1419) Xroniki ürək çatışmazlığı olan xəstələrə nitratlar əsasən hansı halda istifadə oluna bilməz? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası).
A) ÜÇ əlamətləri olan xəstələrə diqoksinlə birlikdə
B) Hipertrofik kardiomiopatiyanın obstruktiv variantında
C) Mİ keçirmiş SMAF-ın azalması olan xəstələrdə
D) Stenokardiya simptomları təzahür etdikdə
E) ÜÇ əlamətləri və arterial hipertenziyası olan xəstələrdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
Qarışıq
1420) Damar tonusu requlyasiyasının mərkəzi mexanizmi hansı şöbələri özündə birləşdirir?
A) yerli (periferik), afferent (sensor) və efferent
B) yerli (periferik), mərkəzi və ürəkdaxili
C) afferent (sensor), mərkəzi və efferent
D) ürəkdaxili, afferent (sensor), mərkəzi
E) ürəkdaxili, mərkəzi və efferent
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
1421) Damar tonusu requlyasiyasının mərkəzi mexanizminin afferent (sensor) şöbəsi (baro- və hemoreseptorlar) damar sisteminin hansı refleksogen zonasında yerləşir?
A) aortada, sinokarotid zonada, beyin yarımkürələri qabığında
B) aortada, sinokarotid zonada, ağ ciyər damarlarında
C) sinokarotid zonada, uzunsov beyində, onurğa beyində
D) aortada, hipotalamusda, beyin yarımkürələri qabığında
E) ağ ciyər damarlarında, uzunsov beyində, onurğa beyində, hipotalamusda
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
1422) Aorta qövsünün və karotid sinusun baro- və hemoreseptorlarından çıxan həssas liflər əsasən hansı sinirlərin tərkibində keçirlər?
A) depressor və üçlü sinirlərin
B) sinokarotid sinirinin, dil-udlaq sinirinin şaxələrinin və üz sinirinin
C) dil- udlaq sinirinin şaxələrinin, qayıdan qırtlaq və dilaltı sinirlərinin
D) qayıdan qırtlaq sinirinin, dil-udlaq sinirinin şaxələrinin və üçlü sinirin
E) sinokarotid sinirinin, dil-udlaq sinirinin şaxələrinin və depressor sinirinin
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
1423) Damar tonusunun, efferent şöbənin aralıq təsirli baş requlyator mexanizmlərlə tənzimlənməsinə hansı xüsusi şəraitdə yaranan sinir reflektor reaksiyalar aiddirlər?
A) böyrək renin- anqiotenzin, aldosteron və vazopressin sistemlərinin aktivləşməsi
B) böyrək renin- anqiotenzin sisteminin aktivləşməsi və mərkəzi sinir sisteminin işemiyası
C) böyrək renin- anqiotenzin sisteminin aktivləşməsi
D) böyrəklərin maye həcminə nəzarət, aldosteron və vazopressin sistemlərinin aktivləşməsi
E) baro- və hemoreseptorların refleksogen zonalarının qıcıqlanması (ürək, böyrək, həzm orqanları) və mərkəzi sinir sisteminin işemiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
1424) Damar tonusunun, efferent hissəsinin sürətli qısamüddətli təsirli, baro- və hemoreseptorların refleksoqen zonalarının bir neçə saniyə ərzində qıcıqlanması, həmçinin mərkəzi sinir sisteminin işemiyası hesabına inkişaf edən, tənzimlənməsi reaksiyası necə reallaşır?
A) anqiotenzinoqenin anqiotenzin I çevirən, reninin ifrazı ilə müşayət olunan, müxtəlif mənşəli böyrək qan dövranının zəifləməsi ilə (arterial təzyiqin düşməsində, böyrək damarlarının daralmasında)
B) angiotenzin çevirici fermentin təsiri nəticəsində, yüksək vazokonstriktor effektə malik , anqiotenzin-I anqiotenzin-II çevrilməsi ilə
C) simpatik və parasimpatik sinir sisteminin aktivliyinin reflektor dəyişikliyı, həmçinin adrenalin və noradrenalin humoral maddələrin qatılığının (konsentrasiyasının) dəyişilməsi hesabına
D) simpatik və parasimpatik sinir sisteminin aktivliyinin reflektor dəyişikliyi, həmçinin toxuma himazası humoral maddəsinin qatılığının (konsentrasiyasının) dəyişilməsi hesabına
E) toxuma himazasının təsiri nəticəsində, yüksək vazokonstriktor effektə malik, anqiotenzin-I anqiotenzin-II çevrilməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая с. система). «Бином-пресс», 2007, стр.53-54
1425) Angiotenzin çevirici ferment inhibitorlarının iştirakı olmadan, angotenzin-I-in angiotenzin-II– yə çevrilməsinin (transformasiyasının) alternativ yolunu göstərin?
A) Noradrenalin
B) Vazopressin
C) Toxuma himazası
D) Angiotenzinogen
E) Aldosteron
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.54
1426) Noradrenalin əsasən hansı adrenoreseptorlara təsir edir?
A) β1, β2
B) β1
C) β2
D) α, β
E) α
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52
1427) Adrenalin əsasən hansı reseptorlara təsir edir?
A) β1 -, həmçinin β2- adrenoreseptorlara
B) β1- adrenoreseptorlara
C) α-adrenoreseptorlara
D) α, həmçinin β- adrenoreseptorlara
E) β2- adrenoreseptorlara
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52
1428) «İkili hasil» (İH) göstəricisi necə hesablanır? ( SAT-sistolik arterial təzyiq, DAT- diastolik arterial təzyiq, SDT- son diastolik təzyiq, OAT- orta arterial təzyiq, NAT- nəbz arterial təzyiq, ÜVS- ürək vurğularının sayı).
A) İH= SDT x ÜVS /100 (şərti vahid)
B) İH= OAT x ÜVS/100 (şərti vahid)
C) İH= SAT x ÜVS /100 (şərti vahid)
D) İH= NAT x ÜVS/100 (şərti vahid)
E) İH= DAT x ÜVS /100 (şərti vahid)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56
1429) Koronar qan təhcizatının (axınının) ölçüsü hansı faktorlardan asılıdır?
1. miokard daxili gərginliyin ölçüsündən
2. perfuziya təzyiqindən, və ya koronar damarlarda qanın hərəkətini təmin edən təzyiqdən
3. ürək əzələsinin yığılmasından ( inotropizmin həddindən)
4. ürək vurğularının sayından
5. tac (koronar) damarların ümümi müqavimətindən
A) 4, 5
B) 3, 4
C) 1,3
D) 2, 5
E) 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56
1430) Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatışmazlığı hansı xəstəliklər zamanı baş verir?
1. kəskin miokard infarktı
2. ürək əzələsinin xroniki işemiyası
3. idiopatik dilatasion kardiomiopatiya
4. miokarditlər
5. postinfarkt və aterosklerotik kardioskleroz
A) 1, 2, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60
1431) Ürək çatışmazlığının ən çox rast gələn səbəbləri hansı xəstəliklərdir?
1. endomiokardial fibroz
2. arterial hipertenziya, o cümlədən ÜİX ilə müştərək
3. ürəyin qapaq qüsurları
4. ÜİX (ürəyin işemik xəstəlikləri), kəskin miokard infarkt və infarktdan sonrakı kardioskleroz daxil olmaqla
5. hipo və ya hipertireoz
A) 1, 2, 4
B) 2, 4, 5
C) 2, 3, 4
D) 1, 3, 5
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр61
1432) Hansı xəstəliklər zamanı mədəciklərin konsentrik hipertrofiyası inkişaf edir?
1. arterial hipertenziya
2. mitral qapaq çatışmazlığı
3. ağciyər ürəyi
4. aorta və ya ağciyər arteriyası qapaqlarının stenozu
5. aorta qapaqları və ya ağ ciyər arteriyasının çatışmazlığı
A) 2, 4, 5
B) 1, 2, 4
C) 1, 3, 4
D) 1, 3, 5
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64 - 65.
1433) Hansı neyroendokrin sistemlərin aktivləşməsi ürək çatışmazlığının xarakterik hemodinamik dəyişiklərin əmələ gəlməsində böyük rol oynayır?
1. fosforlaşma oksidləşmə prosesində enerjinin əmələ gəlməsinin zəifləməsi və qalıq ATF - nın həddindən artıq coxalması
2. renin - angiotenzin - aldosteron sistemi (böyrək - böyrəküstü vəzi)
3. toxuma renin - angiotenzin sistemi
4. miozinin ATF - nın aktivliyinin yüksəlməsi
5. simpatiko - adrenal sistemin və onun effektorları (adrenalinin və noradrenalinin)
A) 2, 4, 5
B) 3, 4, 5
C) 2, 3, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 66
1434) Angiotenzin - çevirici ferment əsasən harada yerləşir?
A) ağ ciyərlərin endotel hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında, miokardda, plazmada
B) ağ ciyərlərin endotel hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında
C) böyrəklərin proksimal kanalcıqlarında, miokardda və qaraciyərdə
D) ağ ciyərlərin endotel hüceyrələrinin membranında, böyrəklərin proksimal kanalcıqlarında, qaraciyərdə, plazmada
E) ağ ciyərlərin endotel hüceyrələrinin membranında və plazmada
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 69
1435) Angiotenzin - II - nin əmələ gəlməsi harada baş verir?
A) dalaqda, böyrəklərdə, qara ciyərdə
B) dalaqda, miokardda, plazmada
C) ağciyərlərdə, böyrəklərdə, miokardda, plazmada
D) ağciyərlərdə, böyrəklərdə, qara ciyərdə, plazmada
E) ağciyərlərdə, böyrəklərdə, dalaqda
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 69
1436) Renin - angiotenzin - aldosteron sisteminin uzun müddətli hiperaktivləşməsi nəticəsində hansı mənfi effektlər inkişaf edir?
1. ümumi periferik damar müqaviməti yüksəlir, orqan və toxumaların perfuziyzası aşağı düşür
2. sirkulə edən qanın miqdarının azalması və qanın osmotik təzyiqinin yüksəlməsi
3. orqanizmdə mayenin nəzərə carpacaq dərəcədə saxlanılması nəticəsində, şişkinlik sindromunun əmələ gəlməsi və ön yüklənmənin yüksəlməsi
4. ürəyə son yüklənmənin həddindən artıq artması
5. arterial təzyiqin düşməsi ilə nəzərə çarpacaq vazodilatasiya
A) 2, 4, 5
B) 1, 3, 4
C) 3, 4, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 69 - 70
1437) Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası nəticəsində osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
A) antidiuretik hormonun sekresiyası artır
B) adrenokortikotrop hormonun sekresiyası azalır
C) somatotrop hormonun sekresiyası artır
D) antidiuretik hormonun sekresiyası kəskin azalır və ya, hətta, kəsilir
E) adrenokortikotrop və somatotrop hormonların sekresiyası azalır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», крови 2007, стр. 70
1438) Qulaqcıq natriumuretik peptidi harada istehsal olunur (hazırlanır) və qana nə vaxt keçir?
A) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların həcminin kiçilməsi zamanı qana keçir
B) qulaqcıqların miositlərində istehsal olunur və onların həcminin kiçilməsi zamanı qana keçir
C) qulaqcıqların miositlərində istehsal olunur və onların gərilməsi zamanı qana keçir
D) mədəciklərin və qulaqcıqların miositlərində istehsal olunur, ancaq mədəciklərin gərilməsi zamanı qana keçir
E) mədəciklərin miositlərində istehsal olunur, ancaq qulaqcıqların gərilməsi zamanı qana keçir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
1439) Qulaqcıq natriumuretik peptidi hansı effektlər törədir?
1. damargenişləndirici
2. natriumuretik
3. damarbüzücü
4. kalsiumuretik
5. diuretik
A) 1, 2, 4
B) 1, 3, 5
C) 2, 4, 5
D) 3, 4, 5
E) 1, 2 ,5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
1440) Xroniki ürək çatışmazlığı olan xəstələrdə qulaqcıq natriumuretik peptidinin - QNUP (qanda sirkulə edən QNUP səviyyəsinin yüksək olmasına baxmayaraq) müsbət effekt dərəcəsinin azalmasına səbəb nədir?
1. reseptorların həssaslığının azalması
2. qulaqcıqlarda qanın həcminin azalması
3. reseptorların həssaslığının artması
4. peptidin parçalanmasının sürətlənməsi
A) 3, 4
B) 2, 3
C) 2, 4
D) 1, 3
E) 1, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 70
1441) Son zamanlar xroniki ürək çatışmazlığının əmələ gəlməsində neyrohormonların uzunmüddətli hiperaktivasiyasına və endotelial disfunksiyaya böyük məna verilir. Bu dəyişikliklər nələr ilə müşayiət olunur?
1. sinus bradikardiyası ilə
2. sistem vazodilyatasiya ilə
3. hipertrofiyanın inkişafı ilə
4. sinus taxikardiyası ilə
5. sistem vazokonstriksiyası ilə
A) 3, 4, 5
B) 1, 3, 4
C) 1, 2, 4
D) 2, 4, 5
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр72», 2007, стр72
1442) Ürəyin hansı funksiyalarının pozuntusu, müvafiq olaraq, sistolik və diastolik ürək çatmamazlığına səbəb olur?
A) ürəyin oyanma funksiyası və, müvafiq olaraq, mədəciklərin boşalma pozuntuları
B) ürəyin avtomatizm funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları
C) ürəyin keciricilik funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları
D) ürəyin nasos funksiyası və, müvafiq olaraq, mədəciklərin boşalma pozuntuları
E) ürəyin rezervuar funksiyası və, müvafiq olaraq, mədəciklərin dolma pozuntuları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 72
1443) Kəskin ürək çatışmazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
A) xəstəliyin başlanmasından bir neçə dəqiqə və ya saat sonra
B) xəstəliyin başlanmasından 2 - 3 aydan sonra
C) xəstəliyin başlanmasından 30 - 40 saniyə müddətində
D) xəstəliyin başlanmasından bir neçə ay müddətində
E) xəstəliyin başlanmasından 3 - 5 qün müddətində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
1444) Xroniki ürək çatmamazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
A) xəstəliyin başlanmasından 3 - 5 qün müddətində
B) xəstəliyin başlanmasından 2 - 3 qün müddətində
C) xəstəliyin başlanmasından 30 - 40 saniyə müddətində
D) xəstəliyin başlanmasından bir neçə həftədən bir neçə ilə qədər
E) xəstəliyin başlanmasından bir neçə dəqiqə və ya saat sonra
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
1445) Sol mədəcik (və ya “sol ürək”) çatışmazlığı zamanı hansı simptom üstünlük təşkil etmir?
A) boğulma
B) hepatomeqaliya
C) ortopnoe vəziyyəti
D) təngnəfəslik
E) ağ ciyər ödemi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
1446) Sol mədəcik (və ya “sol ürək”) çatışmazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?
1. hepatomeqaliya
2. ortopnoe vəziyyəti
3. boğulma
4. ağ ciyər ödemi
5. boyun venalarının şişməsi
A) 1, 2, 4
B) 3, 4, 5
C) 2, 4, 5
D) 1, 3, 5
E) 2, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
1447) Biventrikulyar (total) ürək çatışmazlığında nə baş verir?
A) kiçik qan dövranının arteriya və venalarında durğunluq, lakin böyük qan dövranında durğunluq yoxdur
B) ancaq kiçik qan dövranı venalarında durğunluq
C) ancaq böyük qan dövranı venalarında durğunluq, lakin kiçik qan dövranında durğunluq yoxdur
D) həm kiçik, həm də böyük qan dövranı venalarında durğunluq
E) böyük qan dövranının arteriya və venalarında durğunluq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
1448) Hansı xəstəliklər zamanı ürək çatmamazlığı aşağı ürək atımı hesabına meydana çıxır?
A) hamiləlikdə
B) Pedjet xəstəliyində
C) arterio - venoz şuntda
D) miokarditlərdə
E) anemiyalarda
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
1449) Aşağıda göstərilən xəstəliklərdən hansı kəskin ürək çatışmazlığının tez - tez təsadüf olunan səbəbi hesab olunmur?
A) Ağciyər arteriyasının tromboemboliyası
B) Paroksizmal mədəciküstü və mədəcik taxikardiyaları
C) Q dişsiz və sol mədəciyin kiçik həcmli zədələnməsi olan miokard infarktı
D) Ürəyin tamponadası
E) Sağ mədəciyin yayılmış miokard infarktı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
1450) Aşağıda göstərilənlərdən xroniki ürək çatmamazlığında erkən simptom kimi hansı hesab olunmur?
A) təngnəfəslik (dispnoe)
B) ürək astmasının artması
C) ortopnoe (orthopnoe)
D) qeyri məhsuldar quru öskürək
E) bradikardiya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1451) Xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı dəyişikliklər zamanı təngnəfəslik əmələ gəlir və o, nəyə dəlalət edir? ( SDT - son - diastolik təzyiq, SM - sol mədəcik).
A) SDT - in və SM - də dolma təzyiqinin enməsi zamanı, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
B) SDT - in və SM - də dolma təzyiqinin yüksəlməsinə, böyük qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
C) SDT - in yüksəlməsi və SM - də dolma təzyiqinin enməsilə, böyük qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
D) SDT - in və SM - də dolma təzyiqinin yüksəlməsi zamanı, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
E) SDT - in yüksəlməsi və SM - də dolma təzyiqinin enməsilə, kiçik qan dövranının venoz yatağında qanın durğunluğunun başlamasına və dərinləşməsinə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75
1452) Hansı təngnəfəslik ortopnoe (orthopnoe) hesab olunur ?
A) xəstənin uzanmış vəziyyətdə başını azacıq qaldırmaqla əmələ qələn və vertikal vəziyyətdə yox olan
B) xəstənin uzanmış vəziyyətində başı hündürdə olmamaqla əmələ qələn və horizontal vəziyyətdə yox olan
C) xəstənin yarımoturaq vəziyətində əmələ qələn və horizontal vəziyyətdə yox olan
D) xəstənin oturaq vəziyyətində əmələ qələn, vertikal və horizontal vəziyyətlərində yox olan
E) xəstənin uzanmış vəziyyətdə başı hündürdə olmamaqla əmələ qələn və vertikal vəziyyətdə yox olan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1453) Ortropnoe zamanı təngnəfəslik nə vaxt əmələ gəlir və hansı şəraitdə yox olur?
A) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə dəqiqə sonra əmələ gəlir, ancaq venaya sidikqovucu yeridildikdən sonra keçir
B) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə saat sonra əmələ gəlir, lakin horizontal vəziyyət aldıqda tez keçir
C) əsasən xəstə gəzərkən əmələ gəlir, lakin oturduqda tez keçir
D) əsasən xəstə yataqda uzanmış vəziyyət aldıqdan bir neçə dəqiqə sonra əmələ gəlir, lakin oturduqda və ya yarımoturaq vəziyyət aldıqda tez keçir
E) əsasən xəstə oturmuş vəziyyətdə olduqdan bir neçə dəqiqə sonra əmələ gəlir, lakin horizontal vəziyyət aldıqda tez keçir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1454) Xroniki ürək çatışmazlığı olan xəstələrdə adətən nə vaxt və xəstənin hansı vəziyyətində ürək astması tutmaları inkişaf edir?
A) gündüz, xəstə yataqda olduğu vaxt
B) səhər, xəstə işə getdiyi vaxt
C) səhər tezdən, xəstə yataqdan qalxdığı vaxt
D) axşam, xəstə qida qəbul etdiyi vaxt
E) gecə, xəstə yataqda olduğu vaxt
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1455) Xroniki ürək catışmazlığı olan xəstələrdə ürək astması tutmaları zamanı xəstədə nə baş vermir?
A) Həyəcan hissi
B) Oturur, bir qədər arxaya söykənir, lakin bu əksər hallarda nəzərə çarpan yüngüllük yaratmır
C) Getdikcə artan boğulmanın ölüm qorxusu ilə müşayiət olunması
D) Quru öskürək
E) Yeriməyə başlayır və yaxud uzanır, bu əksər hallarda nəzərə çarpan yüngüllük yaradır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1456) Ürək astması və ağciyər ödeminin yaranması nə ilə əlaqədardır?(SM - sol mədəcik)
1. SM - in yığılma qabiliyyətinin tez və xeyli azalması
2. böyük qan dövranında qan durğunluğu
3. kiçik qan dövranında qan durğunluğu
4. ürəyə qanın venoz axınının artması
5. SM - in yığılma qabiliyyətinin tez və xeyli artması
A) 3, 4, 5
B) 1, 3, 4
C) 2, 4
D) 1, 2, 4
E) 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1457) Ürək çatmamazlığı olan xəstələrdə ürəkdöyünmənin əmələ qəlməsi nə ilə əlaqədardır? (SAS - simpat - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistemi).
A) SAS - ın və RAAS - in aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə
B) SAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə
C) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus taxikardiyası ilə
D) SAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə
E) RAAS - ın aktivləşməsi hesabına yaranan sinus bradikardiyası ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
Dostları ilə paylaş: |