Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə257/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   253   254   255   256   257   258   259   260   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
15
Milli Qəhrəman


200
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Elm
90 
illiyi
Pənah Xəlilov
1925
İYUL
Pənah  İmran oğlu Xəlilov 1925-ci 
il iyul ayının 1-də Gürcüstanın Borça-
lı rayonunun Sadaxlı  kəndində ziyalı 
ailəsində anadan olmuşdur. 
İbtidai təhsilini kənddə almış, 
1934-cü ildə ailəlikcə  Gəncəyə 
köçdüklərindən M.Ə.Sabir adına 5 
saylı şəhər orta məktəbini bitirmişdir. 
1943-1948-ci illərdə ADU-nun filo-
logiya fakültəsində təhsil almış, 1948-
1951-ci illərdə orada Azərbaycan 
ədəbiyyatı tarixi kafedrasının aspiran-
tı, sonra həmin kafedrada baş müəllim, 
dosent (1951-1969), SSRİ xalqları 
ədəbiyyatı tarixi kafedrasının müdiri 
(1969-1989) olmuşdur. 
1948-ci ildən fəal  ədəbi yaradı-
cılığa başlamışdır.  Ədəbi tənqid, 
ədəbiyyatşünaslıq və  bədii tərcümə 
ilə  məşğul olmuşdur. Azərbaycan 
ədəbiyyatı  və keçmiş SSRİ xalqları 
ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. 
“Azərbaycan sovet ədəbiyyatı tari-
xi” (üç cilddə) və “Azərbaycan sovet 
ədəbiyyatı tarixi oçerkləri” (rusca) 
kitablarının müəlliflərindən biridir. 
Azərbaycan yazıçılarının VI qurulta-
yında idarə heyətinə seçilmişdir.
1954-cü ildə “Böyük Vətən 
müharibəsi illərində Azərbaycan po-
eziyası” mövzusunda namizədlik dis-
sertasiyası müdafiə etmişdir.
Professor Pənah Xəlilov məhsuldar 
fəaliyyət göstərən alimlərdən ol-
muşdur. Uzun müddət Azərbaycan-
Özbəkistan universitetləri arasında 
kafedra ixtisasına uyğun professor-
müəllim mübadiləsi yaratmış, hər iki 
universitetdən tələbələrin qarşılıqlı 
təhsil almasına nail olmuşdur. Alim 
15-dən artıq elmlər namizədi, 5 elmlər 
doktoru yetişdirmişdir. 
Ötən 
əsrin 70-ci illərində 
Azərbaycan Dövlət Televiziyasın-
da “Ədəbi üfüqlər” verilişinin apa-
rıcısı olmuş,  ədəbiyyatımızın və 
incəsənətimizin nailiyyətlərini təbliğ 
etmişdir. 
Onun yaradıcılığında tərcüməçilik 
fəaliyyəti əsas yer tutur. M.Servantesin 
“Lamançlı Don Kixot”, Herodotun 
“Tarix” kimi qiymətli  əsərlərini rus 
dilindən dilimizə tərcümə etmişdir.
Pənah Xəlilov 20-dən çox kitabın, 
300-ə  qədər məqalənin müəllifidir. 
Onun “Nəsrimizin üfüqləri”, “Əhməd 
Yasəvi”, “Kitabi-Dədə Qorqud”-
intibah abidəsi”, “Qədim adlar da ta-
rixdir”, “Əli və Nino  problemləri” 
və s. monoqrafiyaları dəyərli tədqiqat 
işləridir.
1981-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü, 1969-cu ildən  filolo-
giya elmləri doktoru, 1971-ci ildən isə 
professordur. 
Bakı Dövlət Universitetinin 80 illiyi 
münasibətilə, 2000-ci ildə  “Əməkdar 
müəllim” fəxri  adına layiq görülmüş-
dür. 
Pənah Xəlilov 2002-ci ildən Prezi-
dent təqaüdçüsüdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin