959) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Üzüm turşusunun artması
B) Dislipidemiya
C) Elektrolitlərin disbalansı (Nа+, К+)
D) Testosteronunun miqdarının artması
E) Hiperqlikemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
960) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması
B) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)
C) Qalıq azotun və şəkərin miqdarının artması
D) Sidik cövhərinin və kreatininin miqdarının artması
E) Ümumi bilirubinin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
961) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər).
A) Lipaza və diastaza
B) Kreatinin və sidik cövhəri
C) Xolinesteraza və qələvi fosfataza
D) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)
E) Timol sınağı, tiroksin və triyodtironin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
962) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası).
A) МВ KFK miqdarının dəyişilməsi
B) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
C) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)
D) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması
E) LDH, KFK miqdarının dəyişilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
963) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası).
A) LDH, KFK МВ miqdarının dəyişilməsi
B) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi
C) Α-1- qlobulinlərin miqdarının artması
D) Qara ciyərin çöküntü sınağının dəyişilməsi
E) Γ -qlutamiltranspeptidazanın miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
964) Sakit halda çəkilmiş EKQ-nin hansı nəticələri xroniki ürək çatışmazlığının əmələ gəlməsinin miokardın infarktından sonrakı kardioskleroz və ürəyin nasos funksiyasının zəifləməsi hesabına yaranmasını göstərir?
A) Sol mədəciyin hipertrofiyası
B) Taxiaritmiyalar, bradiaritmiyalar
C) Sağ mədəciyin hipertrofiyası
D) Sinus taxikardiyası
E) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
965) Əgər xroniki ürək çatışmazlıqlı xəstələrdə ürəyin yığılma qabiliyyətinin zəifləməsi fonunda simpatik - adrenal sistemin aktivliyinin artması baş verirsə, onda sakit halda çəkilmiş EKQ - də nə görünər?
A) Sağ mədəcik dilatasiyası əlamətləri
B) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)
C) Sinus taxikardiyası
D) Sol qulaqcığın hipertrofiyası əlamətləri
E) Səyrici aritmiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
Dostları ilə paylaş: |