Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Aşağıdakılardan hansı stress-exokardioqrafiyanın dayandarılmasında əhəmiyyətli diaqnostik meyar deyil? (ÜVS - ürək vurğularının sayı, AT - Arterial təzyiq)



Yüklə 453,92 Kb.
səhifə40/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   32   33   34   35   36   37   38   39   40

1704) Aşağıdakılardan hansı stress-exokardioqrafiyanın dayandarılmasında əhəmiyyətli diaqnostik meyar deyil? (ÜVS - ürək vurğularının sayı, AT - Arterial təzyiq)
A) Sistolik AT-nın 220 mm c. süt. qədər və ya diastolik AT-nın 120 mm c. süt. qədər yüksəlməsi

B) ÜVS-nın nəzərdə tutulmuş həddə çatdırılması, döş qəfəsində nəzərə çarpan ağrının yaranması

C) EKQ sınağının aydın görünən müsbət əlamətləri (ST seqmentinin izoxətdən 2 mm çox yerini dəyişməsi)

D) Test preparatın maksimal dozaya və ya fiziki yüklənmənin maksimal yükə çatdırılması

E) ExoKQ sınağının aydın görünən müsbət əlamətləri (sol mədəciyin 2 və ya daha çox seqmentlərinin akineziyası)
Ədəbiyyat: Ədəbiyyat: Рекомендации Европейской Эхокардиографической ассоциации стресс-эхокардио- графия: согласованное мнение экспертов Европейской Эхокардиографической Ассоциации (ЕАЕ) (часть европейского кардиологического общества) «Российский кардиологический журнал» 2013; 4 (102), приложение 2, стр. 3-4
1705) Aşagıdakılardan hansı stress-exokardioqrafiyanın dayandarılmasında diaqnostik əhəmiyyətli meyardır?
A) Supraventrikulyar taxikardiya və ya qulaqcıqların fibrillyasiyası

B) Mədəcik taxikardiyası və ya tez-tez polimorf mədəcik ekstrasistoliyaları

C) Simptomlu arterial hipotenziya (AT-nın 40 mm c. süt. çox enməsi)

D) Dözülməz simptomlar və ya sınağı məhdudlaşdıran simptomsuz əlavə effektlər (məs. sistolik AT-nın 220 mm c. süt. çox və ya diastolik AT-nın 120 mm c. süt.çox yüksəlməsi)

E) EXOKq-da müsbət sınağın şübhəsiz əlamətləri (sol mədəciyin 2 və ya daha çox seqmentlərinin akineziyası)
Ədəbiyyat: Ədəbiyyat: Рекомендации Европейской Эхокардиографической ассоциации стресс-эхокардио- графия: согласованное мнение экспертов Европейской Эхокардиографической Ассоциации (ЕАЕ) (часть европейского кардиологического общества) «российский кардиологический журнал» 2013; 4 (102), приложение 2, стр. 3-4
1706) Stress-exokardioqrafiya zamanı, əsasən, hansı halllarda dobutamindən istifadə olunur?

1. ürəyin işemik xəstəliyinin diaqnostikasında (yığılma qabiliyyətinin lokal pozğunluğu)

2. həyat qabiliyyətli miokardın təyinində (hibernasiyalı miokarda uyğunluluq)

3. aşağı ürək atımı fonunda “həqiqi” aortal stenozun diaqnostikasında

4. miokardın perfuziyasının qiymətləndirilməsində

5. qapaq qüsurlarının ağırlığının və yaranma mexanizminin qiymətləndirilməsində (cərrahi müdaxilədən öncə)
A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Элисдер Райдинг. Эхокардиография. Практическое руководство. М., МЕДпресс-информ., 2010. Перевод с анг.: Д.А.Струтынский, стр. 232
1707) Hansı halın qiymətləndirilməsində qidaborusu daxili exokardioqrafiya müayinəsi böyük rol oynamır?
A) qapaq qüsurlarının yaranma mexanizminin və ağırlıq dərəcəsinin qiymətləndirilməsində, qapaq protezlərinin vəziyyətinin öyrənilməsində

B) stenddaxili restenozun və sol koronar arteriya hövzəsinin zədələnməsinin diaqnostikasında

C) aortanın patologiyasının təyinində (məs., laylanmasının)

D) infeksion endokarditin diaqnostikasında

E) tromboemboliyanın kardial mənşəli olmasının istisna edilməsi və septal defektin təyini
Ədəbiyyat: Ədəbiyyat: Элисдер Райдинг. Эхокардиография. Практическое руководство. М., МЕДпресс-информ., 2010. Перевод с анг.: Д.А.Струтынский, стр. 235-236
1708) Aşağıdakılardan hansı koronaroqrafiya ilə paralel koronar arteriyaların müayinəsində istifadə olunan damardaxili ultrasəs datçiklə müayinəni məhdudlaşdırır?
A) üsulun invaziv olması

B) divar qatlarının, stenoz dərəcəsinin və piləyin xarakterinin müayinəsi

C) sol koronar arteriyanın zədələnməsini üzə çıxarılması

D) koronar arteriyanın uzun məsafədə köndələn kəsikdən müayinəsi

E) stenddaxili restenozun diaqnostikası
Ədəbiyyat: Ədəbiyyat: М. К. Рыбакова, М.Н.Алехин, В. В. Митьков, Практическое руководство по ультразвуковой диагностике. Эхокардиография. Издательский дом Видар, Москва, 2008, стр. 33
1709) Kardiocərrahiyədə istifadə olunan ürəkdaxili ultrasəs müayinəsinin (sağ şöbələrdən) məhdudlaşmasına səbəb nədir?
A) üsulun ezofaqoskopiya ilə müqayisədə informativliyi eynidir

B) transtorakal və qida borusunnan ExoKQ müayinə zamanı tapılmayan patent oval dəliyin aşkarlanması

C) ürək kameralarının vəziyyətinin ətraflı qiymətləndirilməsinin mümkünlüyü

D) üsulun invaziv olması və körpücükaltı venanın punksiyasının vacibliyi

E) ürəyin bütün strukturlarının hər tərəfli qiymətləndirilməsinin mümkünlüyü
Ədəbiyyat: Ədəbiyyat: М. К. Рыбакова, М.Н.Алехин, В. В. Митьков, Практическое руководство по ультразвуковой диагностике. Эхокардиография. Издательский дом Видар, Москва, 2008, стр. 33
1710) Ürəyin sağ şöbələrinin kontrast exokardioqrafiyası üçün hansı məhlul istifadə olunur?
A) ağciyər-kapillyar çəpərin baryerini keçən fizioloji məhlul

B) ağciyər-kapillyar çəpərin baryerini keçməyən uroqrafin

C) 1: 20-yə münasibətində olan fizioloji məhlulda həll olunmuş hidrogen peroksidi

D) jelatinol məhlulu

E) ağciyər-kapillyar çəpərin baryerini keçməyən kontrast maddələr (məsələn, “Levovist”)
Ədəbiyyat: Ədəbiyyat: М. К. Рыбакова, М.Н.Алехин, В. В. Митьков, Практическое руководство по ультразвуковой диагностике. Эхокардиография. Издательский дом Видар, Москва, 2008, стр. 33; Урсула Вилкенсхоф, Ирмтраут Крук.Справочник по эхокардиографии. Перевод с немецкого. МОСКВА. МЕДИЦИНСКАЯ ЛИТЕРАТУРА. 2008 г. Стр.17
1711) Ürəyin sağ şöbələrinin kontrast exokardioqrafiyasını aparmaq üçün aşağıdakılardan hansı göstəriş uyğun deyil?
A) agciyər arteriyasında emboliyaya şübhə

B) trikuspidal və ağciyər arteriyası qapaqlarında olan requrgitasiyanın qiymətləndirilməsi

C) miokardın keçirilmiş infarktı

D) qulaqcıqlararası şuntun mövcudluğuna şübhə



E) kombinə olunmuş anadangəlmə ürək qüsurları
Ədəbiyyat: Ədəbiyyat: Урсула Вилкенсхоф, Ирмтраут Крук.Справочник по эхокардиографии. Перевод с немецкого. Москва. Медицинская литература. 2008 г. Стр.17
Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin