyğun olaraq, neçə faiz təşkil edir? (ÜİX - ürəyin işemik xəstəiyi)
A) 87% və 99%

B) 58% və 67%

C) 66% və 78%

D) 68% və 77%

E) 77% və 87%
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
847) Hansı halda fiziki yük sınağının diaqnostik əhəmiyyəti var?
A) Miokardın işemiyasının ağrısız formasının aşkarlanmasında

B) Kardiostimulyator ritmində

C) Hiss dəstəsinin üç şaxəsinin tam blokadasında (üçdəstəli blokada)

D) WPW sindromu olduğu hallarda

E) Hiss dəstəsinin sol ayaqcığının tam blokadasında
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 14
848) Fiziki yükə maksimal tolerantlığın proqnostik göstəricisinin ölçüsünə aşağıdakılardan hansı aid deyil? (MET - metabolik ekvivalent).
A) Maksimal MET səviyyəsi

B) Ürək vurğularının maksimal sayı

C) Maksimal fiziki yükün davametmə müddəti

D) Ümumi periferik damar müqaviməti

E) Watt-la ifadə olunan maksimal iş yükü
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
849) Fiziki gərginliyin sonunda hansı göstəricilərin analizi stress testin klinik əhəmiyyətini artırmır?
A) Ürək vurğularının sayı

B) ST seqmentinin depressiyası

C) İş yükünün yüksək həddi

D) Test zamanı ağrının olub - olmaması

E) ST seqmentinin dəyişməməsi
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
850) Qeyri - stabil stenokardiya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 21. 0

B) I 11. 0

C) I 22. 0

D) I 23. 0

E) I 20. 0
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
851) Geniş yayılmış və özünün proqnostik əhəmiyyətini təsdiqləmiş stress perfuzion təsvir üsulunda yüksək risk amillərinə aşağıdakılardan hansılar aid deyil?
A) Testdən sonra radionuklidin qara ciyərdə toplanıb qalması

B) Ürəyin dərin yayılmış işemiyası

C) Ürək vurğularının sayının həddindən artıq olması

D) Testdən sonra radionuklidin ağciyərlərdə toplanıb qalması

E) Sol mədəciyin keçici işemiyasının genişlənməsi
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 17.
852) Fiziki yük sınağı mümkün olmadıqda hansı farmakoloji sınağdan istifadə edilməsi məsləhət deyil?
A) Β-adrenoblokatorlardan (propranalol və esmolol)

B) Qısa təsirli simpatomimetik dərmandan (dobutamin)

C) İzoprenalin preparatından

D) Koronar vazodilatatorlardan (adenozin və dipiridamol)

E) Ergometrin preparatından
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 17
853) Koronar arterioqrafiya hansı hallarda aparılmamalıdır?
A) Ciddi mədəcik tipli aritmiyalarda və ya ürək dayanmasından sonrakı vəziyyətdə

B) Perkutan koronar müdaxilədən sonra restenoz ehtimalının yüksək olduğu hallarda

C) Revaskulyarizasiya icra edilməsini tələb edən simptomlarda

D) Xroniki böyrək catışmazlıgında (eyni zamanda şəkərli diabet nəticəsində yaranmış)

E) Daha əvvəl proqnostik əhəmiyyətli damarlarda aparılmış perkutan koronar müdaxilədə
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 18
854) Stabil stenokardiyanın qeyri - farmakoloji müalicəsində hansı hal nəzərə alınmaya bilər?
A) Tütünçəkmə ilə aterosklerozun inkişafı və proqressivləşməsi arasında müsbət əlaqə olduğundan tütünün istifadə edilməməsi

B) Korreksiyası vacib olan hipotireozlu xəstələr

C) Omeqa 3 yağ turşusu ilə zəngin balıq yağının ən azı həftədə bir dəfə qəbul edilməsi

D) Xəstəliyin medikamentoz müalicəsi və pasiyentin təlimləndirilməsi

E) Ürəyin işemik xəstəliyi olanlarda bədən çəkisinin azaldılmasına və lipid mübadiləsinin pozulmasının korreksiyasına yönəldilmiş pəhriz
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 18
855) Stabil stenokardiyası olan xəstələrdə koronar trombozun qarşısının alınması üçün risk və faydaları müqayisə edilməklə əks göstərişlər olmadıqda, xəstələrə antitrombositar müalicə məqsədilə aspirin hansı dozada (mq) təyin olunmalıdır?
A) 450 - 600

B) 75 - 150

C) 50 - 75

D) 150 - 300

E) 300 - 450
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
856) Xüsusi göstəriş mövcud olan stabil stenokardiyalı xəstələrdə antikoaqulyant dərmanlar (varfarin və ya trombin inhibitorları) hansı halda rutin şəklində istifadə edilə bilər?
A) Mədəciküstü ekstrasistoliyada

B) Paroksizmal mədəciküstü taxikardiyada

C) Mədəcik ekstrasistoliyasında

D) Paroksizmal qulaqcıq taxikardiyasında

E) Səyrici aritmiyada
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
857) Sabit stenokardiyalı xəstələrin pravastatinlə müalicəsində klinik tədqiqatlarda təsdiq olunmuş xəstələnmə və ölüm göstəricilərini azaldan miqdarı gündəlik neçə mq təşkil edir?
A) 20

B) 10


C) 40

D) 50


E) 30
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
858) Əgər ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteid xolesterinin hədəf səviyyələri əldə edilməmişdirsə, statinin dozası necə dəyişməlidir?
A) Ilk birinci on gün artırılmalı, sonrakı günlər azaldılmalıdır

B) Artırılmalıdır

C) Ilk birinci on beş gün azaldılmalı, sonrakı günlər artırılmalıdır

D) Dəyişməməlidir

E) Azaldılmalıdır
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
859) Stabil stenokardiyalı xəstələrdə hansı pozğunluqlar olduqda angiotenzin çevirici fermentin inhibitorunun təyini göstəriş deyil?
A) Keçirilmiş miokardın infarktı

B) Ürək çatışmazlığı

C) Aortal stenoz, anemiyalar

D) Asimptomatik sol mədəcik disfunksiyası

E) Hipertoniya xəstəliyi, şəkərli diabet
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
860) Sübut olunmuş aşağı riskli ürəyin işemik xəstəliyində sabit stenokardiyası olan, lakin ürək çatışmazlığı olmayanlarda perindopril profilaktik məqsədlə sutkalıq hansı dozada təyin olunur?
A) 24 mq

B) 16 mq


C) 4 mq

D) 2 mq


E) 8 mq
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
861) Sübut olunmuş yüksək riskli ürəyin işemik xəstəliyində sabit stenokardiyası olan, lakin ürək çatışmazlığı olmayanlarda ramipril profilaktik məqsədlə sutkalıq hansı dozada təyin olunur?
A) 20 mq

B) 2, 5 mq

C) 10 mq

D) 1, 25 mq

E) 5 mq
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
862) Miokard infarktı keçirmiş sabit stenokardiyalı xəstələrin əksəriyyətinə birinci sıra preparat kimi daxili simpatomimetik aktivliyi olmayan β - blokatorlar təyin olunduqda hansı təsir gözlənilmir?
A) Periferik damarların genişlənməsi

B) Stenokardiya tutmalarının tezliyinin azalması

C) Əks göstəriş olmayanlarda antiişemik müalicədə birinci sıra dərman hesab olunur

D) Stenokardiya tutmalarının ağırlığının azalması

E) Sağqalma göstəricisinin artması
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
863) Keçirilmiş miokardın infarktından sonra və ya ürək çatışmazlığı ilə birlikdə stabil stenokardiyalı xəstələrdə β - blokatorlara əks göstərişi olmadıqda xəstələrin antiişemik müalicəsində hansı preparat birinci sıra dərman hesab olunmur?
A) Metoprolol - suksinat

B) Nebivolol

C) Bisoprolol

D) Karvedilol

E) Oksprenolol
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 21
864) Stenokardiya simptomlarını və işemiya əlamətlərini (gizli işemiya daxil olmaqla) miokardın oksigenə tələbatını azaldan və ya işemik sahəyə qan təchizatını artıran antiişemik dərmanlara hansı preparatlar aid deyil?
A) Beta - blokatorlar

B) Periferik təsirli adrenergik antaqonistlər

C) Üzvi nitratlar

D) Kalium kanalı aktivatorları (Azərbaycanda və bəzi digər ölkələrdə müyəssər deyil)

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
865) Sabit stenokardiyalı xəstələrin müalicəsində ümumi məsləhətlərə aşağıdakılardan hansı aid deyil?
A) Antiişemik dərmanların ehtiyaclara görə təyin edilməsi və fərdi şəkildə nəzarət olunması

B) Bir dərmana digərini əlavə etmədən həmin preparatın dozasını optimallaşdırılması

C) Kəskin simptomların aradan qaldırılması üçün qısa təsirli nitratların təyin edilməsi

D) Klinik tədqiqatlarda göstərildiyi kimi, bir - birinin effektini artıran antiişemik preparatların istifadəsi

E) Kəskin simptomlu bütün xəstələrə uzun təsirli nitratların təyin edilməsi
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin