1318) Hansı hallarda impulsun keçiriciliyi pozğunluğu baş vermir?
A) Maksimal diastolik sakitlik potensialının azalmasında
B) Impulsun dekrement (sönən) keçməsində (eyni zamanda qeyri - bərabər)
C) Sadə fizioloji refrakterlikdə və ya onun patoloji uzanmasında
D) Ixtisaslaşmış və yığılma qabiliyyətli hüceyrələrin triqqer aktivləşməsində
E) Re-entry oyanma dalğasının təkrari girişində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1319) Hansı hallarda impulsun yaranması və keçiriciliyinin kombinəolunmuş pozğunluqları baş vermir?
A) Parasistolik aktivləşmədə
B) Hədd potensialının müsbət istiqamətə yönəlməsində
C) Diastolik depolyarizasiyanın sürətlənməsində
D) Membranların hipopolyarizasiyasında
E) Oyanma dalğasının re-entry (təkrari) qirişində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1320) Re-entry oyanma dalğasının əmələ gəlməsi mexanizmində hansı şərait vacib deyil?
A) Elektrik impulsunun keçiricilik yolunun funksional parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)
B) Elektrik impulsunun keçiricilik yolunun anatomik parçalanması və qapanmış dövrənin mövcudluğu (dövrə keçiriciliyi)
C) Elektrolit pozgunluqları (hipokaliemiya, hiperkalsiemiya)
D) Dairənin diqər hissəsində oyanmanın yayılmasının ləngiməsi
E) Dairənin bir hissəsində birtərəfli blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
Dostları ilə paylaş: |