Kardiologiya


) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının D mərhələsində nələr baş verir?



Yüklə 431,39 Kb.
səhifə171/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   167   168   169   170   171   172   173   174   ...   679
355) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının D mərhələsində nələr baş verir?
A) ÜÇ - ün inkişafı üçün yüksək risk mövcuddur, lakin şikayət və ya əlamətlər yoxdur

B) Ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ (ürəyin struktur dəyişikliyi, lakin şikayət və ya əlamətlər yoxdur)

C) Ürəyin funksional və ya struktur dəyişiklikləri aşkar olunmur

D) Kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ün nəzərə çarpan əlamətləri mövcuddur

E) Ürəyin struktur dəyişikliyi ilə bağlı olan simptomlu ÜÇ
Ədəbiyyat: Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN Вакı, 2010. Səh 11.
356) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı A mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci - , AHA - Amerika Ürək Assosiasiyasının - , NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif I

B) Sinif V

C) Sinif IV

D) Sinif III

E) Sinif II
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
357) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı C mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası)
A) Sinif III

B) Sinif I

C) Sinif IV

D) Sinif II

E) Sinif V
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Səh 11.
358) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı D mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif III

B) Sinif I

C) Sinif IV

D) Sinif II

E) Sinif V
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol AzRSN. Вакı, 2010. Səh 11.
359) Sol mədəciyin saxlanılmış atım fraksiyalı diastolik ürək çatışmazlığına (SAFÜÇ) xas olan şikayətlər və əlamətlərlə yanaşı, adekvat saxlanılmış atım fraksiyası dedikdə aşağıdakı hansı faiz nəzərdə tutulur?
A) 25 - 30%

B) 60% - dən çox

C) 45 - 50%

D) 70% - dən çox

E) 35 - 40% - dən az
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
360) Təngnəfəslik, tez yorulma, ümumi zəiflik, iştahasızlıq şikayətləri olan xəstədə periferik ödemlər, vidaci venalarda şişkinlik, ağ ciyər ödemi, hepatomeqaliya, assit, maye durğunluğu, kaxeksiya əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığın (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) ağ ciyər ödemi

B) periferik ödemlər/durğunluq

C) diastolik ÜÇ

D) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

E) yüksək qan təzyiqli ÜÇ (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
361) Sakit vəziyyətdə ağır təngnəfəslik şikayətləri olan xəstədə ağ ciyərlərdə krepitasiya və müxtəlif qabarcıqlı yaş xırıltılar, plevral boşluqlarda transudat (mayenin) yığılması, taxikardiya, taxipnoe əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

B) sağ ÜÇ

C) ağciyər ödemi

D) periferik ödemlər/durğunluq

E) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
362) Huşun pozulması, zəiflik, ətrafların soyuması şikayətləri olan xəstədə periferik perfuziyanın zəifləməsi, sistolik AT <90 mm c.st, anuriya və ya oliqouriya əlamətləri vardır.Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) periferik ödemlər/durğunluq

B) ağ ciyər ödemi

C) sağ ÜÇ

D) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

E) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
363) Təngnəfəslik, zəiflik şikayətləri olan xəstədə vidaci venalarda şişkinlik, periferik ödemlər, hepatomeqaliya, qəbizlik əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) sağ ÜÇ

B) periferik ödemlər/durğunluq

C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

D) ağ ciyər ödemi

E) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin