86
Ə d ə b i y y a t
Əmirov, Ə. Sənayenin
tərəqqisi /Ə.Əmirov.-
Bakı: Azərnəşr, 1970.-
156, [4] s.
Əmirov Əli Cabbar
oğlu //Naxçıvan
ensiklopediyası.-Bakı,
2002.-S.150.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.socar.az
Alim
Əli Əmirov
1915-1979
Əli Cabbar oğlu Əmirov 1915-ci il
mart ayının 25-də Naxçıvan şəhərində
anadan olmuşdur.
Əli Əmirov Neft Maşınqayırma Tex-
nikumunun axşam şöbəsini bitirmiş, son-
ra Sənaye İnstitutunda təhsil almışdır.
1939-1940-cı illərdə “Türkmən-
neft’’də fəhlə, mühəndis neftçıxarma
ustası vəzifəsində işləmişdir. Sonralar
təcrübəli neftçi kimi Azərbaycana gələrək
1940-1942-ci illər “Suraxanıneft’’də
işləmişdir.
Burada neftçıxarma ustası vəzi-
fəsindən trestin
rəisi vəzifəsinə qədər
yüksəlmişdir. 1955-1959-cu illərdə
Azərbaycan neft sənayesi nazirinin mü-
avini, 1959-1962-ci illərdə “Azərne
ft’’
İstehsalat Birliyinin baş direktoru
vəzifəsinə irəli çəkilmişdir. Əllinci
illərdə Azərbaycan neft-qaz hasilatı azal-
mağa başlandığı dövrdə Əli Əmirovun
şəxsi iştirakı ilə “Qum adası’’ neft-qaz
yatağının mənimsənilməsinə başlanıl-
mışdı. Quyu yüksək qaz və qaz konden-
satı ilə işləməklə “Qum adası’’ yatağı-
nın kəşfininin əsasını qoymuşdu. Məhz
bu kəşflə Azərbaycan
neft sənayesinin
yenidən dirçəlişi başlandı. Sonralar
“Bahar’’, “Səngəçal’’, “Duvanı-dəniz’’,
“Bulla-dəniz’’ və s. neft-qaz yataqla-
rının istismara verilməsi Azərbaycan
neft sənayesini yüksək zirvələrə qaldır-
dı ki, bu işdə də Əli Əmirovun xüsusi
xidmətləri vardır.
1962-1971-ci
illərdə Azərbaycan
Kommunist Partiyasının Mərkəzi
Komitəsinin katibi vəzifəsində
işləmişdir.
1972-ci ildə texnika elmləri doktoru
elmi dərəcəsini, 1977-ci
ildə professor
elmi rütbəsini almışdır.
1971-1977-ci illərdə yenidən “Az-
neft’’ Neft və Qazçıxarma İstehsa-
lat Birliyində baş mühəndis və rəis
vəzifəsində çalışmışdır. 1977-ci ildən
ömrünün axırınadək “Azərbaycan neft
təsərrüfatı” jurnalının redaksiyasında
işləyərək Azərbaycan Neft və Kimya
institutun “Neft yataqlarının işlənməsi’’
kafedrasının professoru olmuşdur.
O, neft sənayesinin elm və texnikası
sahəsində aktual məsələlərə həsr edilmiş
140-dan
çox kitab, monoq
rafiya və elmi
məqalələr yazmışdır.
Əli Əmirovun istehsalat və elmi
fəaliyyəti dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir. 1969-cu ildə Dövlət
mükafatına, 1970-ci ildə “SSRİ-nin
fəxri
neftçisi” adlarına layiq görülmüş, “Qır-
mızı Əmək Bayrağı”, 2 dəfə “Şərəf Ni-
şanı’’ ordenləri və bir sıra medallarla
təltif edilmişdir. Neft sənayesinin inkişa-
fındakı xidmətlərinə görə ona akademik
İ.M.Qubkin adına mükafat verilmişdir.
SSRİ Neft və Qaz
Sənayesi Elmi-texniki
Cəmiyyətinin fəxri üzvü olmuşdur.
Əli Əmirov 1979-cu ildə Bakıda
vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edil-
mişdir.
Neft və Qazçıxarma idarəsi (Qaradağ
rayonu) və Bakı küçələrindən biri onun
adını daşıyır.
Dostları ilə paylaş: