Kardiologiya


) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?



Yüklə 431,39 Kb.
səhifə553/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   549   550   551   552   553   554   555   556   ...   679
1235) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?

A) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür

B) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi

C) QRS>0.10”-0.11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi

D) QRS>0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya

E) QRS>0.10”-0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003.
1236) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti

C) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,

D) QRS>0.10”0.11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri

E) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1237) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140

C) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya

D) QRS>0.10”-0.11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi

E) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1238) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?

A) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP

B) Patoloji dəyişiklik qeyd olunmur

C) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması

D) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması

E) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1239) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?

A) Kordaron

B) Etasizin

C) Propanalol

D) Novokainamid

E) Dizopiramid


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999

Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   549   550   551   552   553   554   555   556   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin