737) Təcrid olunmuş sistolik hipertoniya hansı xəstəlik üçün xarakterikdir?
A) aortanın aterosklerozu
B) aortal çatmamazlıq
C) tireotoksikoz
D) bütün sadalananlar
E) kəskin bradikardiya
Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.
738) Hansı preparatlar miokardın yığılma qabiliyyətini azaldır, lipid mübadiləsinə mənfi təsir göstərirlər?
A) lozartan
B) β-adrenoblokatorlar
C) kalsium antaqonistləri
D) kaptopril
E) prazozin
Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.
739) Hansı hallarda arterial təzyiqin sürətlə azaldılması əks göstərişdir?
A) aortanın koarktasiyası zamanı
B) aortanın laylanan anevrizması zamanı
C) inkişaf edən böyrək çatmamazlığı zamanı
D) beyin qan dövranının pozulması zamanı
E) hipertonik ensefalopatiyada
Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006.
740) Aorta anevrizması olan xəstələrdə Arterial Təzyiqin azaldılması üçün hansı preparat istifadə olunur?
A) natrium nitroprussid və beta-adrenoblokatorlar
B) droperidol
C) klofelin və beta-adrenoblokatorlar
D) apressin
E) furosemid
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
Dostları ilə paylaş: |