971) Exokardioqrafiyanın hansı nəticələrı (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Mədəciklərin dissinxroniyası
B) Qulaqcıqlararası cəpərin lipomatoz hipertrofiyası
C) Sol mədəciyin çıxış yolunun obstruksiyası
D) Perikard boşluğuna mayenin yığılması
E) Mitral qapağın ön sistolik hərəkəti
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94.
972) Exokardioqrafiyanın hansı nəticələri (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Perikard təbəqələrin bitişməsi, qalınlaşması və digər göstəricilər
B) Mədəciklərarası cəpərin asimmetrik hipertrofiyası
C) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
D) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları (asinergiyalar)
E) Sol mədəciyin hipertrofiyası və dilatasiyası əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
973) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan arterial hipertoniya xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin lateral və ön şöbələrinin hipokineziyası
B) Sol mədəciyin kütləsinin artması
C) Mədəcikarası çəpərin yalnız bazal şöbəsinin hipertrofiyası
D) Sol mədəciyin dilatasiyasının əlamətləri
E) Sağ mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
Dostları ilə paylaş: |