Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə26/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   22   23   24   25   26   27   28   29   ...   95
heyvan qisaldmis

Fazmidlər və ya quyruq vəziləri – bəzi nematodların quyruğu­nun yanla­rın­da yerləşən çox kiçik birhüceyrəli orqandır. Erkək fərd­lər­də fazmidlər daha yaxşı inkişaf etmiş­dir.

Cinsi sistemi. Nematodlar müxtəlifcinslidirlər, her­ma­frodit for­ma­la­rı na­dir halda olur, cinsi dimorfizm kəs­kin nəzərə çarpır. Erkək fərdlər kiçik ölçülü olub, bədənin dal his­səsi bir qədər qıvrılır (askarid), bir qisim nematodlarda isə bədənin qur­taracağında dəri büküş və ya bursa adlanan cütləşmə orqanı vardır.

Cinsi orqanları sadə quruluşlu olub, uzun boruşəkillidir. Aska­rid­də dişi cinsi or­qanlar cütdür. Onlar sapşəkilli nazik yumurtalıqla başlayıb, bir qədər enli yu­mur­ta borularına keçir. Hər bir yumurta bo­rusu genişlənərək, balalığa ke­çir. Bala­lıq­lar da birləşərək balalıq yo­lu­na açılır. Balalıq yolu toxum qəbul etməyə və yu­mur­taların çıxarıl­masına xidmət edir. Kopulyasiya zamanı qəbul olunmuş toxum­lar balalıqda toplanır.

Nematodlarda erkək cinsi orqanlar adətən tək, bəzən cüt olur. Aska­rid­də er­kək cinsi orqan tək borudan ibarət olub, nazik ucunda toxumluq, ondan son­ra to­xum borusu və daha sonra toxumçıxarıcı ka­nal yerləşmişdir. Toxumçı­xa­rıcı kanal cinsi dəliklə dal bağırsağa açı­lır. Dal bağırsağın qurtaracağı kloaka əmələ gətirir. Cütləşmə orqanı kloakada yerləşir. Cütləşmə aparatı kloakanın yan cibciklərindən əmə­lə gələn iki ədəd uzun çıxıntıdan – spikuldan ibarətdir. Cin­si apa­rata həmçi­nin bir çox əlavə törəmələr, o cümlədən bursa da daxildir.

Nematodların spermatozoidləri bütün digər hey­van­ların toxum hüceyrələ­rin­dən fərqli olaraq, amöb­şəkillidir. Spermatozoidlər amöb kimi hərəkət edir­lər.

Nematodları həyat tərzinə görə üç qrupa böl­mək olar:

1.Sərbəst yaşayan formalar. Bu formalar su hövzələrində, nəm torpaq­larda yaşayır və çürümüş üzvi maddələrlə, başqa orqa­nizm­lərlə qidalanırlar.

2.Bitki nematodları. Bu qrup formalar ya bü­tövlükdə, ya da inki­şa­fının müəy­yən mərhələsində bitkilərin kökündə, gövdəsində, çiçə­yin­də yaşayır.

3.İnsan və heyvanların parazitləri. Bu qru­pa aid olanlar insan və heyvanların bədə­ninin müx­tə­lif orqanlarında yaşayırlar.



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin