1325) Aşağıdakı aritmiyanın hansının yaranma səbəbi Volf – Parkinson - Vayt (WPW) sindromu hesab olunur?
A) qulaqcıqların titrəməsinin
B) mədəcik taxikardiyasının
C) səyrici aritmiyanın
D) atrioventrikulyar blokadanın
E) resiprok atrioventrikulyar paroksizmal taxikardiyanın
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1326) Qulaqcıq səyriməsi zamanı mərkəzi və regionar hemodinamikası stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə başlanğıc müalicə kimi hansı preparatlar tövsiyə olunur?
A) anaprillin və sotalol
B) verapamil və panangin
C) adenozin və xinidin
D) amiodaron və maqnezium sulfat
E) diqoksin və kalium preparatları
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1327) Əlavə keçirici yollar olduqda (WPW sindromu) qulaqcıq səyriməsi (titrəməsi) və ürək çatışmazlığı olan xəstələrdə ürək ritmini bərpa etmək ücün venadaxilinə hansı preparat təyin edilir?
A) atenolol
B) diqoksin
C) novokainamid
D) verapamil
E) lidokain
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42; Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
1328) Qulaqcıq səyriməsi zamanı bütün digər müdaxilələr uğursuzluqla nəticələndikdə və ya əks-göstəriş olduqda, ürək ritmini nəzarətdə saxlamaq üçün hansı tədbirin aparılması müzakirə oluna bilər?
A) atrioventrikulyar düyünün ablasiyası və kardiostimulyasiyası
B) beta - adrenoblokatorlar qəbul edirsə, dozasının artırılması
C) elektrik kardioversiya
D) amiodaron 900-1200 mq/sut təyin edilməsi
E) kardioverter defibrillyator implantasiyası
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42
Dostları ilə paylaş: |