Kargüzarlığın təşkili kursunun anlayış və predmeti



Yüklə 120 Kb.
səhifə6/7
tarix22.06.2022
ölçüsü120 Kb.
#62060
növüQaydalar
1   2   3   4   5   6   7
Kargüzarlıq

İstintaq baxışı növləri
İstintaq baxışı prosessual və kriminalistik baxımdan cinayət işi üzrə vacib məsələlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Hüquq ədəbiyyatında istintaq baxışı ilə bağlı kifayət qədər diskussiyalar, yanaşmalar və fikir ayrılıqları mövcuddur.
İstintaq baxışına anlayış ilk dəfə olaraq 1950-ci ildə nəşr olunmuş “Kriminalistika” adlı dərs vəsitində professor İ.N.Yakimovun müəllifliyi ilə hazırlanmış “Hadisə yerinə və maddi sübutlara baxış” fəslində verilmişdir. İ.N.Yakimovun fikrincə baxış istintaq hərəkəti olub, cinayətin tez açılması və cinayətkarın ifşa edilməsi üçün maddi məlumatların müəyyən edilməsinə yönəlmişdir. Müasir dövrdə isə istintaq baxışına fərqli yanaşma var.
Belə ki, istintaq baxışı bu istintaq hərəkəti olub, törədilən əməlin bütün hallarının müstəntiq tərəfindən bilavasitə qavranılması və öyrənilməsi məqsədiıə cinayətin açılması və araşdırırılması üçün əhəmiyyət kəsb edə bilən əşyaların, sənədlərin, maddələrin, materialların və i.a. aşkar edilməsi, qeyd olunması, götürülməsi başa düşülür.
İstintaq baxışının digər istintaq hərəkətləri ilə oxşar cəhədləri olsa da özünün prosesual təbiətinə və keçirilmə taktikasına görə onlardan prinsipial fərqlənir. Baxışın mahiyyəti cinayət işi üzrəsübut əhəmiyyətli faktların mövcudluğu və xarakteri barədə bilavasitə müstəntiqdə real təəssüratın yaranmasında ifadə olunur.
İstintaq baxışı zamanı dərketmənin müxtəlif metodları tətbiq edilir. Həmçinin baxış prosesində ümumdərketmə nəzəriyyəsindən, təfəkkürün məntiqi qaydalarından, analiz və nəticələrin təhlilindən geniş istifadə olunur.
Baxış bu ancaq müşahidə deyil, eyni zamanda tədqiq olunan hadisə ilə bağlı obyektlər üzərində ölçmələrin, hesablamaların aparılması, onların müqayisə editətbiqi və nəticədə isə müstəntiq , eyni zamanda hadisənin digər iştirakçıları tərəfindən aşkar edilmiş və müəyyən olunmuş bütün hallarin müəyyən metodlarla təsvir edilməsi vəəks olunması ilə izah olunur. İbtidai araşdırma prosesində istintaq baxışı çox böyük əhəmiyyətə malikdir.
İstintaq baxışı ilə cinayətin baş vermə mexanizminin ayrı-ayrı halları, cinayətkarın izləri və digər maddi sübutlar aşkar olunaraq tədqiq edilir vəəldə olunan nəticələr əsasında isə istintaq şəraiti qiymətləndirilir,onun əsas istiqamətləri müəyyənləşdirilir,cinayətin törədilmə üsulları və cinayətkarın şəxsiyyəti barədə təəssüratlar fopmalaşır.
Bütün bunlar da öz növbəsində ibtidai araşdırmanın nəticəsinə müsbət mənada təsir göstərir.
İstintaq baxışı taktikasının ümumi müddəaları. Kriminalistika elmində istintaq baxışı və onun ayrı-ayrı növlərinə dair bir sıra tövsiyələr işlənib hazırlanmışdır.
1.Baxışın vaxtında keçirilməsi. Göstərilən taktiki tələbin mahiyyəti ondan ibarətdir ki, zərurət yarandıqda baxış dərhal həyata keçirilməli, bütün obyektlər maksimum mühafızə olunmalı, həmçinin onun səmərəliliyi və müvafiq nəticələrin əldə olunması təmin olunmalıdır. Bu da öz növbəsində baxışın təxirəsalınmadan aparılması prinsipindən irəli gələrək təmin olunur.
İstintaq baxışının təxirəsalınmadan aparılması bir-biri iləəlaqədə olan iki səbəblə şərtləndirmək olar. Birincisi, baxış obyektlərinin tez və bərpası mümkün olmayan dəyişikliyə uğranması cinayətlərin açilması və araşdırılması üçün əhəmiyyət kəsb edən halların və maddi izlərin bilavasitə müstəntiq tərəfindən qavranılmasına mənfi təsir göstərə bilər.
Belə dəyişikliklər obyektiv və subyektiv səbəblərdən, həmçinin maddi izləri dəyişərək və ya tamamilə məhv edərək cinayətin gizlədilməsində maraği olan şəxslər tərəfindən edilə bilər. Məsələn, müstəntiq yol-nəqliyyat hadisəsi yerinə baxışı müəyyən qədər təxirə saldıqda həmin yerdə nəqliyyat vasitələrinin intensiv hərəkəti nəticəsində iş üçün vacib olan maddi izlər məhv ola bilər. Digər misal, obyektiv səbəbdən müstəntiq tərəfindən şübhəli şəxsin müayinəsi gec aparıldığı hallarda onun bədənində zərərçəkən şəxsin özünü müdafiə zamanı ona yetirilən zədələrin yaranma vaxtının məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən edilməsini çətinləşdirə bilər.
İstintaq baxışının nəticələri bir qayda olaraq istintaqın sonrakı mərhələsi üçün ilkin məlumat mənbəyi kimi xidmət edir, onun perspektiv istiqamətlərini müəyyənləşdirir və zəruri fərziyyələrin qurulmasına imkan yaradır.
2.Baxışın obyektivliyi və hərtərəfliliyi. Baxışın obyektivliliyi dedikdə, baxış zamanı müstəntiq ancaq özünün ilkin təəssüratlarına qapanmamalı, zəruri olan mümkün fərziyyələri yoxlamalıdır. Obyektivlik həmçinin baxışın nəticələrinin protokolda tam əks olunmasında, eyni zamanda orada müstəntiqin gəldiyi nəticələrin, mülahizələrin, rəylərin əks olunmasının yolverilməməzliyində özünü göstərir. Baxışın obyektivliyi ilə onun hərtərəfliliyi sıx əlaqəli olub, bir-biri ilə daima uzlaşır. Baxışın hərtərəfli aparılmasını həm taktiki, həm də texnikikriminalistik üsul və vasitələrin geniş tətbiqi ilə nail olmaq olar, bu da aparılan tədqiqatların dairəsini genişləndirir, həmçinin adi şəraitdə əldə edə bilmədiyimiz məlumatların toplanılmasına imkan yaradır.
Müstəntiq tərəfindən baxışın obyektiv və hərtərəfli aparılmasını təmin edən məqamlara,onun izlərin yaranma mexanizmi iləbağlı zəruri kriminalistik biliklərə malik olması, bu sahədə uğurun əldə edilməsinin zəmanəti olan müşahidə aparma, diqqətli və səbirli olma kimi keyfiyyətləri döstərmək olar.
3.Baxışın aktiv aparılması. Müstəntiq baxışıişdə marağı olan şəxslərin təhriki ilə deyil, öz xidməti səlahiyyətləri çərçivəsində həyata keçirir. O, baxış zamanı aktivlik göstərərək izlərin və digər maddi sübutların aşkar edilməsi üçün tədbirlər görür. Müstəntiq istintaq baxışının keçirilməsini təşkil edir və onun gedişatına rəhbərlik edir, çünki o, cinayət işi üzrə ibtidai araşdirmanın obyektiv və hərtərəfli aparılmasına məsuliyyət daşıyır.
4.Baxışın metodikliyi və ardıcıllığı. İstintaq baxışının bu növü onun düzgün təşkili və planlı şəkildə aparılmasında ifadə olunur.
Eyni zamanda baxış keçirilən obyektin spesifik xüsusiyyətlərinin nəzərə alınması,daha səmərəli üsul və metodların seçilməsionun metodikliyini, baxış zamanı müstəntiqin müəyyən hərəkətlər və qaydalar çərçivəsində fəaliyyəti isə onun ardıcıllığını bildirir.


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin