1156) ST seqmentinin qalxması olmayan kəskin koronar sindrom zamanı aspirinlə hansı preparatın terapiyası məqsədə uyğundur?
A) Trombolitik
B) Klopidoqrel
C) Aşağı molekulyar heparin və yaxud fondaparinuks
D) Heparin
E) Qeyri düz antikoaqulyant
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1157) Dopaminin infuziyasının maksimal sürəti kardiogen şok olan xəstələrdə nə qədərdir?
A) 15 mkq/kq/dəqiqə
B) 7,5 mkq/kq/dəqiqə
C) 20 mkq/kq/dəqiqə
D) 30 mkq/kq/dəqiqə
E) 25 mkq/kq/dəqiqə
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1158) Kəskin miokard infarktı zamanı səyrici aritmiyanın medikamentoz müalicəsi hansıdır?
A) Verapamil, diltiazem-per os
B) Asparkam 2 həb gündə 3 dəfə
C) Venadaxili diqitalizasiya
D) Venadaxili β-blokatorların təyini əgər əks göstərişləri yoxdursa
E) Ivabadrin 5 mq 1 həb x 2 dəfə
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
1159) Miokard infarktı və ritm və keçirilicik pozulmaları olan xəstələrdə ürəyin müvəqqəti elektrokardiostimulyasiyaya göstərişləri hansıdır?
A) Mobits I tipli 2 dərəcəli AV blokada
B) Tam AV blokada və mədəcik kompleksinin nəzərə çarpan genişlənməsi
C) Tam AV blokada və normal mədəcik kompleksləri
D) Sinus bradikardiyası və hipotoniya, mədəcik ekstrasistoliyası
E) His dəstəsinin sağ ayaqcığının və sol ön şahənin kəskin əmələ gələn və proqressivləşən blokadası
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
Dostları ilə paylaş: |