Kardiologiya


) Anginoz ağrısı olan xəstələrin arasında qeyri - sabit stenokardiyanın ayırd edilməsi özünü hansı aşağıdakı formada büruzə vermir?



Yüklə 431,39 Kb.
səhifə386/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   382   383   384   385   386   387   388   389   ...   679
843) Anginoz ağrısı olan xəstələrin arasında qeyri - sabit stenokardiyanın ayırd edilməsi özünü hansı aşağıdakı formada büruzə vermir?
A) Başlandıqdan sonra altı ay ərzində aktivliyi məhdudlaşdıran stenokardiya

B) Sürətlə şiddətlənən və ya kresçendo stenokardiya, daha doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının ağırlığının sürətlə artması

C) Sakitlik stenokardiyası

D) Ilkin stenokardiya, başlandıqdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran, yeni əmələ gələn ciddi stenokardiya

E) Miokardın infarktından sonrakı erkən stenokardiya, kəskin miokard infarktın baş verməsindən 48 saatdan 2 həftəyə qədər dövrdəki stenokardiya
Ədəbiyyat: 1). Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10-11, 2). Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 478
844) Ehtimal olunan stenokardiyalı xəstələrin fiziki müayinəsində yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların təyin və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət yetirilərkən nələrin ayırd edilməsi əsas rol oynamır?
A) Ürək çatışmazlığının əlamətləri

B) Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv kardiomiopatiya əlamətləri və hipertoniya

C) Ürəyin qapaq xəstəlikləri, dilatasion kardiomiopatiya əlamətləri və hipotoniya

D) Qeyri - koronar damar xəstəliyi ilə yanaşı gedən ciddi xəstəliklər, xüsusilə ağ ciyər patologiyaları

E) Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksinin və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10 - 11
845) Stenokardiyalı xəstələrin laborator - instrumental müayinələrində hansı müayinələrin aparılması cox vacib deyil? (Lp (α) - lipoprotein (α), ApoA - apoprotein A, ApoB - apoprotein B)
A) Qanda acqarına şəkər

B) Qanda acqarına lipid profili

C) Qanın ümumi analizi, kreatinin

D) Yüksək həssaslıqlı C - reaktiv zülal, homosistein, Lp(α), ApoA, ApoB 1

E) Sidiyin ümumi analizi, sidikdə zülalın miqdarı
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin