1300) Nəyi endokard örtmür?
A) Ürək qapaqlarını
B) Xordaları
C) Boş venaların və ağ ciyər venalarının son şöbələrini
D) Papillyar əzələləri
E) Ürək boşluğunu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 13
1301) Proqnozu xeyli ciddi olan keçiricilik və ritm pozğunluğunun (mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası, III dərəcəli AV blokada və s. ) tez - tez rast gələn səbəblərinə aid olmayan xəstəlik hansıdır? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - restriktiv kardiomiopatiya).
A) Miokarditlər
B) Anadangəlmə və qazanılmış ürək qüsurları
C) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)
D) Mitral qapağın prolapsı
E) Spesifik ekssudativ perikardit
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172 - 173
1302) Sinus taxikardiyasının intrakardial formasının daha tez rast gəlinən səbəbinə hansı hal aid deyil?
A) Kardiomiopatiyalar
B) Kəskin miokardit
C) Xroniki ürək çatışmazlığı
D) Hipertireoz
E) Ağır stenokardik tutmalar, miokard infarktı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1303) II dərəcəli sinoatrial blokadanın EKQ əlamətlərinə nə aid deyil?
A) Pauza zamanı uzanmış Р-Р intervallarının davamiyyəti (impulsun bloklaşması) bərabər və ya azacıq ondan qısa olur, nəinki 2 Р-Р intervalı (bəzən 3 və ya 4 Р-Р intervalı)
B) Sinus ritmi, lakin düzgün deyil: periodik olaraq ayrı - ayrı ürək siklləri düşürlər (Р dişi və QRST kompleksi)
C) Bir kompleksdən digərinə doğru P-Q (R) intervalının tədricən uzanması, hansı ki, QRST mədəcik kompleksinin düşməsilə kəsilir (Р dişinin saxlanılmasıyla)
D) Uzun pauzadan sonra Р-Р intervalı tədricən qısalır
E) Uzun pauza zamanı yavaş sürüşən komplekslər və ritmlərin meydana çıxma ehtimalı olur
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 243
1304) Oyanma dalğasının təkrar daxil olma (re-entry) mexanizminin baş verməsi üçün hansı şərt vacib deyil?
A) Elektrik impulsunun keçiricilik yolunun anatomik və ya funksional parçalanması
B) Atrioventrikulyar düyündə oyanıqlığın artması
C) Ilgəyin sahələrinin birində bir istiqamətli blokada
D) Ilgəyin digər sahəsində keçiriciliyin yayılmasının ləngiməsi
E) Qapalı çevrənin olması (keçiricilik ilgəyi)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1305) Hansı aritmiya elektrik impulsunun yaranmasının pozulması və xüsusən sinoatrial düyündə avtomatizmin pozğunluğu (nomotop) hesabına əmələ gəlmir?
A) Sinus taxikardiyası
B) Sinus aritmiyası
C) Sinus düyününün zəifliyi sindromu
D) Aparıcı supraventrikulyar ritmin miqrasiyası
E) Sinus bradikardiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 200
1306) Mexanizmi keçiricilik və elektrik impulsunun əmələ gəlməsi pozğunluğundan ibarət olan kombinə olunmuş aritmiyaları sadalayın.
1. parasistoliya
2. çıxışın blokadası ilə ektopik ritmlər
3. atrioventrikulyar dissosiasiyalar
4. mədəcikdaxili blokadalar (Hiss dəstəsi şaxələrinin blokadası)
5. mədəciklərin asistoliyası
A) 1, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 4
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1307) Sinus aritmiyasının qeyri tənəffüs formasında EKQ-da nə müşahidə olunmur?
A) R-R müddətinin (0, 15 san çox) tədricən (periodik forma) dəyişməsi
B) Sinus ritminin saxlanılması
C) R-R intervallarının müddətinin tənəffüs aktında 0, 15 san cox həddini aşan dəyişməsi
D) R-R müddətinin (0, 15 san çox) sıçrayışlı (aperiodik forma) dəyişməsi
E) Tənəffüsü saxlayarkən aritmiyanın qalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 205
1308) Frederik sindromunda hansı EKQ dəyişikliyi müşahidə olunmur?
A) Sinus mənşəli mədəcik ritmi
B) Mədəcik yığılmalarının sayının dəq. 40–60 -ı keçməməsi
C) EKQ-da Р dişinin olmaması, əvəzində səyrici dalğa (f) və ya qulaqcıq titrəməsinin (F) qeyd olunması
D) Qeyri sinus mənşəli mədəcik ritmi (ektopik: düyünlü və ya idioventrikulyar)
E) Daimi R-R intervalı (düzgün ritm)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 249 - 250
1309) Mədəciklərin hansı ritm pozgunluğu Morqanyi-Adams-Stoks sindromun əmələ gəlməsinə səbəb olmur?
A) III dərəcəli atrioventrikulyar blokada, əsasən tam blokadanın distal forması
B) Tez-tez təkrarlanan supraventrikulyar politop ekstrasistoliyalı I dərəcəli sinoatrial blokada
C) III dərəcəli blokada zamanı II və III sıra ektopik mərkəzlərin avtomatizminin kəskin zəifləməsi
D) II dərəcəli atrioventrikulyar blokada, əsasən distal forması
E) Çox vaxt tam atrioventrikulyar blokada zamanı müşahidə olunan mədəciklərin titrəməsi və səyriməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 250
1310) Hiss dəstəsinin sağ ayaqcığının (şaxəsinin) natamam blokadasının EKQ əlamətlərini sadalayın.
A) Ürəyin elektrik oxunun kəskin sağa yer dəyişməsi (α bucağı müsbət 1200 və daha çox)
B) QRS kompleksinin davamiyyəti 0, 12 san və daha çox
C) V5, V6 aparmalarında QRS kompleksi genişlənmişdir və R formasındadır
D) V1-də rSr' və ya rsR' tipli QRS kompleksi, I və V6-da isə azacıq genişlənmiş S dişi; QRS-in davamiyyəti 0, 09 san - 0, 11 san qədər
E) I, AVL aparmalarında rS tipli QRS; III, AVF - də isə - qR tipli
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 255
1311) Hansı pozğunluqlar intrakardial forma sinus bradikardiyasının səbəblərinə aid deyil?
A) Aterosklerotik kardioskleroz
B) Sinoaurikulyar düyünün orqanik zədələnməsi
C) Hiperkalsiemiya və ya nəzərə çarpan hiperkaliemiya
D) Sinoaurikulyar düyünün funksional zədələnməsi (miokardın infarktında rast gəlinir)
E) Infarkdan sonrakı kardioskleroz
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 204
1312) Ürək ritmlərinin hansı pozğunluqlarında daimi elekrokardiostimulyasiyadan istifadə olunmur?
A) Mədəciküstü paroksizmal taxikardiyaların yox edilməsinə ehtiyac olduqda
B) Klinik simptomatikaya malik bradikardiyalarda
C) Keçiricilik pozğunluğununun asistoliya forması ilə müşayiət olunan kəskin klinik vəziyyətlərdə
D) Mədəciküstü paroksizmal taxikardiyaların qarşısının alınmasına ehtiyac olduqda
E) Yüksək riskli asistoliya baş verən bradikardiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 292
1313) Ritm pozğunluqlarının hansı növünün qarşısının almasında əsasən maqnezium sulfatın istifadəsinə üstünlük verilir?
A) Resiprok atrioventrikulyar taxikardiyalarında
B) Volf-Parkinson-Uayt (WPW) sindromunda
C) Paroksizmal səyrici aritmiyalarda
D) Frederik sindromunda
E) “Piruet” tipli mədəcik taxikardiyalarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1314) Maqnezium sulfatdan əsasən hansı ritm pozğunluqlarında istifadə edilir? (WPW - Volf- Parkinson-Uayt)
A) Tez-tez baş verən mədəcik ekstrasistoliyalarında
B) Digər antiaritmik maddələrə refrakter olan mədəcik taxikardiyalarında
C) Digər antiaritmik maddələrə refrakter olan WPW paroksizmlərində
D) Aparıcı supraventrikulər ritmin miqrasiyasında
E) Supraventrikulyar paroksizmal taxiaritmiyalarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1315) Hansı hallarda ürək qlikozidləri istifadə olunur? (AV – atrioventrikulyar)
A) AV resiprok taxikardiyaların qarşısını alınmasında və qulaqcıqların səyriməsində (ürək vurğularının sayına nəzarət məqsədilə)
B) Volf- Parkinson-Uayt (WPW) sindromunda
C) “Piruet” tipli mədəcik taxikardiyalarında
D) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyalarının qarşısını alınmasında
E) Mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1316) Hansı ürək xəstəliklərində ritm və keçiricilik pozğunluğu daha tez əmələ gəlmir? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - rerstriktiv kardiomiopatiya).
A) Ürəyin işemik xəstəliyi, miokardın infarktı
B) Botal axacağın acıg qalması
C) Sol qulagcıq - mədəcik dəliyinin stenozu
D) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)
E) Miokardit
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1317) Hansı hallarda impulsun keçiriciliyi pozğunluğu baş vermir?
A) Impulsun dekrement (sönən) keçməsində (eyni zamanda qeyri - bərabər)
B) Sadə fizioloji refrakterlikdə və ya onun patoloji uzanmasında
C) Maksimal diastolik sakitlik potensialının azalmasında
D) Re-entry oyanma dalğasının təkrari girişində
E) Ixtisaslaşmış və yığılma qabiliyyətli hüceyrələrin triqqer aktivləşməsində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1318) Hansı hallarda impulsun yaranması və keçiriciliyinin kombinəolunmuş pozğunluqları baş vermir?
A) Hədd potensialının müsbət istiqamətə yönəlməsində
B) Oyanma dalğasının re-entry (təkrari) qirişində
C) Membranların hipopolyarizasiyasında
D) Parasistolik aktivləşmədə
E) Diastolik depolyarizasiyanın sürətlənməsində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1319) Re-entry oyanma dalğasının əmələ gəlməsi mexanizmində hansı şərait vacib deyil?
A) Dairənin diqər hissəsində oyanmanın yayılmasının ləngiməsi
B) Elektrik impulsunun keçiricilik yolunun funksional parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)
C) Dairənin bir hissəsində birtərəfli blokada
D) Elektrik impulsunun keçiricilik yolunun anatomik parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)
E) Elektrolit pozgunluqları (hipokaliemiya, hiperkalsiemiya)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
1320) Sürətlənmiş ektopik ritmlərin səbəblərinə aid deyil:
A) Kəskin miokard infarktı (əsasən 1-2 sutkada), həmçinin ürəyin işemik xəstəliyinin xroniki forması
B) Parasimpatik sinir sisteminin tonusunun üstünlüyü ilə veqetativ requlyasiyanın pozgunluğu
C) Ağ ciyər ürəyi
D) Ürək üzərində cərrahi əməliyyatlar (eyni zamanda qapaqların protezlə əvəz olunması)
E) Diqitalis intoksikasiyası (əsas səbəb)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 209
1321) Transmembran hərəkət potensialının hansı fazasında hüceyrənin hissəvi oyanması bərpa olunur (nisbi refrakter dövr)?
A) 3 (sürətli son repolyarizasiya)
B) 1 (başlanğıc sürətli repolyarizasiya)
C) 4 (diastola)
D) 0 (hüceyrə membranının sürətlə yenidən yüklənməsi)
E) 2 (plato, nə vaxt ki, transmembran hərəkət potensialının miqdarı bir həddə saxlanılır)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 18
1322) İzovolümik boşalma fazasında nə baş verir?
A) Mədəciklərdə və qulaqcıqlarda təzyiq artır
B) Mədəciklərin aktiv boşalması davam edir
C) Mədəciklərdə təzyiq artır
D) Mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür
E) Qulaqcıqlarda təzyiq artır
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 28
1323) Parasimpatik sinirlərin (n. vagi) oyanması nə ilə müşayiət olunmur?
A) Simpatik sinir uclarında noradrenalinin ifrazının artmasıyla
B) Ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)
C) Ürək vurğularının sayının azalması ilə (mənfi xronotrop effekt)
D) Atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt)
E) Simpatik sinir uclarında yerləşən M-xolinoreseptorlarının stimulyasiyası ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 40
1324) Aşağıdakı aritmiyanın hansının yaranma səbəbi Volf – Parkinson - Vayt (WPW) sindromu hesab olunur?
A) səyrici aritmiyanın
B) atrioventrikulyar blokadanın
C) resiprok atrioventrikulyar paroksizmal taxikardiyanın
D) mədəcik taxikardiyasının
E) qulaqcıqların titrəməsinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1325) Qulaqcıq səyriməsi zamanı mərkəzi və regionar hemodinamikası stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə başlanğıc müalicə kimi hansı preparatlar tövsiyə olunur?
A) amiodaron və maqnezium sulfat
B) adenozin və xinidin
C) anaprillin və sotalol
D) diqoksin və kalium preparatları
E) verapamil və panangin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1326) Əlavə keçirici yollar olduqda (WPW sindromu) qulaqcıq səyriməsi (titrəməsi) və ürək çatışmazlığı olan xəstələrdə ürək ritmini bərpa etmək ücün venadaxilinə hansı preparat təyin edilir?
A) lidokain
B) verapamil
C) diqoksin
D) atenolol
E) novokainamid
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1327) Qulaqcıq səyriməsi zamanı bütün digər müdaxilələr uğursuzluqla nəticələndikdə və ya əks-göstəriş olduqda, ürək ritmini nəzarətdə saxlamaq üçün hansı tədbirin aparılması müzakirə oluna bilər?
A) kardioverter defibrillyator implantasiyası
B) amiodaron 900-1200 mq/sut təyin edilməsi
C) beta - adrenoblokatorlar qəbul edirsə, dozasının artırılması
D) atrioventrikulyar düyünün ablasiyası və kardiostimulyasiyası
E) elektrik kardioversiya
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42
1328) III dərəcəli atrioventrikulyar blokadanın proksimal formasında EKQ - də aşağıdakı dəyişikliklərdən hansı müşahidə olunmur?
A) QRS mədəcik kompleksin dəyişməməsi (dar olması)
B) QRS mədəcik yığılmalarının sayının dəqiqədə 40 - 60 - a qədər azalması
C) PR intervalının 0, 28 san - dan çox, QRS kompleksinin isə 0, 12 san - dan az olması
D) P - P və R - R intervallarının daimi, lakin R - R P - P - dən çox olması
E) Qulaqcıq və mədəcik ritminin tam ayrılması (dissosiasiyası)
Ədəbiyyat: Ədəbiyyat: М. С. Кушаковский « Аритмии и блокады сердца» 2004г., səh. 178 - 181 V.Ə.Əzizov “Daxili xəstəliklər” Baki - 2011, səh. 433
1329) QT intervalının uzanması nəticəsində meydana çıxan “piruet” tipli aritmiyanın əmələ gəlməsinə səbəb olmayan preparat hansıdır?
A) metoprolol suksinat
B) xinidin
C) novokainamid
D) amiodaron
E) bretilium
Ədəbiyyat: Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г.
1330) Antiaritmik preparatların təyini zamanı aritmogen effektin meydana çıxma ehtimalı hansı hallarda daha çoxdur?
A) qulaqçıq tipli aritmiyalar zamanı
B) atrioventrikulyar aritmiyalar zamanı
C) sinus (tənəffüs) aritmiyası zamanı
D) mədəcik ekstrasistoliyalarında (1 - 2 dərəcəli)
E) miokardın nəzərəçarpan zədələnmələrində və ağır mədəcik aritmiyalarda
Ədəbiyyat: Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно - сосудистых лекарственных средств» 2005г
1331) Müvəqqəti elektrokardiostimulyasiyadan hansı halda istifadə nisbətən az effektivdir?
A) Sinus düyününün nəzərəçarpan funksiya pozğunluqlarında
B) Qulaqcıq titrəməsi və mədəcik taxikardiyalarında
C) III dərəcəli atrioventrikulyar blokadalar davamlı asistoliya epizodları ilə (Morqanyi - Edems - Stoks sindromu baş verirsə)
D) Paroksizmal mədəciküstü taxikardiya tutmalarının aradan qaldırılmasında
E) II dərəcəli atrioventrikulyar blokadalarda, əsasən davamlı asistoliya epizodları nəticəsində Morqanyi - Edems - Stoks sindromu baş verirsə
Ədəbiyyat: Ədəbiyyat: Н.М.Шевченко «Кардиология» Москва 2006г., səh.230
1332) Miokard infarktı keçirmiş xəstələrdə hansı halda daimi elektrokardiostimulyasiyanın istifadəsi göstərişdir? (AV - atrioventrikulyar).
A) Mədəcikdaxili keçiricilik pozğunluğu olmayan keçib qedən AV blokada
B) His dəstəsinin sol ayagcığının ön şəxəsinin təcrid olunmuş blokadasıyla keçib qedən AV blokada
C) II dərəcəli davamlı AV blokada və ya tam AV blokada ona məxsus xarakter şikayətləri ilə
D) Miokardın infarktına qədər mövcud olan his dəstəsinin ayagcığının blokadası ilə I dərəcəli davamlı AV blokadada
E) His dəstəsinin sol ayagcığının ön şaxəsinin ilk dəfə müəyyən olunmuş blokadasında (AV blokadasız)
Ədəbiyyat: Ədəbiyyat: Б.Гриффин, Э.Тополь. Кардиология. «Москва», 2011, стр. 482.
1333) Hal hazırda hansı komplekslərin qarşılıqlı əlaqəsini kardiostimulyator sindromunun ən xarakterik göstəricisi hesab edirlər?
1. elektrolit
2. vegetativ
3. hormonal
4. neyrohumoral
5. damar
A) 1, 2, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 3, 5
E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat:Под редакцией А.Джона Кэмма и др.»Болезни сердца и сосудов» ГЭОТАР - Медиа, 2011, səh. 1660
1334) Kardiostimulyator sindromuna hansı simptomlar və əlamətlər aid deyil?
A) intensiv baş ağrıları, görmənin zəifləməsi
B) qaraciyərin böyüməsi və aşağı ətrafların şişkinliyi
C) təngnəfəslik, ortopnoe, boyun venaların şişməsi, agciyərlərdə xırıltılar
D) stimulyasiyanın əvvəlində hipotenziyanın əlamətləri – bayılmalar (və ya bayılma önü vəziyyət)
E) qeyri spesifik simptomlar (zəiflik və başqicəllənmə)
Ədəbiyyat: Ədəbiyyat: Под редакцией А.Джона Кэмма и др.» Болезни сердца и сосудов» ГЭОТАР - Медиа, 2011, səh. 1659
1335) Hansı xəstələrdə klinik simptomların olmadığı halda kardiostimulyator implantasiyası göstərişdir?
A) Supraventrikulyar ekstrasistoliyası olanlarda
B) Anadangəlmə və qazanılmış tam atrioventrkulyar blokadası olanlarda
C) I dərəcəli atrioventrikulyar blokadası olanlarda
D) II dərəcəli sinoatrial blokadası olanlarda
E) I tip (Mobits - I) II dərəcəli atrioventrikulyar blokadası olanlarda
Ədəbiyyat: Ədəbiyyat: А. В. Ардашев « Трепетание предсердий: клиническая электрофизиология и катеторная аблация» 2001г
1336) Hansı halda səyrici aritmiyanın daimi formasında tromboemboliya baş vermə ehtimalı daha yüksəkdir?
A) Hipertrofik kardiomiopatiyada
B) Ürəyin işemik xəstəliyində
C) Arterial hipertoniyada
D) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda
E) Miokarditdə
Ədəbiyyat: Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1337) I dərəcəli daimi atrioventrikulyar blokada üçün aşağıdakılardan hansı doğrudur?
A) kalsium antaqonistlərinin təyini məsləhətdir
B) xüsusi müalicə lazım deyil, lakin göstəriş olduqda bəzi preparatları ehtiyatla təyin etmək olar
C) xüsusi müalicə mütləq aparılmalıdır
D) əsas xəstəliyi nəzərə almadan II qrup antiaritmik preparatlardan mütləq istifadə olunmalıdır
E) ürək qlikozidlərinin təyini əks göstərişdir
Ədəbiyyat: Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004 г.
1338) Səyriyici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda hansı hemodinamik göstəricilər nəzərə çarpacaq dərəcədə aşağı düşür? (SDT –son diastolik təzyiq, SDH – son diastolik həcm).
1. Ön yüklənmə
2. Vurğu həcmi
3. Son yüklənmə
4. Dəqiqəlik həcm
5. SDT və SDH
A) 1, 2, 4
B) 3, 4, 5
C) 2, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 36
1339) Xroniki ürək çatışmazlıqlı xəstələrdə mədəcik ekstrasistoliyaları yarandıqda onları aradan qaldırmaq üçün hansı qrup preparatın istifadəsi məsləhət deyil?
A) ARB (angiotenzin II reseptorlarının blokatorlarının)
B) Aldosteron blokatorlarının
C) β - adrenoblokatorların
D) Ürək qlikozidlərinin
E) AÇFİ (angiontenzin - çevirici fermentin inhibitorlarının)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43
1340) Xroniki ürək çatışmazlığı və simptomlu mədəcik aritmiyaları olan xəstələrə hansı halda İKD implantasiyası tövsiyə olunmur? (İKD - implantasiya edilən kardioverter defibrillyator).
A) Mədəcik taxikardiyası ilə əlaqədar bayılması olmuş xəstələrdə
B) Mədəcik səyriməsindən sonra sağ qalmış və ya anamnezində hemodinamik qeyri - sabit mədəcik taxikardiyası olanlarda
C) Əlavə keçirici yolların mövcudluğunda
D) Optimal farmakoloji müalicə alan və yaxşı funksional vəziyyətdə bir ildən çox sağqalma ehtimalı olanlarda
E) Sol mədəciyin atım fraksiyası <40% - dən aşağı olan xəstələrdə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 43.
Dostları ilə paylaş: |