Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə14/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   10   11   12   13   14   15   16   17   ...   484
Ə d ə b i y y a t
Ömrümün nağılları /
Leyla Bədirbəyli.- Bakı: 
Gənclik, 1998.- 72 s. 
Adil, B. Leyla Bədirbəyli 
/B.Adil.- Bakı: Azərnəşr, 
1970.- 84 s.
Leyla Bədirbəyli [İzoma-
terial] /Azərbaycan Teatr 
Cəmiyyəti.- Bakı: [İşıq], 
1974. 
Leyla Bədirbəyli anıldı   
//Ekspress.- 2010.- 10-12 
aprel.- S.12. 
Rəhimli, İ. Leyla 
Bədirbəyli (8.01.1920-
3.11.1999) //Rəhimli İ. 
Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.345-347. 
Tahirqızı, Ü. Leyla 
Bədirbəylinin xoşbəxt 
həyatının kədərli sonlu-
ğu: Ofeliya Bədirbəyli 
maraqlı hadisələri 
xatırlayır /Ü.Tahirqızı                     
//Xalq cəbhəsi.- 2013.- 14 
dekabr.- S.13.               
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
8
95 
illiyi
Aktrisa


12
Milli Qəhrəmanlar
Mehdi Abbasov 
1960-1992
Y
ANV
AR
Mehdi Yusif oğlu Abbasov 1960-cı il 
yanvar ayının 1-də Qərbi Azərbaycanın 
Amasiya rayonunun Yeniyol kəndində 
anadan olmuşdur. 
1966-cı ildə Yeniyol kənd orta 
məktəbində  təhsil almağa başlamış, 
1976-cı ildə həmin məktəbi bitirmişdir. 
1977-ci ildə Mehdinin ailəsi erməni 
təzyiqinə məruz qalaraq məcburən Qa-
zaxıstan Respublikasının Tülkübas ra-
yonunun Kulan kəndinə köçmüşlər.
Mehdi 1980-ci ildə Çimkənd Peda-
qoji İnstitutunun hazırlıq şöbəsinə, daha 
sonra Karaqanda Pedaqoji İnstitutuna 
daxil olmuşdur. 
1989-cu ildə Qazaxıstan KP Tülkübas 
Rayon Komitəsinin qərarı ilə Daxili İşlər 
orqanlarında işləməyə göndərilmişdir. 
Bir müddət burada müxtəlif vəzifələrdə 
işlədikdən sonra 1991-ci il iyun ayı-
nın 28-də Azərbaycan Respublikası-
nın DİN-nin sərəncamına göndərilmiş, 
burada baş leytenant rütbəsində rota 
komandiri kimi DİN-in XTMD-ndə 
xidmətə başlamışdır.  Xidmətlərinə görə 
dəfələrlə  DİN-in mükafatlarına layiq 
görülmüşdür. 
1992-ci il yanvar ayının 13-də 
Məlikcan postu ətrafında gedən döyüş-
də, snayper gülləsi Mehdini başın-
dan ağır yaralamış  və  həmin gün o 
qəhrəmancasına həlak olmuşdur. 
Azərbaycan Respublikası Preziden-
tinin 6 iyun 1992-ci il tarixli 831 say-
lı  Fərmanı ilə baş leytenant Abbasov 
Mehdi Yusif oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. Bakının Şəhidlər Xiya-
banında dəfn edilmişdir. 
İsmayıllı rayonunun keçmiş Ruşan 
kəndi Mehdi Abbasovun adını daşıyır. 
Rayonun mərkəzi küçələrindən birinə 
onun adı verilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin