812) Daxildən xaricə doğru ürəyin qişalarını göstərin?
A) endokard, miokard, epikard
B) miokard, endokard, epikard
C) epikard, endokard, miokard
D) miokard, epikard, endokard
E) endokard, epikard, miokard
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
813) Normada qulaqcıq miokardının qalınlığı nə qədərdir?
A) 2-3 mm
B) 4-5 mm
C) 1-2 mm
D) 5-6 mm
E) 3-4 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
814) Mədəciklərin diastolik dolmasının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) psixoemosional gərginlik zamanı zamanı
B) işlək əzələlərdə vena tonusunun artması zamanı
C) müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində
D) qulaqcıq yığılmalarının mədəciklərin işi ilə sinxron olmaması (səyrici aritmiya, qulaqcıqların titrəməsi) zamanı
E) skelet əzələlərinin «nasos« funksiyası artarkən
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
815) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?
Dostları ilə paylaş: |