Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə21/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   17   18   19   20   21   22   23   24   ...   95
heyvan qisaldmis

Qan-damar sistemi açıqdır. Qan lakunlar və sinuslararası dövr edir. Bu­na görə də əksər molyusklarda kiçik qan damarları və kapil­yarlar olmur, ya da çox zəif inkişaf edir. Ürək perikardial boş­luqda və ya ürəkətrafı boşluqda yer­ləş­miş­dir, qulaqcıq və mə­­­­də­cik­dən ibarət­dir. Perikardial boşluq selomun qalı­ğı­dır.

İfrazat sistemi metanefridial quruluşdadır. Böyrəklər və ya nef­­­­ri­di­lər se­lo­moduktlardır.

Böyrəklər nefrostom adlanan qıfla pe­­­­­ri­­kardial boşluğa, nefro­por adlanan dəliklə mantiya boşluğuna, ora­­dan da xarici mü­hitə açılır. Adətən, nef­ri­dilərin sayı qəlsəmə­lə­­rin sayına uyğun gə­lir.



Sinir sistemi ibtidai quruluşlu formalarda udlaqətrafı həlqə­dən və ondan uza­nan iki cüt sinir sütunundan (yan və pedal) iba­rət­dir. Si­nir sütunları sinir tel­ləri – komissurlar vasitəsilə bir-biri­lə əlaqələnir. Sinir sütunlarından çoxlu yan şaxələr ayrılır, lakin si­nir düyünləri ol­mur.

Yüksək inkişaf etmiş molyusklarda sinir sistemi bədənin müx­­tə­­lif yerlə­rində (baş, gövdə, ayaq) yerləşən sinir düyünlə­rin­dən iba­rət­dir. Bu sinir düyün­ləri bəzi qarınayaqlılarda və baş­ayaq­­­­lılar­da 5 cüt, lövhəqəlsəməlilərdə isə 3 cütdür və konnek­tiv­lər vasitəsilə bir-bi­rilə əlaqələnir.

Yumşaqbədənlilər ancaq cinsi yolla ço­­xa­lırlar. Həm müxtə­lif­cinsli və həm də hermafrodit formaları vardır.

Sinif Qarınayaqlılar və ya ilbizlər – Gastropoda
Sinif Lövhəqəlsəməlilər və ya ikitaylılar - Lamellibranchiata və ya Bivalvia

Sinif Başayaqlılar - Cephalopoda


  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin