KAŞ valideynləRİm biLƏYDİ! (Valideynlər üçün)



Yüklə 2,16 Mb.
səhifə38/39
tarix22.04.2017
ölçüsü2,16 Mb.
#15238
1   ...   31   32   33   34   35   36   37   38   39

Uşağı belə bir imtinaya sövq edən səbəblərdən biri də onun məktəb tələbləri ilə ayaqlaşa bilməməsidir. Məktəb tələbləri qarşısında özünü gücsüz görən uşaq bu mühitdən uzaqlaşmağa çalışır. Əlbətdə ki, valideyn uşağı məktəbə qoymazdan qabaq onun gücünə, qavrayışına əmin olmalıdır. Bə`zi valideynlər isə, əksinə, uşağı məktəbə qoymaq istəmirlər. Təbii ki, uşaq da evi məktəbdən üstün tutur. 82

Səbəb nə olur olsun, uşağa evdə qalmağa icazə verməyin. Əgər uşaq desə ki, məktəbə getsəm ürəyim ağrıyacaq − dərhal məktəblə əlaqə saxlayın. Uşaq sizin narahatlığınızdan iki mühüm həyat dərsi alacaq. Əvvəla öyrənəcək ki, qarşıya çıxan çətinliyi həll etmək lazımdır. İkinci dərs isə budur ki. çətinliyi həll etmək üçün ürəyinizcə olmayan işləri də görməyə məcbursunuz. 82

Əgər uşağa evdə qalmağa icazə versəniz, onu məktəbə göndərmək hər gün daha da çətinləşəcək. Eləcə də, uşaq qarşısına çıxan problemləri həll etmək əzmini itirir, təslimçi mövqe tutacaq. 83

Sual: Özünü xəstəliyə vurmuş uşaqla necə rəftar edim? 83

Cavab: Uşaqlar məktəbə getməmək üçün, adətən, belə bəhanələr gətirirlər. Uşağı xəstə halda məktəbə gördərmək valideyn üçün çox ağırdır. Zənnimcə, uşağın məktəbdən qalması üçün əvvəlcədən qaydalar müəyyənləşdirməlidir. Uşağın xəstəliyini ya həkim təsdiq etməlidir, ya da bədən hərarəti yüksək olmalıdır. Əgər uşağın şikayət etdiyi xəstəlik ciddi deyilsə, ona evdə qalmağa icazə verməyin. Siz onu məktəbə göndərməklə gələcək bəhanələrin də qarşısını alacaqsınız. Amma uşaqla razılaşsanız, o məs`uliyyətdən yaxa qurtarmaq üçün daim özünü xəstəliyə vuracaq. Əlbəttə ki, uşaq əslində xəstə də ola bilər. Xəstə uşağı məktəbə göndərmək xoşagəlməz olsa da, bu xəstəliyə əmin deyilsinizsə, risk edib onu məktəbə göndərin. Sizin bu hərəkətiniz uşaqda belə bir fikir yaratmamalıdır ki, siz ona inanmırsınız. Eləcə də, ona deməyin ki, bu xəstəlik bəhanədir. Sadəcə bildirin ki, yüngül xəstəliyə görə işdən və məktəbdən qalmaq olmaz. Əgər uşağın xəstə olub-olmadığı sizi narahat edirsə, onu məktəbdə yoxlaya bilərsiniz. 83

Sual: Məktəb barədə danışmaq istəməyən uşaqla nə etməli? 83

Cavab: Əksər uşaqlar məktəbdə baş verən hadisələr haqqında həvəslə danışırlar. Məktəbdə baş verənlər uşağın xüsusi həyatına aid olduğundan, bu barədə danışmaq istəməyən uşaqlara hörmətlə yanaşmaq lazımdır. Amma uşağın məktəbdəki problemləri ilə maraqlanmaq zəruridir. Bununla belə, xırdalığa varıb, uşağı hər şey barədə danışmağa məcbur etməyin. Siz təzyiqi artırdıqca uşaq daha çox inad göstərəcək. Yeddi-on iki yaşlı uşaqlardan söz almaq diş çıxarmaq qədər çətindir. 83

Sual: Valideyn məktəbə aid işlərdə iştirak etməlidirmi? 83

Cavab: Zənnimcə, belə bir iştirak valideyn üçün vacib deyil. Sizin məktəb məsələlərinə ciddi yanaşmağınız uşaqda daxilən razılıq hissi doğurur. Dərs zamanı sinfə getməyin. Amma məktəbdəki yığıncaqlarda iştirak edin. Müəllimlə birbaşa əlaqə qurmağınız uşağın məs`uliyyət hissini artırır. Uşağın məktəb və müəllimə hörmətində valideynin məktəbə münasibəti mühüm rol oynayır. Valideyni məktəb işlərində iştirak edən uşağın şəxsiyyəti daha ictimai olur və o, cəmiyyət qarşısında daha çox məs`uliyyət hiss edir. 84

Əksər uşaqlar məktəbi evə, ailəyə, ailəni isə məktəbə bənzədirlər. Müəllimi qonaq çağırmaq uşaq üçün olduqca böyük hadisədir və uşağın müəllimə əlaqəsini asanlaşdırır. Müəllim uşağın ailəsi ilə tanış olduqda uşaq onu öz həyatına şərik bilir. Amma müəllimidə`vət etməzdən qabaq uşağın razılığını almaq lazımdır. Belə olduqda uşaq özünü bu qonaqlıq üçün cavabdeh hesab edir. O, süfrəyə qulluq zamanı özünü fəal göstərməklə ailədəki rolunu müəllimin nəzərinə çatdırmaq istəyir. Qonaqlığın gedişində uşağın məktəblə bağlı olmayan zəif nöqtələrini açmaq olmaz. Heç məktəb problemləri haqqında da danışmaq münasib deyil. 84

Sual: Nə üçün bə`zi uşaqlar məktəb ev tapşırıqlarını həvəssiz yerinə yetirirlər? 84

Cavab: Əksər uşaqlar məktəb tapşırıqlarını xoşlamırlar. Amma bu münasibətin yaranmasında tapşırıqların çoxluğu və çətinliyi böyük rol oynayır. Bu işdə bə`zən valideynlər də günahkar olur. Onlar arabir evə təzəcə çatmış uşağı yorğun-yorğun ev tapşırıqlarını yazmağa vadar edirlər. Beləcə uşaqda ev tapşırığına nifrət oyanır. 84

Bu işdə müəllim də müqəssir ola bilər. Bə`zi müəllimlər hədsiz və çətin tapşırıqlarla sanki uşaqları cəzalandırırlar. Onlara elə gəlir ki, ev tapşırıqlarından tənbeh kimi istifadə etmək olar. Hansı ki, belə bir üsul ev tapşırıqlarının elmi dəyərini puça çıxarır. Müəllimin ifrat ciddiliyi səbəbindən uşaq səhv etməkdən qorxarsa, bu qorxu onun qavrayışına mənfi tə`sir göstərər. 84

Unutmaq olmaz ki, ev tapşırıqları məntiqi cəhətdən əsaslı olmalıdır. Bütün normalara uyğun gələn ev tapşırıqları da uşaq üçün ürəkaçan olmur. Uşağa anlatmaq lazımdır ki, ev tapşırıqları maraqsız olsa da, onları yerinə yetirmək faydalıdır. 85

Sual: Ev tapşırıqlarına hansı yolla maraq yaratmaq olar? 85

Cavab: Siz heç vəchlə ev tapşırıqlarını sevdirə bilməzsiniz. Yaxşısı budur ki, bu tapşırıqların zəruriliyini qəbul etdirmək barədə düşünək. Uşağın əvəzinə tapşırığı yerinə yetirmək olmaz. Bu iş tamamilə faydasızdır. Uşağa ən yaxşı kömək odur ki, ev tapşırıqlarının yerinə yetirilməsi üçün münasib proqram hazırlayasınız. Bu proqramda sizin iştirakınız və məktəbdən sonrakı işlər nəzərdə tutulmalıdır. Uşaq özü belə bir proqram hazırlamaqda acizdir. Ona sakit və münasib mühit yaratmaqla kömək edin. Valideynin ev tapşırıqlarına münasibəti uşağın bu tapşırıqlara münasibətinin formalaşmasında tə`sirlidir. Ev tapşırıqlarından tənbeh kimi istifadə olunması uşaqda ikrah doğurur. Amma valideyn öz iştirakı ilə ev tapşırıqlarını uşaq üçün maraqlı bir işə çevirə bilər. Əgər uşağı ev tapşırıqlarının həllinə qismən həvəsləndirə bilsəniz, bu böyük nailiyyət olar. 85

Sual: Övladımın məktəbə uyğunlaşdığını necə öyrənə bilərəm? 85

Cavab: Əgər uşaq məktəbə həvəs göstərirsə, ev tapşırıqları üzərində işləyirsə, sinif yoldaşları ilə dostlaşmışsa, demək artıq məktəbə uyğunlaşmışdır. Uşağın aldığı qiymətlər əhəmiyyət daşısa da, onun məktəbə uyğunlaşması üçün ölçü deyil. Bə`zən uşaqlar yalnız tənbehdən qorxduqları üçün yaxşı qiymətlər alırlar. 85

Sual: Məktəbə biganəliyin əlamətləri nədir? 85

Cavab: Belə uşaqlar, adətən, məktəbə getməmək üçün bəhanə axtarırlar. Amma dərslərini yaxşı oxumadığı halda məktəbə tələsən uşaqlar da var. Belə uşaqları məktəbə həvəsləndirən onların ruhi ehtiyaclarını ödəyən ictimai mühitdir. Bə`zən uşağın məktəbə uyğunlaşa bilməməsi, onun öz dırnağını çeynəməsi, yatağını islatması, dilinin topuq vurması kimi əlamətlərlə müşayiət olunur. Bu əlamətlərdən mə`lum olur ki, uşağın məktəbə uyğunlaşması üçün köməyə ehtiyac var. İstər davranış, istərsə də təhsildəki problemlər valideyni narahat etməlidir. Valideyn məktəblə əlaqə saxlamalı, bu problemlərin səbəbini tapmalıdır. Uşağın təhsildəki müvəffəqiyyətsizliyi onun əsəb sistemindəki yorğunluqla bağlı ola bilər. Bu yorğunluğu psixoloji problem hesab etməyin. Bir sıra fiziki çatışmazlıqlar ruhi çatışmazlıqlara oxşar olur. Əslində bu problemlər uşağın yaddaşı ilə bağlı olur. Dərs proqramı ilə ayaqlaşa bilməyən uşaq əsəb gərginliyi keçirir. Düzgün oxuyub yazmaq, xəttini düzəltmək bir çox uşaqları yorur. Əslində psixoloji problemlər bu sayaq əsəb yorğunluqlarından yaranır. Ona görə də uşağa vaxtında kömək etmək lazımdır. Bu problemlər vaxtında həll olunmadıqda üst-üstə qalaqlanır, ciddi psixi sarsıntılar yaradır. Məktəb illəri uşağın həyatında ən böhranlı dövrdür. Bu dövrə məxsus problemlər vaxtında həll olunmadıqda onları sonradan tam şəkildə həll etmək mümkün olmur. Bilməlisiniz ki, məktəb problemlərini həll edib, övladınız üçün münasib şərait yaratmaq imkanınız daxilində olan bir işdir. Bu işdə psixoloqların köməyindən istifadə etmək olar. 85

Əksər məktəblərdə uyğun problemlərlə məşğul olan mütəxəssislər olsa da, fərdi şəkildə peşəkar psixoloqla əlaqə saxlayın. 86

Adətən, diqqətdən yayınan bir məsələyə də toxunmaq istəyirəm. Bə`zən məktəbə mənfi münasibətin səbəbi uşaqda yox, məktəbin özündə olur. Məktəbdəki durumdan xəbərdar olmadan uşağı təqsirləndirməyin. Bə`zən məktəblərdə uşaqların tutumuna lazımı diqqət göstərilmədiyindən, uşaq həvəsdən düşür. Bə`zən uşaqda zəiflik doğuran sinif şəraiti, ya da müəllimin ifrat ciddiliyi olur. Çox iste`dadlı uşaq da qeyri-münasib şəraitdə küt görünə bilər. Uşaq sizin müəllimə və məktəbə qarşı iradlarınızdan xəbər tutmamalıdır. Sizin bu mövqeyiniz uşağın məktəb və müəllimə son inam bağlarını qıra bilər. 86

On birinci fəsil 87

Dəcəllik, itaətsizlik və kobud rəftar 87

Sual: İnkişafda olan uşaq üçün itaətsizlik təbiidirmi? 87

Cavab: Bəli, övladınız üçün bütün inkişaf mərhələlərində itaətsizlik təbii haldır. İtaətsizliyinə görə əsəbiləşdiyinizi dərk etməyən uşaq hələ ki dəcəlliyin mə`nasını anlamır. Valideynin razılığını onun narazılığından fərqləndirə bilən uşaq öz hərəkətlərinə nəzarət etməyə başlayır. Dəcəllik də başa düşən uşağa aiddir. Valideyn uşağın hərəkətini o zaman dəcəllik kimi qiymətləndirməlidir ki, onun bilərəkdən hərəkət etdiyinə əmin olsun. 87

Uşağın dəcəlliyinə görə narahat olmayın. O, sizin qoyduğunuz qanunlardakı zəif nöqtələri axtarır. Onun məqsədi sizi narahat etmək yox, tə`yin olunmuş çərçivənin hüdudlarını müəyyənləşdirməkdir. Sizin narahatçılığınız o vaxt əsaslı olar ki, uşaq dəcəlliyə ara verməsin. 87

Sual: Övladımın itaətkarlığına görə narahat olmalıyammı? 87

Cavab: Valideynin bütün istəklərini qeyd-şərtsiz yerinə yetirən uşaq, çox güman ki, sərt rəftarla tərbiyə olunmuşdur. Yalnız qorxu altında şəxsiyyəti sındırılmış uşaqlar bütün deyilənlərə əməl edir. Belə uşaqlar yalnız ətrafdakıları razı salmaq barədə düşünürlər. Onlar daim göstəriş gözləyir və müstəqil şəkildə hər hansı bir işi başa çatdıra bilmirlər. Uşaq vaxtı müt`i olan insanlar yaşa dolduqdan sonra yalnız əl altında işləyə bilir, yaradıcılıq qabiliyyətindən məhrum olurlar. 87

Məktəbdə müəllimlər belə uşaqları daha çox sevirlər. Hətta onları başqalarına nümunə göstərirlər. Elə valideynlər də onları əzizləyir. Amma belə uşaqlar öz uşaqlıq dövrlərindən ləzzət ala bilmirlər. Yaşıdları onları məsxərəyə qoyur və özlərindən uzaqlaşdırırlar. Müt`i uşaqlar daim böyüklərin razılığını güddüklərindən öz şəxsiyyətlərini biruzə verə bilmirlər. Bu hal onlarda ömür boyu davam edir. 87

Sual: Uşağı kobud rəftara vadar edən nədir? 87

Cavab: Özündə daxili nəzarət mexanizmi yarada bilməyən uşaqlar kobud rəftarlı olurlar. Yə`ni bu uşaqlar nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirə bilməmişlər. İnsanın rəftarını tənzimləyən vicdan müxtəlif səbəblərdən məhv ola bilər. Kobud rəftarlı uşaqlar ani ləzzətlərin ötəri olduğunu anlamırlar. Onlar cəmiyyətdən alacaqları böyük mükafatı qoyub, ani ləzzətə üstünlük verirlər. Valideynlər övladlarına anlatmalıdırlar ki, ilk baxışdan ləzzətsiz görünən bir iş çox faydalı ola bilər. Əgər uşaq ani ləzzətlər dalınca qaçırsa, demək, onun tərbiyəsində səhvə yol verilmişdir. Tərbiyənin başlıca müddəalarından biri “böyük məqsədə ani ləzzətlərdən keçməklə çatmaq olar” prinsipi üzərində qurulmalıdır. Övladınızı çətin bir işin öhdəsindən gəldikdə mükafatlandırsanız, o başa düşər ki, mükafat əldə etmək üçün hansısa şərtlərə əməl olunmalıdır. 88

Uşağın kobud rəftarlı olmasının başqa səbəbləri də var. Məsələn, valideyn və ya müəllim fərqinə varmadan uşağı şər adlandırarsa, bu ittiham uşağı şərə sövq edə bilər. 88

Uşağı yersiz tənbeh etməyin. Nahaq tənbeh insanın yaxşılığa marağını azaldır. Yersiz tənbeh olunan uşaq qərara gəlir ki, yaxşı və ya pis olmağın heç bir fərqi yoxdur. Bu düşüncə tərzi olduqca qorxuludur. Bu düşüncə tərzinə malik insanlar ətrafın yersiz ittihamlarına cavab olaraq ani ləzzət ardınca qaçır, heç bir qayda-qanun tanımır, bir sözlə, ləzzət üçün yaşayırlar. 88

Çox uşaqlar tanıyıram ki, ətrafın sevgisini qazanmaq istəsələr də, öz kobud rəftarlarından əl çəkə bilmirlər. Çünki bu uşaqların böyüyüb, boya-başa çatdıqları mühitdə cəmiyyətin tələbləri haqqında təsəvvür formalaşmayıb. Bu uşaqların əksəriyyəti yaxşı rəftarın ləzzətini duymayıblar. Onların tərbiyəsində “ insan və cəmiyyət” mövzusunda heç bir söhbətə yer verilməyib. Onların qulağı “sən şərsən”, “səndən bir şey çıxmayacaq”, “səninlə danışmaq faydasızdır” kimi ittihamlara vərdiş verib. Belə uşaqların valideynləri başı öz problemlərinə qarışmış insanlardır. Bu valideynlər yalnız uşaq xətaya yol verdikdə onu yada salırlar. İstisnasız olaraq bütün uşaqlar valideynin diqqətinə ehtiyac duyurlar. Yalnız pis iş gördükdə bu diqqəti qazana bilən uşaq məhz valideynin diqqətini cəlb etmək üçün pis işlərini davam etdirə bilər. 88

Sual: Nə üçün övladım bu yolla diqqəti cəlb etmək istəyir? 89

Cavab: Güman ki, bu uşaq yaxşı işlər gördükdə ona diqqət edən olmur. Yaxşılıqla diqqət qazana bilən uşaq başqa yola əl atır. Onu bu yolu seçməyə sizin münasibətiniz vadar edir. Əgər uşağın yaxşı işləri qiymətləndirilmirsə, o pis işlərlə diqqəti cəlb etməyə məcburdur. 89

Sual: Daim dəcəllik edən uşaqla necə davranmaq lazımdır? 89

Cavab: Əvvəlcə bu dəcəlliyin səbəbini araşdırın. Bu səbəbi tapmamış problemi həll etmək olmaz. Dəcəllik səbəbsiz olmur. Çox güman ki, bu dəcəlliyin əsas səbəblərindən biri uşağın müsbət işlərinin qiymətləndirilməməsidir. Güman ki, bu uşaq cəmiyyətdən də öz yaxşı işinə cavab ala bilmir. Onun qazancı yalnız tənbeh və məhrumiyyətlərdir. İtaətsiz övladın valideyni, adətən, övladına vaxt ayıra bilməyən problemli bir valideyndir. Övladının müsbət hərəkətlərinə biganəlik göstərən ata-analar az deyil. Bu valideynlərin işi uşağı yalnız pis iş gördükdə danlamaqdır. 89

Qəbulumuzda olan valideynlərin əksəri övladının kobud rəftarından şikayətlənir. Onlar öz uşaqlarının biganəliyindən, təhsildə geriliyindən narahat olurlar. Bu uşaqlar zehnli və iste`dadlı da ola bilərlər. Sadəcə, onun qabiliyyətlərinin üzə çıxması üçün düzgün şərait yaradılmalıdır. Bu uşağı biganəlikdə qınayan valideyn əslində onun üçün münasib şərait yaratmamışdır. Uşaq ona qarşı tətbiq olunmuş qeyri-münasib qanunlara öz biganəliyi, kobudluğu ilə cavab verir. O, kiçik bacı-qardaşını incidərkən valideyn onu qınamaqla yarasına duz səpir. Belə bir uşağı qadağalarla islah etmək mümkünsüzdür. Bir sözlə, uşağın kobud rəftarında sirr axtarmayın. Onun yaxşı işlərini qiymətləndirmək lazımdır. Əgər uşağın müsbət hərəkətləri biganəliklə üzləşirsə, o da öz ətrafındakılara biganəlik göstərəsidir. Kobud rəftarlı uşağın islahı üçün bu rəftarın səbəbini araşdırın. Çalışın ki, uşaq sizinlə ünsiyyətdən ləzzət alsın. Uşaq sizin himayənizi, ona arxa olduğunuzu hiss etməlidir. Uşaq ona qadağan edilmiş bir şeyin zərərli olduğunu başa düşməlidir. Əgər deyilənlərə müvəffəq olmasanız, övladınız şəxsiyyətsiz insanlarla yaxınlığı sizinlə yaxınlıqdan üstün tutacaqdır. 89

Sual: Axı övladım məndən nə istəyir? 90

Cavab: Övladınız sizinlə münasibətdən ləzzət duymalıdır. Eyni zamanda, o sizin qarşınızda məs`uliyyət hiss etməlidir. Bu iki hissdən məhrum olan övlad problemlər yaradısıdır. Övladını razı salmağa çalışmayan valideyn onu evdən qaçaq salır. Müşahidələrdən mə`lum olur ki, zəif valideynlərin himayəsi altında böyüyən uşaq gənc yaşlarında amansızlığa meyilli olur. Özünə başı qarışmış valideynlər uşağın ehtiyaclarına cavab verəcək qanunlar hazırlaya bilmədiklərindən, bu uşaq kənar qanunlarla yaşamağa başlayır. Adətən, oxşar problemli uşaqlar dostlaşaraq öz gəncliklərini puça çıxarırlar. Onlar öz daxili boşluqlarını bir-birləri ilə sıx əlaqələr vasitəsi ilə doldurmaq istəyirlər. 90

Hər bir uşaq öz şəxsiyyətinin tanınmasını və fərqli cəhətlərinin qiymətləndirilməsini istəyir. Uşaq daxili enerjisinin düzgün istiqamətləndirilməsi üçün valideynin köməyinə möhtacdır. Siz belə bir vəzifəni yerinə yetirməkdən qürur duymalısınız. 90

Övladınız sizin himayəniz sayəsində inkişafa başlayır və hər gün öz bacarığını daha çox biruzə verir. Onu öz gücünə inandırmaq lazımdır. İnanmıram ki, ona hər şeyin yaxşısını vermək, ifrat dərəcədə rahat şərait yaratmaq faydalı olsun. Unutmayın ki, yalnız qarşılıqlı məhəbbət faydalı olur və uşağın ehtiyaclarını ödəyir. 90

Sual: Məs`uliyyətsiz uşaqla nə etmək lazımdır? 90

Cavab: Bə`zən uşaq itaətsiz görünməsə də, tələb olunan işlərə maraq göstərmir. Bu uşaq heç nəyə əhəmiyyət vermir. Sanki onun məs`uliyyət hissi yoxudur. Zənnimcə, bu uşaq qədərincə qiymətləndirilməmiş və ona özünü göstərmək üçün imkan verilməmişdir. 90

Əslində uşaq hansısa bir mükafata görə bütün tapşırıqları həvəslə yerinə yetirə bilər. Çox vaxt bu mükafat sizin razılığınızdan ibarət olur. Əgər uşaq üçün sizin razı qalıb-qalmamağınızın fərqi yoxdursa, çətin ki, istəyinizə həvəslə əməl etsin. Bundan ötrü isə uşağın reaksiyalarına biganə qalmamalısınız. Əgər biganə qalsanız, o da biganə olacaq. Biganələşmiş uşaq isə yalnız öz istəkləri barədə düşünəcək. 91

Bə`zən isə uşağın bütün vəzifələrini valideyn öz üzərinə götürür, onu zəhmət çəkməyə qoymur. Belə uşaqlar əllərini ağdan qaraya vurmayıb, qulluqçu gəzirlər. Hansı ki, problemlərini həll etməyə çalışan insan həm inkişaf edir, həm də öz işindən ləzzət alır. Zəhmətə alışmamış uşaq isə böyüdükdən sonra daim başqalarından kömək gözləyir. 91

Sual: Uşağa məs`uliyyət hissini aşılamaq olarmı? 91

Cavab: Uşağa kiçik işlər tapşırıb, bu işdə ona kömək edin. Əgər o bu vəzifəni yerinə yetirə bilsə, məhəbbətinizlə mükafatlandırın. Bu yolla uşaqda məs`uliyyət hissi yaratmaq olar. 91

Sözsüz ki, az yaşlı uşaqlara kiçik işlər tapşırmaq olar. Uşağa tapşırılmış işdə ona kömək etmək, hər hansı bir işdə uşağın köməyini qiymətləndirmək onu hərəkətə gətirir. Məsələn, iki yaşlı uşaqlar valideynə ev işlərində həvəslə kömək edirlər.Əgər göstərdiyi köməkliyə görə ona təşəkkür etsəniz, daha çox çalışacaq. Öz vəzifəsinə əməl etməyən, uşağa biganə olan valideyn övladının məs`uliyyət hissini öldürür. 91

Sual: Nə üçün bə`zi uşaqlar daim deyilənin əksini edirlər? 91

Cavab: Uşağın belə rəftarı səbəbsiz deyil. Əvvəla, uşaq bu hərəkəti ilə sizin diqqətinizi cəlb etmək istəyir. Ən pis halda, bu rəftarın arxasında qəzəb dayanır. Bə`zən uşaq yalan danışır, oğurluq edir, başqa pis işlərə əl atır və bütün bu işlərdən xəbərdar olmağınzı istəyir. Bilərəkdən belə işlərə əl atan uşaq, sözsüz ki, diqqətinizi cəlb etmək istəyir. Cəmiyyətin diqqətini cəlb edən işlər uşaq üçün bir vasitə olur. O, diqqət mərkəzində olmaq üçün hətta polisi də işə qatır. Uşaq bütün əziyyətlərə razıdır, təki sizin diqqətinizi cəlb etsin. 91

Sual: Uşağı bu yola vadar edən nədir? 92

Cavab: Uşağın belə rəftarı ondakı daxili ağrılardan doğur. Çox güman ki, o, sizin sevginizdən məhrum olmaqdan qorxur. Bu vəziyyət, adətən, uşağa kifayət qədər vaxt ayıra bilməyən ailələrdə yaranır. Belə uşaqlar ətrafdakı uşaqlara qarşı aqressiv olurlar. Onda özünü göstərməyə meyl yaradan sevgiyə olan ehtiyacdır. Ətrafdakılar belə dikbaş uşağın burnunu ovmaq istəyirlər. Əslində o sevgiyə möhtacdır. Burnu ovulanın isə ehtiyacı daha da artır. 92

Sual: Kobud rəftarlı uşağa necə kömək etmək olar? 92

Cavab: Əvvəlcə, uşağı bu həddə çatdıran səbəbi tapın. Tez-tez müxtəlif mənfi hərəkətlərə yol verən uşağın hər kobudluğunun səbəbini tapmaq üçün vaxt dar olsa da, bu səbəbləri tapmaq zəruridir. Əgər bu kobudluğun əsas səbəbi uşağın özünü göstərmək istəyidirsə, problemi həll etmək mümkün olacaq. Onu həmişəkindən daha çox və daha diqqətlə dinləməyə çalışın. Çalışın ki, onun dərdlərinə şərik olmaqla başqalarına üz tutmasının qarşısını alasınız. Övladınızın taleyi, sözsüz ki, hamıdan çox sizi narahat edir. Başqaları məs`uliyyət hiss etmədiyindən uşağa yanlış məsləhətlər də verə bilər. Əgər siz övladınızla vaxtında yaxın münasibət yarada bilməsəniz, onun şəxsiyyəti məhv ola bilər. 92

Sual: Uşaq hansı yollara əl ata bilər? 92

Cavab: Valideynin diqqətsizliyi ilə qarşılaşmış uşaq özünü göstərmək üçün istənilən bir yola əl ata bilər. Bə`zi uşaqlar dostlarının diqqətini cəlb edib, onları həyəcanlandırmaq üçün ağlasığmaz yalanlar uydururlar. Onlar bu yalanları elə həvəslə quraşdırırlar ki, hətta özləri də inanmağa başlayırlar. 92

Uşaq diqqəti cəlb etmək üçün cinayətə əl atır, oğurluq edir, dava-dalaş salır, adam bıçaqlayır. Bu uşaqları cinayətə sövq edən başlıca səbəb özünü göstərmək həvəsidir. Belə uşaqlar məhz valideyni narahat etmək üçün cinayətə əl atırlar. 92

Sual: Daha ağır vəziyyətlərdə nə etməliyəm? 92

Cavab: Siz özünüz köməyə möhtacsınız. İfrat itaətsizlik yaş artdıqca dərinləşəsidir. Belə vəziyyətlərdə əlinizdən gələn yeganə iş mütəxəssisə müraciət etməkdir. 93

On ikinci fəsil 94

Ailə ixtilafları və boşanma 94

Sual: Ərlə arvadın mübahisələri uşağa necə tə`sir edir? 94

Cavab: Ailədə yüngül mübahisələr təbii haldır. Əgər uşaq görsə ki, mübahisədən sonra ailə normal münasibətlərə qayıda bilir, o da öz əsəblərinə nəzarət etməyi öyrənəcək. Valideynini heç vaxt əsəbi görməyən uşaq özü əsəbiləşdikdə sıxıntı keçirir, hətta özünü günahkar hesab edir. 94

Sual: İş dava-dalaş həddinə çatarsa, nə etməli? 94

Cavab: Valideynin söyüş söydüyünü, kötəyə əl atdığını, qab-qacağı sındırdığını görən uşaq sarsılır, əzab çəkir. Valideyn övlad üçün ilkin nümunədir. Uşaq dava-dalaş salan valideyndən əsəbini başlı-başına buraxmağı öyrənir. Azyaşlı körpə gördüyü səhnələrdən qorxuya düşür, psixoloji zədə alır. 94

Sual: Ailə ixtilafını övladdan gizlətmək olarmı? 94

Cavab: Bu ixtilafı tam gizlətmək mümkün deyil. Hər halda, uşağı narahat etmək istəməyən valideynlər öz münasibətlərini bağlı qapılar arxasında aydınlaşdırırlar. Zənnimcə, uşaq bu ixtilafı hökmən sezəcək və ikili standartlarla yaşamağı öyrənəcək. 94

Sual: Həyat yoldaşımla aramızda olan ixtilafın ciddiliyini uşağa nə vaxt bildirməliyəm? 94

Cavab: Əgər mövcud ixtilaflar boşanma həddinə çatmışsa, bunu təbii hesab etmək olmaz. İxtilafları uşaqdan gizlədib, ona qəfildən boşanma haqqında mə`lumat vermək düzgün deyil. Uşaq bu işlərdən tədricən xəbərdar edilməlidir. Yoxsa o elə zənn edə bilər ki, həyatda mövcud olan bütün əlaqələr birdən-birə qırıla bilər. Bə`zi valideynlər ixtilafın aradan qalxa biləcəyini dəlil gətirərək, bu ixtilafı uşaqdan gizlətməyə üstünlük verirlər. Zənnimcə, bu düzgün fikir deyil. Təbii ixtilaflar uşağın həyat təcrübəsini artırır, qarşısına çıxacaq problemlərin həllində ona yardımçı olur. 94

Sual: Əgər ailədəki ixtilafları həll etmək ümidi ilə həyat yoldaşımla bir müddət ayrı yaşamaq qərarına gəlsək, övladımıza nə deməliyik? 95

Cavab: Zənnimcə, hər şeyi olduğu kimi demək lazımdır. Sadəcə, ona anlatmaq lazımdır ki, bu müvəqqəti ayrılığın səbəbkarı o deyil. 95

Sual: Əgər həyat yoldaşım ruhi xəstə olduğu üçün ondan ayrılmağa məcbur olsam, övladıma nə deməliyəm? 95

Cavab: Uşağa bildirin ki, həyat yoldaşınız ağır xəstələndiyi üçün ciddi müalicəyə ehtiyaclıdır. İlkin mərhələdə uşaq bu mə`lumatla kifayətlənir. Əgər boşanma fikriniz qəti olsa, bu barədə övladınıza bir qədər sonra mə`lumat verin. 95

Sual: Əgər boşanmaq qərarı qətidirsə, övladıma nə deyim? 95

Cavab: Uşağı əmin edin ki, həyat yoldaşınızdan ayrılsanız da bu ayrılıq yalnız sizə aid olacaq. Uşaq bilsə ki, həm atası, həm də anası ilə istədiyi vaxt görüşüb, ünsiyyətdə olacaq, bir o qədər də narahat olmaz. Boşandıqdan sonra keçmiş həyat yoldaşınız haqqında ehtiramla danışsanız, onu xeyli sakitləşdirərsiniz. Sizin üçün və övladınız üçün boşanmadan daha pis odur ki, uşağın uzaqdakı valideynlə görüşünə mane olasınız. 95

Sual: Uşağa boşanma haqqında mə`lumat verdikdə o hansı hissləri keçirir? 95

Cavab: Uşaq boşanma ilə bağlı suallarını yağış tək yağdırasıdır. Ona bildirin ki, bu ayrılıq qarşısıalınmaz imiş və onun bu işdə heç bir günahı yoxdur. 95

Uşağı narahat edən əsas məsələlərdən biri budur ki, siz onun həyatına yeni bir adam gətirəsiniz. Bu düşüncə onun rahatlığını əlindən alır. Əgər siz yenidən həyat qurmaq istəsəniz, uşağı razı salmaq barədə ciddi düşünün. 95

Sual: Övladım ayrıldığım üçün mənə nifrət edirmi? 95

Cavab: Sözsüz ki, bu iş övladınızı narahat edir. Adətən, uşaq kiminlə qalırsa, onu daha çox günahkar hesab edir. Əgər boşanmanın səbəbkarı siz deyilsinizsə də, uşağın qəzəbi sizə tuşlanacaq. Onu qınamayın. O həm atası, həm də anası ilə birlikdə olmaq istəyir. 95

Sual: Keçmiş həyat yoldaşım haqqında övladıma nə deyim? 96

Cavab: Bə`ziləri öz keçmiş həyat yoldaşları haqqında xoş təsəvvür yaratmağa çalışırlar. Mən bu münasibəti alqışlayıram. Amma uşaq onun kobudluğuna şahid olmuşsa, həqiqətə uyğun olmayan tə`rifdən çəkinin. Çünki uşaq sizin ədalətsiz olduğunuzu düşünə bilər. Amma keçmiş həyat yoldaşınıza müsbət münasibətdə olan övladda mənfi münasibət yaratmağa cəhd etməyin ümumiyyətlə könlünüzün yox, ağlınızın səsini dinləyin və “diplomatik sədaqət” qanunlarına əməl edin. 96


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin