792) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?
A) ağrıların 30 dəqiqədən çox davam etməsi
B) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı
C) küt, sıxıcı ağrılar
D) ağrıların döş sümüyünün arxasında lokalizasiyası
E) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
793) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?
A) qalosistolik küy
B) perikardın sürtünmə küyü
C) çapma ritmi
D) plevro-perikardial küy
E) I-ci tonun ikiləşməsi
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
794) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?
A) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması
B) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası
C) birbaşa perikard boşluğuna yeridilməsi
D) parenteral yolla
E) peroral qəbul
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
795) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?
A) Heparin
B) Prednizolon
C) Furosemid
D) Aspirin
E) Nifedipin
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч.Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр.150
Dostları ilə paylaş: |