Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?



Yüklə 453,92 Kb.
səhifə28/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

1205) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?
A) 70% - dən az

B) 70 - 80% arasında

C) 95 - 97% - dən çox

D) 90 - 95% arasında

E) 80 - 87% arasında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
1206) Ateroskleroz və onun fəsadlarının profilaktikası və müalicəsində hansı tədbir birinci vacib prinsip hesab olunur?
A) Antioksidant müdafiəli fermentlərin tətbiqi

B) Şəklini dəyişə bilən əsas risk faktorunun təsirini aradan qaldırmaq və ya zəiflətmək

C) Anqioplastika və şuntlanma üsulu ilə okklüziyanın və ya stenozlaşmanın vaxtında aradan qaldırılması

D) Natrium kanallarının blokatorlarının (“membranstabilləşdirici” preparatlar) istifadəsi

E) Aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısını almaq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1207) Aterosklerozun konservativ müalicəsi və ikincili profilaktikası məqsədilə aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damar divarı tromblaşmanın başlamasının qarşısının alınmasında hansı tədbir vacib hesab olunmur? (RF - risk faktoru, HLD - hiperlipidemiya, AH - arterial hipertenziya, AÇFİ – anqiotenzin çevirici fermentin inhibitoru).
A) Stenoz və ya okkluziyanın aradan qaldırılmasında çərrahi metodlardan vaxtında istifadə

B) Bəzi neyrohumoral sistemlərin aktivliyinin aşağı salan AÇFİ və β - blokatorların təyini

C) Antiaqreqant müalicə və antioksidant qoruyucu fermentlərdən istifadə

D) Aterosklerozun əsas RF-un təsirini aradan qaldırmaq və ya zəiflətmək (HLD, AH, tütün çəkmək, piylənmə, karbohidrat mübadiləsinin pozğunluğu, hipodinamiya və s. )

E) Kalsium antaqonistlərinin təyini və fiziki aktivliyin məhdudlaşdırılması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1208) Klinik təcrübədə aterosklerozun hansı lokalizasiyaları daha çox rast gəlinir?
A) aşağı ətraf dərin venalarının

B) qara ciyər arteriyalarının

C) aşağı ətraf səthi venalarının

D) beyin qan damarlarının

E) dalaq arteriyalarının
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
1209) Hansı qrup antilipidemik preparatlar çox aşağı sıxlıqlı lipoproteinləri parçalamaqla lipoproteinlipazanın aktivliyini artırır və HMQ - КоА - reduktazanın aktivliyini azaltmaqla qara ciyərdə xolesterinin metabolizmini sürətləndirir? (HMQ - hidroksi - metilqlütaril).
A) statinlər (levostatin, simvastatin)

B) fibratlar (fenofibrat, bezafibrat)

C) nikotin turşusunun törəmələri (asipimoks, endurasin)

D) öd turşusu sekvestrantları (kolestiramin, kolestipol)

E) nikotin turşusu (niasin, vitamin PP)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1210) Ateroskleroz zamanı ilk növbədə hansı damar qatı zədələnir?
A) bütövlükdə media qatı

B) adventisiya qatı

C) bütövlükdə intima qatı

D) mediyanın saya əzələ hüceyrələri

E) xarici boş birləşdirici toxuma qatı
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система, 2007, стр.312; Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
1211) Aterosklerozun ağırlaşmalarına aşağıda göstərilənlərdən hansı aiddir?
A) fibrinoz-əzələ karkasının yaranması

B) lipid nüvənin böyüməsi (piləyin ümumi həcminin 10-20%-ə qədəri)

C) aterokalsinoz

D) köpük hüceyrələrinin apoptozu

E) saya əzələ hüceyrələrinin apoptozu
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В. Внутренние болезни, сердечно-сосудистая система, 2007, стр.312, 315

1212) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) sotalol

B) xinidin

C) lidokain

D) meksiletin

E) amiodaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.


1213) Ən qısa təsirli β-blokator hansıdır?

A) esmolol

B) propranolol

C) metoprolol

D) atenolol

E) asebutolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1214) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) Nəzərə çarpan bradikardiyalarda

B) Resiprok atrioventrikulyar taxikardiyaların tutmalarında

C) Mədəcik taxikardiyalarında

D) Volf-Parkinson-Vayt sindromunda

E) “Torsades de pointes” tipli aritmiyalarda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство,2007г.

1215) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) paroksizmal atrioventrikulyar taxikardiya

B) səyrici aritmiya

C) səyrici aritmiya, atrioventrikulyar blokada

D) atrioventrikulyar blokada

E) mədəcik taxikardiyası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1216) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 400 mq və daha çox

B) 30-40 mq

C) 10-20 mq

D) 50-60 mq

E) 80-200 mq


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1217) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?

A) Finoptin

B) Xinidin

C) Diqoksin

D) Kordaron

E) Anaprilin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1218) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?

A) II dərəcəli atrioventrikulyar blokada

B) qulaqcıq ekstrasistoliyası

C) I dərəcəli atrioventrikulyar blokada

D) sinus arrest

E) səyrici aritmiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1219) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?

A) QRS kompleksinin genişlənməsi

B) Atrioventrikulyar dissosiasiya

C) PR intervalının uzanması

D) PR intervalının qısalması

E) QRS komplekslərinin itməsi


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1220) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

B) Atrioventrikulyar dissosiasiya

C) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

D) PR intervalının sabitliyi

E) His dəstəsi ayaqcıqlarının blokadası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1221) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması

B) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması

C) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi

D) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması

E) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1222) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər

B) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

C) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

D) bütün cavablar düzgündür

E) sinus ritmindən başqa bütün ritmlər


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1223) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) Şəkərli diabet 1 tip kompensasiya mərhələsində

B) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

C) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)

D) II-III dərəcəli sinoatrial və atrioventrikulyar blokadalarda

E) QT - intervalının uzanması sindromunda


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1224) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

B) səyrici aritmiya tutmasını aradan qaldırır

C) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

D) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

E) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1225) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) anaprilin (obzidan)

B) xinidin və kordaron

C) verapamil (finoptin), xinidin və kordaron

D) novokainamid və ritmilen

E) verapamil (finoptin)


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1226) Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

A) bütün cavablar doğrudur

B) feoxromositoma

C) miokardit

D) anemiya

E) tireotoksikoz


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г

1227) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

A) verapamil (finoptin)

B) strofantin

C) lidokain

D) novokainamid

E) obzidan


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.

1228) Lidokainin effektli təsiri olmadıqda, mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparatın təyini məsləhətdir?

A) verapamil (finoptin)

B) strofantin

C) obzidan

D) kardaron

E) mezaton


Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.

1229) Hansı preparatın venadaxili yeridilməsi koronar damarların daralmasına səbəb olur və miokardın oksigenə tələbatını artırır?

A) etmozin

B) lidokain

C) ritmilen

D) xinidin

E) kordaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1230) Aşağıdakı ritm pozğunluqlarının hansının müalicəsində maqnezium sulfatın venadaxilinə yeridilməsi effektlidir?

A) WPW (Volf-Parkinson-Vayt) sindromunda

B) “Piruet” tipli mədəcik taxikardiyası

C) Monomorf və polimorf mədəcik taxikardiyalarında

D) Atrioventrikulyar paroksizmal taxikardiyalarda

E) Səyrici aritmiyalarda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г

1231) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

A) ürək çatmamazlığının yaranması

B) tromboemboliyanın baş verməsi

C) bütün sadalananlar

D) ürək çatmamazlığının agırlaşması

E) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.

1232) Qulaqcıq ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) Ektopik kompleks 0.10-0.11”, tam kompensator pauza

B) Ektopik impulsda "P" dişçiyinin dəyişməsi

C) Ektopik kompleks ensiz, tam kompensator pauza

D) Ektopik kompleks>0.12”, tam kompensator pauza

E) Ektopik kompleks>0.12”, natamam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1233) Sağ mədəcik ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) V1-3-də ST seqmentinin depressiyası

B) Natamam kompensator pauza

C) QRS kompleksi V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadası üçün xarakterli olan QRS-ə bənzəyir

D) QRS kompleksi formaca V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadası

E) V5-6-da müsbət T dişi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1234) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?

A) QRS>0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya

B) QRS>0.10”-0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur

C) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi

D) QRS>0.10”-0.11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi

E) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003.
1235) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya

B) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,

C) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti

D) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması

E) QRS>0.10”0.11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1236) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0.10”-0.11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya

C) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması

D) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140

E) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1237) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?

A) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması

B) Patoloji dəyişiklik qeyd olunmur

C) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması

D) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər

E) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1238) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?

A) Novokainamid

B) Kordaron

C) Propanalol

D) Etasizin

E) Dizopiramid


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1239) Xinidinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Durğunluq ürək çatışmazlığı

B) Ürək çatışmazlığı olan xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

C) Sinoatrial və AV blokada

D) Miokard infarktı keçirmiş xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

E) İdiopatik qulaqcıq səyrimə və titrəməsi


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1240) Adenozinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) ÜİX zamanı AV düyün taxikardiyası

B) Anadangəlmə QT-nin uzanması sindromu ilə olan xəstələrdə polimorf mədəcik taxikardiyası

C) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası

D) Kəskin miokard infarktı zamanı polimorf mədəcik taxikardiyası

E) Dilatasyon KMP-li xəstələrdə sinus düyününün zəifliyi sindromu


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1241) Lidokainin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Supraventrikulyar ekstrasistolalar

B) Qulaqcıqların səyrimə və titrəməsi

C) QT-nin uzanması sindromu olan xəstələrdə polimorf mədəcik taxikardiyası

D) Supraventrikulyar paroksizmal taxikardiyalar

E) WPW sindromu zamanı qulaqcıqların səyrimə və titrəməsi


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1242) Verapamil hansı ritm pozulmasını aradan götürmək üçün istifadə olunur?

A) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası

B) Polimorf qulaqcıq və AV taxikardiyalar

C) Anadangəlmə QT intervalının uzanması olan xəstələrdə polimorf mədəcik taxikardiyası

D) Miokard infarktlı xəstələrdə qrup şəkilli mədəcik ekstrasistolaları

E) WPW sindromu zamanı qulaqcıq səyrimə və titrəməsi paroksizmləri


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1243) Frederik sindromunun EKQ xarakteristikasına hansı aiddir?

A) P dişi qeyd olunmur, f dalğaların qeydi, QRS>0.20” geniş, RR bərabər, ÜVS<40

B) QRS>0.12, P dişi yoxdur, ÜYS<40

C) P dişi qeyd olunur, f dalğaları yoxdur, QRSnormal, RR qeyri-bərabər, ÜVS>90

D) P dişi müsbət, QRS 0.12-yə qədər genişlənib, RR intervalı bərabər

E) PQ stabil və QRS kompleksinin periodik düşməsi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1244) Distal tip tam AV blokada üçün xas olan dəyişikliklər hansıdır?

A) QRS>0.12, PQ intervalı stabil, periodik mədəcik kompleksinin itməsi

B) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval PP0.12, geniş

C) P dişi yoxdur, QRS>0.12, ÜVS<40

D) PQRST-nin düşməsi

E) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval RR


0.12, geniş
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1245) His dəstəsi sol ayaqcığının tam blokadasının dəyişikliklərinə hansı aiddir?

A) QRS>0.12”, V5-6 aparmalarında R şəklində,ÜVS <40

B) QRS>0.12”, V5-6 aparmalarında QS şəklində, ST seqmenti izoxətdən aşağı, T dişi mənfi

C) QRS>0.12”, V5-6 aparmalarında qR şəklində, ST seqmenti izoxətdən yuxarı,

D) QRS 0.06”-0.09, V5-6 aparmalarında qR şəklində

E) QRS>0.12”, V5-6 aparmalarında R şəklində, ST –nin depressiyası, T mənfi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1246) His dəstəsinin sağ ayaqcığının və sol ön şaxəsinin blokadası üçün xarakter dəyişikliklər hansıdır?

A) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli

B) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) sağa meyilli

C) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) dəyişmir

D) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli

E) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1247) AV düyün taxikardiyası üçün xarakter EKQ dəyişikliklərə hansılar aiddir?

A) Normal QRS-li və II, III, AVF-də mənfi P` dişi olan taxikardiya

B) Normal QRS və ST seqmenti və ya T dişində P dişi olan taxikardiya

C) Normal QRS və QRS-dən əvvəl müsbət P dişi(sinusdan fərqli)

D) Normal QRS və P dişinin olmaması ilə gedən taxikardiya

E) QRS>0.12 olan taxikardiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1248) Hansı preparat I "A" antiaritmik sinfinə aiddir?

A) Xinidin, novokainamid

B) Trimekain, nadolol

C) Lidokain, etmozin

D) Kordaron, verapamil

E) Difenin, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1249) 1”B”antiaritmik dərmanlara sinfinə aid olan hansıdır?

A) Verapamil, aymalin

B) Ritmilen, etasizin

C) Kordaron, diltiazem

D) Lidokain, trimekain

E) Propafenon, obzidan


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1250) II sinif antiaritmik preparatlar hansıdır?

A) Propanolol, nadolol

B) Etasizin, verapamil

C) Kordaron, novokainamid

D) Lidokain, aymalin

E) Diltiazem, difenin


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1251) III sinif antiaritmik preparatlara hansılar aiddir ?

A) Lidokain, diltiazem

B) Ritmilen, propafenon

C) Amiodaron, bretiliy tozilat

D) Obzidan, trimekain

E) Timolol, allapinin


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1252) IV sinif antiaritmik preparatlara hansılar aiddır?

A) Timolol, aymalin

B) Novokainamid, lidokain

C) Kordaron, anaprilin

D) Trimekain, sotalol

E) Verapamil, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1253) Polimorf mədəcik taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Ürək qlikozidləri

B) Sotalol

C) Maqnezium sulfat, lidokain

D) β-blokatorlar

E) Adenozin, verapamil


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1254) Resiprok AV düyün taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Adenozin (ATF), verapamil

B) Maqneziy sulfat

C) Xinidin

D) Lidokain

E) Etasizin


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1255) Hansı antiaritmik preparatl QT intervalının davamiyyətini azaldır?

A) Sotalol

B) Atenolol

C) Novokainamid

D) Kordaron

E) Dizopiramid


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1256) Vaqus sınaqlarının (Valsalv sınağı, karotid sinusun masajı) köməyi ilə aşağıda göstərilən ritm pozulmalarından hansını aradan götürmək olmur?

A) Qulaqcıq taxikardiyası

B) Resiprok AV taxikardiya

C) Qulaqcıq səyrimə və titrəməsinin paroksizmi

D) Polimorf mədəcik və mədəcik taxikardiyası

E) Sinoatrial taxikardiya


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
1257) Qulaqcıqlarda hansı düyünlərarası yol ilə sinoatrial düyündən atrioventrikuiyar düyünə oyanma ötürülmür?
A) Baxman və Torel düyünlərarası yollarla

B) Baxman düyünlərarası yol ilə

C) Hiss dəstəsi ilə

D) Torel düyünlərarası yol ilə

E) Venkebax düyünlərarası yol ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
1258) Normada qulaqcıqlarda oyanmanın ötürülmə sürəti nə qədərdir?
A) 90 – 100 sm/s

B) 80 – 90 sm/s

C) 30 – 80 sm/s

D) 10 – sm/s qədər

E) 10 – 30 sm/s
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin