interqradasiya - (Intergradation) ilkin təcrid olunmuş qrupların (populyasiya, növ) hibrid zonasının (hybrid zone) olmaması nəticəsində aralıq populyasiyaların üzə çıxması prosesidir. Interqradasiya termini E.Mayr tərəfindən (Mayr, 1942) tətbiq olunmuşdur.
Ilkin interqradasiya və allopatrik hibridləşmə arasında ciddi sərhəd yoxdur. İlkin interqradasiya (Primary intergradation) dedikdə iki yarımnövün aralıq populyasiya tipində dəyişkənliyə məruz qalması nəzərdə tutulur. Allopatrik hibridləşmədə iki yarimnöv dəqiq müəyyən olunmuş ərazidə qarşılaşıb hibrid populyasiya əmələ gətirir. Bu populyasiya ilkin populyasiyalardan əhəmiyyətli dərəcədə dəyişkənliyin yaranması ilə fərqlənir. Allopatrik hibridləşməni çox vaxt ikinci interqradasiya da adlandırırlar , bu zaman yaşadığı mühitin təsirindən dəyişkənliyə məruz qalmış ilkin populyasiyaların yeni bir populyasiya əmələ gətirməsi baş verir. İkinci interqradasiya (Secondary intergradation) allopatrik populyasiyaların parapatrik, hətta simpatrik populyasiyalara
çevrilməsi prosesidir. İkinci interqradasiya reproduktiv təcridin zəifləməsi nəticəsində qarışıq populyasiyaların hibridləşmə zonasında intensiv gen mübadiləsi
prosesindən yaranır. Allopatrik hibridləşməyə Şimali Amerikada yaranmış hibrid ağacdələnlər və meşə sərçələri misal ola bilər.
Coğrafi təcrid olunmuş populyasiya əsas növlə əlaqəsini yenidən bərpa edə bilirsə, əgər təcrid olunmuş populyasiyada effektiv təcrid mexanizmi inkişaf etməmişsə, bu zaman onların çarpazlaşması baş verir və bu hadisə də ikinci
interqradasiya adlanır. İkinci interqradasiya eyni zamanda bir-birindən təcrid
olunmuş populyasiya və ya yarimnövlərin əlaqə zonasında qarşılaşması nəticəsində baş verən coğrafi dəyişkənliyin əmələ gəlməsidir. Belə hibridləşmə zonaları məhdud coğrafi ərazini əhatə etdiyi üçün taksonomik çətinlik törətmir.
Əgər belə zonalar böyük ərazini əhatə edərsə və stabil hibridləşmə müşahidə
olunarsa, bu zaman taksonomik hibrid populyasiyalar əmələ gəlir. Bu populyasiya taksonomik əlamətlərin 75%-ni özündə birləşdirdiyi üçün yarımnöv kimi qəbul edilir. Təcrid olunmuş populyasiyaların statusu dəqiq müəyyən olunmadıqda nəzəri sistematikaya istinad edilir. Bu zaman interqradasiya etmiş və geniş yayılmış növlərin yarımnövləri arasındakı fərqlər araşdırılır. Hibrid populyasiyaların statusunu müəyyənləşdirmək üçün növün tipoloji, bioloji və coğrafi konsepsiyalarından istifadə edilir. Coğrafi növ konsepsiyasına görə cinsi yolla çoxalan heyvanlarda yeni növ yalnız populyasiya onu yaradan növün populyasiyasından coğrafi təcrid edilmiş olduqda yaranır (Mayr, 1942, 1974). İki takson əvvəl allopatrik növlər kimi qəbul edilmişdirsə, lakin müntəzəm surətdə ikinci zonada interqradasiya edirlərsə, o zaman bu taksonlar reproduktiv təcrid olunmuş hesab olunmur və bir politipik növün yarımnövləri kimi qəbul edilir. Allopatrik populyasiyalar çox vaxt kəskin dəyişkənliklə bir-birindən
fərqlənir və sistematiklər tərəfindən yeni növ kimi təyin olunur. Rens (1929) bu allopatrik növlərin monofiletik qrupudur. allopatrik qruplar üçün yeni termin təklif etmişdir, bu termin hərfi mənada "növlər dairəsi" mənasını ifadə edir. Bu prosesi aydınlaşdırmaq və sistematikada qarşıqlığın qarşısını almaq üçün Mayr (1931) növüstlüyü terminini təklif etmişdir. Növüstlüyü - əhəmiyyətli dərəcədə fərqlənən və yaxın qohum olan Allopatrik formalar əlaqə zonasında qarşılaşarkən nadir hallarda hibridlə- hesab olunur və ətraf mühitin ekoloji şəraitinin pozulması nəticəsində baş verir. Sarso bu növlər mükəmməl növlər hesab olunur. Bu hibridlər təsadüfi hibridlər Allopatrik formalar əlaqə zonasında qarşılaşsa da cütləşmirsə (hibridləşmirsə) bu növlər mükəmməl növlər olub parapatrik növlər adlanır. Fərqli coğrafi ərazilərdə məsələn, meşə və savannalarda yaşayan növlər bir-birinin arealına daxil olmur, çünki onların ekoloji tələbləri çox fərqlidir. Coğrafi təcrid olunmuş allopatrik populyasiyalar növlər və yarımnövlər ola bilər. Bir çox taksonomistlər coğrafi təcrid olunmuş morfoloji fərqli növləri mükəmməl növ hesab etsələr də bu məntiqi sistematika tərəfindən qəbul olunmur. Simpatrik növəmələgəlmə xromosomların sayının artması nəticəsində yarandığından sürətlə baş verir. Bu növəmələgəlmədə yeni növ valideyn növlərin arealı daxilində bir neçə yolla (ekoloji, bioloji, sitoloji və s.) əmələ gəlir. Allopatrik növəmələgəlməyə yüzlərlə nəsilləri əhatə edən zaman tələb olunursa da, simpatrik növəmələgəlmədə uzun zaman tələb olunmur. Əmələ gəlmiş simpatrik növlərdə ölçü fərqi olsa da, morfoloji cəhətdən başlanğıc növlərə oxşar olur. Allopatrik növlər tədricən, simpatrik növlər isə qısa müddətdə əmələ gəlir. Simpatrik növlərin müəyyən olunmasında poliploidlərin təyin olunması çətinlik törədir. Simpatrik növəmələgəlmə sürətlə baş verdikdə poliploidiya əmələ gəlir. Poliploidiya - (yunanca polyploos-çoxyollu, dəfələrlə, eidos-növ) bitki və ya heyvan hüceyrələrində xromosom sayının dəfələrlə artması prosesidir. Məməlilərdən siçanlar və adadovşanlarında yüksək və ya aşağı temperaturun təsirindən xromosom sayının artması nəticəsində poliploidiya əmələ gəlir. Poliploidiya bitkilər arasında daha geniş yayılmışdır, lakin heyvanlar aləmində də rast gəlinir . Poliploidlər ölçülərinə görə ilkin növlərdən fərqlənsə də, ciddi morfoloji fərqlər müşahidə olunmur. Cinsi çoxalması partenogenetik nəsillə növbələşən və hermafrodit heyvanlarda poliploidiya müşahidə olunur. Poliploidiya askaridlərdə, həşəratlarda, azqıllı holqavi qurdlarda, balıqların bir neçə cinsində, quyruqlu amfibilərdə, kərtənkələlərdə, məməlilərin gəmiricilər dəstə- sinin bir çox növlərində rast gəlinir. Bu populyasiyaların bir çoxu triploidlərdir , Simpatrik növlər arasında da hibridləşmə prosesi mövcuddur. Mükəmməl simpatrik növlər öz genetik xüsusiyyətlərini mühafizə etsə də, əlaqə zonasında qarşılaşarkən təcridin pozulması baş verir. Məsələn, Şimali Amerikada yunko (Junco) və Amerika ağacdələnləri (Colaptes) cütləşərək hibrid populyasiya əmələ gətirir. Bu quşların valideyn növlərində ciddi morfoloji fərqlərin olması onların sərbəst çarpazlaşmasına mane olmur. Reproduktiv təcridin bu cür lokal pozulması nomenklatur statusu almasa da iki valideyn növ bir yeni növ əmələ gətirir. Bu növ hər iki valideyn növdən fərqli olsa da, hər iki valideyn növün əlamətlərinə malik olur. Simpatrik növlərin bir-birindən fərqi cənnət quşlarının əkiz növlərində özünü büruzə verir.
Allopatrik və simpatrik növlərdə hibridləşmə prosesi təbii populyasiyalarda təbii yolla baş verir və bu hibridləri tədqiq edən zaman onların hibrid təbiəti meydana çıxır, əks təqdirdə bu hibridlər yeni növlər və yarımnövlər kimi təyin olunur və sistematikada qarışıqlıq yaradır. Bu populyasiyaların hibrid təbiətinin öyrənilməsi seleksiya elminin yeni cinslər alınması sahəsində müvəffəqiyyət qazanmasına səbəb olur. Heyvanların seleksiyasının öyrənilməsi hibridlərin alınması sahəsində mühüm işlər görməyə imkan verir. Ətlik-südlük qaramal cinslərində, quşçuluq təsərrüfatlarında, qoyunçuluqda, xəz dərili heyvanlarda hibridləşdirmə nəticəsində qiymətli cinslər alınır. Heyvanların hibridləşdirilməsi çox qədim tarixə malikdir. Xalq nomenklaturasında qatır cinsinin 200 min ildən çox tarixi var, qatır cinsi at və eşşəyin cütləşdirilməsindən alınan dölsüz nəsildir, bu cins dözümlülüyü və işlək olması ilə fərqlənir.
Prjevalski atı Mərkəzi Asiyada ilk dəfə N.Prjevalski tərəfindən (1879) təsvir edilmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və başının böyük olması ilə ev atlarından fərqlənir. Təbii halda 5-20 fərddən ibarət sürülərlə yaşayır. Bu atların ev atları ilə cütləşdirilməsindən məhsuldar nəsil alınır.
Sirklərdə əhliləşdirilmiş şir cinslərinin əksəriyyəti dişi şir və erkək pələngin çarpazlaşdırılmasından alınan hibrid Panthera tigris cinsidir.
XIX əsrdə toyuqların, ev göyərçinlərinin, itlərin çoxlu hibrid cinsləri alınmışdır. Azərbaycanda Qarabağ atı cinsi, Qafqaz camışı cinsi, qonur mal cinsi seleksiya sayəsində alınmışdır. Yerli qoyun cinsinin merinos cinsi ilə cütləşdirilməsi nəticəsində Azərbaycan dağ merinosu cinsi alınmışdır.
Ev donuzu iki növün Sus scrofa və Sus vitiatus hibridləşməsi nəticəsində alınmışdır. Ev donuzunda tük örtüyünün reduksiyası, qısa ətraflar, ensiz sifət, dərialtı piy qatının qalınlığı əhliləşdirmə və hibridləşmənin məhsuludur.
Dostları ilə paylaş: |