781) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?
A) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur
B) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir
C) adətən EKQ-də dəyişiklik olmur
D) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir
E) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
782) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?
A) nitratlar və antiaqreqantlar
B) AÇF inhibitorları və spironolakton
C) periferik vazodilatatorlar ( prazorin, apressin )
D) ürək qlikozidləri və sidikqovucular
E) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
783) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?
A) dilatasion kardiomiopatiya
B) sağ mədəciyin aritmogen displaziyası
C) dilatasion və hipertrofik kardiomiopatiya
D) hipertrofik kardiomiopatiya
E) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası
Ədəbiyyat: Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
Dostları ilə paylaş: |