23
Riyaziyyat.F
izika.Astronomiya
Y
ANV
AR
Yusif Məmmədov
1950
65
illiyi
Ə d ə b i y y a t
Azərbaycan Dövlət Pe-
daqoji Universiteti-90.-
Bakı, 2012.-430 s.
Azərbaycan təhsilinin in-
kişafının Heydər Əliyev
mərhələsi /Məmmədov Y.
//ADPU-nun xəbərlərinin
xüsusi buraxılışı.-2008.-
S.7-14.
Diferensial /Məmmədov
Y.Ə., Xankişiyev Z.F.-
Bakı: Pubiishinq house
of ASPU, 2013.-189 s.
Diferensial tənliklər:
dərs vəsaiti
/Y.Məmmədov.- Bakı,
2009.- 155 s.
Karışıq problemlərin
düzgünlüğü //Mat.
VII cümn.po duf.
ur.TMMTMK-Ustambul,
1993.-S.18-22.
Математический
анализ критических
задач элоктродина-
мики: монография
/Ю.Мамедов.-Баку:
Элм, 2010.- 181 с.
Rüstəmov, F. İstedadlı
alim, görkəmli elm
və təhsil təşkilatçısı
/F.Rüstəmov, R.Rzayev
//Azərbaycan müəllimi.-
2010.- 22 yanvar.- S.5.
www.anl.az
www.az.wikipedia.org
Yusif Əbülfət oğlu Məmmədov
1950-ci il yanvar ayının 24-də Qərbi
Azərbaycanın Sisiyan rayonunun
Dəstəgird qəsəbəsində anadan olmuş-
dur.
1966-cı ildə Azərbaycan Dövlət Uni-
versitetinin (indiki BDU) Mexanika-
riyaziyyat fakültəsinə daxil olmuşdur.
1974-cü ildə namizədlik, 1990-cı ildə
isə doktorluq dissertasiyasını müdafiə
etmiş, 1971-1993-ci illərdə Azərbaycan
Dövlət Universitetinin Riyazi fizika
tənlikləri kafedrasının əvvəlcə assis-
tenti, baş müəllimi, dosenti, professoru,
1993-cü ildən Azərbaycan Dövlət Uni-
versitetinin Riyazi fizika tənlikləri ka-
fedrasının müdiri, 2000-2004-cü illərdə
Bakı Dövlət Universitetinin Tətbiqi
riyaziyyat və kibernetika fakültəsinin
dekanı, 2004-2006-cı illərdə BDU-nun
elmi işlər üzrə prorektoru, 2006-cı il
aprelin 21-də Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Dövlət Peda-
qoji Universitetinin rektoru vəzifəsinə
təyin edilmişdir.
Professor Yusif Məmmədovun elmi
tədqiqatlarının əhatə dairəsi çoxşaxəli
olub, riyaziyyatın maraqlı, mürəkkəb
və az tədqiq olunan sahələrini əhatə
edir. O, diferensial tənliklər, riya-
zi fizika tənlikləri, qarışıq və sərhəd
məsələlərinin həlli üçün çıxıqlar üsulu,
riyazi fizikada asimptotik və ədədi üsul-
lar və s. fənləri tədris edir. 100-dən ar-
tıq elmi əsərin müəllifidir. Əsərlərinin
xeyli hissəsi xarici ölkələrin nüfuzlu
jurnallarında çap olunmuşdur. 14 elmlər
namizədi, 1 elmlər doktoru yetişdirmiş-
dir.
YUNESKO-nun “Elmi biliklərin və
texnologiyaların etikası” Azərbaycan
Komitəsinin üzvüdür. Azərbaycan Res-
publikası Prezidenti yanında Ali Attes-
tasiya Komissiyasının riyaziyyat və me-
xanika ixtisasları üzrə ekspert şurasının
üzvüdür.
“ADPU-nun xəbərləri” elmi
məcmuəsinin baş redaktoru, “AMEA-
nın xəbərləri”, “BDU-nun xəbərləri”,
“Riyaziyyat və Mexanika İnstitutu-
nun əsərləri”, “Sumqayıt Dövlət Uni-
versitetinin xəbərləri”, “Kurikulum”
jurnallarının redaksiya heyətinin üz-
vüdür. O, hazırda ADPU-da fəaliyyət
göstərən ümumi pedaqogika, pedaqogi-
ka və təhsilin tarixi, təlim və tərbiyənin
nəzəriyyəsi və metodikası ixtisası üzrə
dissertasiya şurasının sədridir.
Görkəmli alimin elmi, pedaqoji,
təşkilatçılıq fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, ona 2000-ci
ildə Azərbaycan Respublikası Preziden-
ti cənab Heydər Əliyevin Sərəncamı ilə
“Əməkdar elm xadimi” fəxri adı veril-
mişdir. 2001-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
Yusif Məmmədov 2010-cu ildə
Azərbaycan Respublikasının Preziden-
ti cənab İlham Əliyevin Sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: