14
Milli Qəhrəmanlar
Şamoy Çobanov
1965-1990
Y
ANV
AR
Şamoy Məhyəddin oğlu Çobanov
1965-ci il yanvar ayının 19-da Qazax
rayonunun Ağköynək kəndində anadan
olmuşdur. 1982-ci ildə 1 saylı Qazax
şəhər orta məktəbini bitirdikdən son-
ra avtonəqliyyat müəssisəsində əmək
fəaliyyətinə başlamışdır.
Şamoy Çobanov 1983-cü ildə Sovet
Ordusu sıralarına hərbi xidmətə çağırıl-
mış və 1985-ci ildə ordudan tərxis olu-
naraq doğma yurdu Qazax şəhərinə qa-
yıtmışdır. Əvvəllər işlədiyi müəssisədə
çilingər kimi fəaliyyətini davam etdir-
mişdir. 1989-cu ildə Qazax Rayon Polis
Şöbəsinə işə qəbul olunmuşdur.
Erməni yaraqlılarının Xeyrimli, Yu-
xarı Əskipara, Bağanis Ayrım kəndlərinə
hücumları ara vermirdi. Şamoy bu
kəndlərdə əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə öz polis yoldaşları ilə
birgə postlar qurmuşdu. Cəsur polis iş-
çisi tez-tez erməni yaraqlıları ilə üzbəüz
gəlirdi. O, erməni quldurlarına öz çirkin
əməllərini həyata keçirməyə imkan ver-
mirdi.
1990-cı il avqustun 19-unda Yuxarı
Əskipara kəndinə gedən avtobus kəndin
yaxınlığındakı “Qanlı dərə” deyilən
yerdə erməni silahlıları tərəfindən
gözlənilmədən hücuma məruz qalır. Av-
tobusu müşayiət edən Şamoy cəld yerə
atılır və qanlı döyüş başlayır. Düşmən
geri oturdulsa da, sərnişinlərdən yarala-
nanlar və ölənlər var idi. Həmin döyüşdə
kənd camaatının böyük hörmətini qa-
zanmış vətənpərvər polis əməkdaşı Şa-
moy Çobanov da həlak olur.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı
Fərmanı ilə Çobanov Şamoy Məhyəddin
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu Ağköynək kəndində dəfn
edilmişdir. Ağköynək kənd məktəbi
qəhrəmanın adını daşıyır.
Dostları ilə paylaş: