10
Teatr.Kino
Səməndər Rzayev
1945-1986
Y
ANV
AR
Səməndər Mənsim oğlu Rzayev
1945-ci il yanvar ayının 2-də Ağsu ra-
yonunda anadan olmuşdur. Aktyorluqla
hələ məktəbdə oxuduğu müddətdə ra-
yondakı dram dərnəyində məşğul olma-
ğa başlamışdır.
1964-1968-ci illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun (indiki
ADMİU) aktyorluq fakültəsində təhsil
almışdır. Onun ilk sənət müəllimləri
Rza Təhmasib, Mehdi Məmmədov,
Ədil İsgəndərov və
başqaları olmuşdur.
Hələ tələbəykən televiziyadakı çı-
xışları ilə qiraət ustası kimi sevilmiş,
ömrünün sonunadək radionun “Bulaq”
folklor toplusunun “Bulaq Dədəsi”
kimi fəaliyyət göstərmişdir.
1967-ci ildən çalışdığı Milli Dram
Teatrının səhnəsində çoxsaylı maraqlı
və təkrarsız obrazlar yaratmışdır. Onun
istedadı Milli Dram Teatrında Şekspirin
“Hamlet” faciəsini tamaşaya qoymağa
hazırlaşan baş rejissor Tofiq Kazımo-
vun diqqətindən yayınmamış, rejissor
onu Horatsio roluna dəvət etmişdir.
1973-cü ildə artıq teatr tamaşaların-
dan, televiziyadan tamaşaçıların tanıyıb
sevdiyi Səməndər Rzayev kinoda ilk
böyük rolunu - “Nəsimi” filmində
Şir-
vanşah İbrahimi oynamışdır.
Milli və dünya klassiklərindən Hü-
seyn Cavidin “Xəyyam” (Xacə Nazim),
“Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin),
M.F.Axundzadənin “Müsyö Jordan və
dərviş Məstəli şah” (Hatəmxan ağa),
S.Vurğunun “Vaqif” (Vaqif), “İnsan”
(Valentin), C.Məmmədquluzadənin
“Dəli yığıncağı” (Fazil Küleyni),
C.Cabbarlının “Aydın” (Balaxan)
pyeslərinin tamaşalarında müxtəlif xa-
rakterli rollarda çıxış etmişdir.
“Babamızın babasının babası”
(1981), “Bağ mövsümü” (1985), “Bəyin
oğurlanması” (1986) filmlərində də ma-
raqlı obrazlar yaratmışdır.
Səməndər Rzayevin qəhrəmanları,
həqiqətən səmimi, qayğıkeş insanlardır.
Yaradıcılığını əks etdirən personajların
hər biri düşündürücü detallarla hafizələrə
hopmuşdur. O, səhnədə baş verə biləcək
hər hansı gözlənilməz hadisə anında
yüksək peşəkarlıqla improvizə etməyi
bacarır, xırda bir detaldan, adi bir de-
yim tərzindən yüksək, koloritli xarakter
yaratmaq səviyyəsində bəhrələnirdi.
Televiziya tamaşasında yaratdığı Şa-
kir Şəkəroviç (“Evləri köndələn yar”)
obrazı, dillər əzbəri olan “Ayə, niyə
oynamırsınız?”, “Nə deyir ə, bu”, “Bur-
dan eşit, burdan da oyna da” məşhur
ifadələri bu gün də yaddaşlardadır.
Səməndər Rzayev 1974-cü ildə
“Əməkdar artist” fəxri adına, 1980-ci
ildə isə Dövlət mükafatına layiq görül-
müşdür.
Xalqımızın görkəmli və sevimli akt-
yoru Səməndər Rzayev 1986-cı il mart
ayının 27-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: