1492) Hansı elektrolit dəyişikliklərində daha tez ritm pozğunluqları əmələ qəlmir?
A) Hipokaliemiya
B) Hipomaqniemiya
C) Hiponatriemiya
D) Hiperkaliemiya
E) Hiperkalsiemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1493) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Kəskin miokarditdə
B) Hipertrofik kardiomiopatiyalarda
C) Stabil stenokardiyada
D) Miokardın infarktından sonrakı kardiosklerozda
E) Qeyri stabil stenokardiyada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
1494) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 350 - 400-ü keçməyən arteriolaların
B) 50 - 100-ü keçməyən postarteriolaların
C) 100 - 120 olan venulalar
D) 20 - 40 olan kapillyarlar
E) 150 - 350-ni keçməyən prearteriolaların
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
Dostları ilə paylaş: |