798) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?
A) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması
B) Hipertonik krizlər
C) Xroniki böyrək çatmazlığı
D) Öküz ürəyi
E) Sol mədəciyin atım fraksiyası <50%
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
799) Hansı törədici miokarditin inkişafına səbəb olmur?
A) Parazitlər
B) Göbələk
C) Spiroxetlər, rikketsilər
D) Xlamidilər, aktinomisetlər
E) Virus, bakteriya
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
800) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?
A) Tromboembolik fəsadlar
B) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi
C) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar
D) Ensefalopatiya
E) Stenokardiya tutmaları
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
Dostları ilə paylaş: |