Ə d ə b i y y a t
Azərbaycan
əlyazmaşünaslığı
məsələləri
/M.Sultanov; AEA.
M.Füzuli adına
Əlyazmalar İnstitutu.-
Bakı: Elm 2000.-96 s.
Yazılı abidələrin
tədqiqi:məqalələr
toplusu /M.Sultanov;
AMEA, M.Füzuli ad.
Əlyazmalar İn-tu.-
Bakı: Nurlan, 2010.-
168 s.
Məmmədağa Sultanov
(1910-1991): biblioq-
rafiya /AMEA M. Fü-
zuli ad. Əlyazmalar
İn-tu; tərt. ed.
A.Xəlilov, L.Əliyeva;
red. M.Adilov.-Bakı
Nurlan, 2005.-84 s.
Əhmədov, T.
Məmmədağa Sul-
tanov /T.Əhmədov
//XX əsr Azərbaycan
yazıçıları.- Bakı,
2004.- S.575.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
www.medeniyyet.az
5
Ədəbiyyatşünas
20
Coğrafiya.Geologiya
Y
ANV
AR
Xoşbəxt Yusifzadə
1930
85
illiyi
Ə d ə b i y y a t
Akademik Xoşbəxt
Yusifzadə: İrəlidə
hələ o qədər iş var ki!
/X.Yusifzadə //Respubli-
ka.- 2010.- 4 avqust.- S.3.
Akademik Xoşbəxt Bağı
oğlu Yusifzadə: biblioq-
rafiya.- Bakı, 2012.- 244
s.;Mətn Azərb., rus və
ingilis dillərində
Akademik Xoşbəxt
Yusifzadə “Türk Dün-
yasının Fəxri Alimi”
Beynəlxalq mükafatı-
na layiq görülmüşdür
//Azərbaycan.- 2012.-
10
yanvar.- S.3.
Годы и вехи моей жизни
/Х.Юсифзаде; пер. с
азерб. С.Мамедзаде;
ред. А.Аббасов; худож.
З.Алиев.- Баку: OSKAR,
201
0.- 284 с., [69] с.
Самедова, Ф. Нефти
Азербайджана:
свойства и состав
/Ф.Самедова; науч.
ред. М.Рустамов,
Х.Юсифзаде.- Баку:
Элм, 2011.-410 с.
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
www.science.gov.az
www.socar.az
Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-
cu il yanvar ayının 14-də Bakının Pirşağı
kəndində anadan olmuşdur. 1947-ci ildə
M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) geoloji-kəşfiyyat
fakültəsinə daxil olmuş, 1952-ci ildə ora-
nı Neft və qaz yataqlarının geologiyası və
kəşfiyyatı üzrə bitirərək dağ mühəndisi-
geoloq ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə elə həmin il SSRİ
Neft Sənayesi Nazirliyinin Bakıdakı
Dövlətxüsusineftlayihə kontorunda baş-
lamış, lakin az sonra yeni təşkil edilmiş
Dənizneft Birliyində işə qəbul olmuş,
burada böyük mühəndis və bölmə rəisi
vəzifələrində çalışmışdır.
1954-cü ilin mart ayında Gürgan-
neft trestinin (indiki “Neft Daşları”
NQÇİ) birinci mədəninin böyük geolo-
qu vəzifəsinə təyin edilmiş və o vaxtda
n
da dəniz neft yataqlarının kəşfiyyatı və
işlənilməsinin məşhur iştirakçılarından
və rəhbərlərindən biri kimi tanınmış-
dır. X.B.Yusifzadə 1958-1959-cu illərdə
“Neft Daşları” Mərkəzi elmi-tədqiqat
və istehsalat işləri sexinin baş geoloqu,
1959-1960-cı illərdə həmin sexin rəisi
vəzifələrində işləmişdir.
1960-cı ilin sentyabrında o, Sov.İKP-
nın XXII qurultayı adına neft mədənləri
idarəsi (keçmiş Gurganneft) rəisinin mü-
avini - baş geoloq vəzifəsinə təyin olun-
muş və bu vəzifədə 1963-cü ilin oktyabr
ayınadək çalışmışdır. 1963-cü ildən
1970-ci ilədək Başdənizneft idarəsində
baş geoloqun müavini – şöbə rəisi,
Dənizneft İstehsalat Birliyinin geoloji-
kəşfiyyat şöbəsinin rəisi – baş geoloqun
müavini olmuşdur.
1970-1992-ci illərdə Xəzərdəniz-
neft Birliyinin, Xəzərdənizneft İs-
tehsalat Birliyinin, Ümumittifaq Xə-
zərdənizneftqazsənaye Birliyinin,
Xəzərdənizneftqaz İstehsalat Birliyinin
və Xəzərdənizneft İstehsalat Birliyinin
baş direktorunun müavini - baş geoloq
vəzifələrində işləmişdir.
1992-1994-cü illərdə Azərineft Dövlət
Konserninin birinci vitse-prezidenti,
ARDNŞ prezidentinin müşaviri, 1994-
2004-cü illərdə ARDNŞ-nin geologiya,
geofizika və yataqların işlənməsi üzrə
vitse-prezidenti vəzifələrində çalışmış-
dır. 2004-cü ildən Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin geologiya, geofi-
zika və yataqların işlənməsi üzrə birinci
vitse-prezidentidir.
1960-cı ildə geologiya-minerologiya
elmləri namizədi alimlik dərəcəsi, 1987-
ci ildə geologiya-mineralogiya elmləri
doktoru elmi dərəcəsi almışdır. 2005-ci
ildə ona professor elmi adı verilmişdir.
2007-ci ilin aprel ayında Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü seçilmişdir. 188 elmi əsərin, o
cümlədən 12 monoqrafiyanın və 8 ixti-
ranın müəllifidir.
Onun rəhbərliyi ilə Xəzər dənizi
hövzəsinin Azərbaycan, Türkmənistan
14
Akademik
və Rusiya sektorlarında 20-dən artıq neft və qaz
yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”,
“Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və is-
tismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq
xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o
cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin
hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-
ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz”
(1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi ya-
taqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz
gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində
əvəzedilməz rolu olmuşdur.
X.B.Yusifzadə AMEA-nın Neft Ekspedisi-
yasında, Dərin Neft-Qaz Yataqları Problemləri
İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft
və qaz yataqları ehtiyatlarının hesablanması-
na, onların işlənilmə layihələrinin tərtib edilib
həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların
işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və
nəzəri məsələlərin həllində bilavasitə iştirak etmiş-
dir.
2004-cü ildə “Ömrümün illəri və izləri” kita-
bı, 2007-ci ildə isə haqqında “Akademik Xoşbəxt
Yusifzadə” biblioqrafiyası çapdan çıxmışdır. 2009-
cu ildə “Akademik Xoşbəxt Yusifzadə” biblioq-
rafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyası tərəfindən 4 dildə
(Azərbaycan, türk, ingilis, rus) nəşr edilmişdir.
X.B.Yusifzadə Rusiya Beynəlxalq Mühəndislər
Akademiyasının fəxri akademiki, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının
akademiki, Gürcüstan Milli Elmlər Akademiyası-
nın xarici üzvü, Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissiyası rəyasət
heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı”
və “Azərbaycanın geofizika yenilikləri” jurnal-
ları, Azərbaycan Milli Ensiklopediyası redaksiya
heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Mil-
li Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları
Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosia-
siyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri
Assosiasiyasının, Azərbaycan Respublikası Ağ-
saqqallar Şurasının üzvüdür.
Azərbaycanda və Xəzər dənizində neft və qaz-
çıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə
X.B.Yusifzadə bir sıra yüksək dövlət mükafat-
larına və fəxri adlara layiq görülmüşdür. O, keç-
miş SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı” ordeni
(1963-cü və 1976-cı illərdə), “Şərəf Nişanı” ordeni
(1971-ci ildə) bir sıra medallar və fəxri fərmanlarla
təltif edilmiş, “SSRİ-nin Fəxri neftçisi” (1971-ci
ildə), “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985-ci
ildə), “Azərbaycan SSR-nin Əməkdar mühəndisi”
(1964-cü ildə) adını almış, iki dəfə Azərbaycan
SSR-nin Dövlət mükafatına (1982-ci və 1991-ci
illərdə) layiq görülmüşdür.
2000-ci ildə o, Müstəqil Azərbaycanın “İstiq-
lal” ordeni, 2004-cü ildə “Əsrin müqaviləsi”nin
10 illiyi münasibətilə “Şöhrət” ordeni, 2005-ci ildə
“Azərbaycanın Əməkdar mühəndisi” fəxri adı,
2010-cu ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Neft hasilatında nanotexnologiyaların inki-
şaf etdirilməsi və tətbiqi sahəsində görkəmli
xidmətlərinə görə 2010-cu ildə akademik
X.B.Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi
ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif
olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopedi-
yasına daxil edilmişdir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının qərarı ilə türk dünyası-
nın elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük
xidmətlərinə görə X.B.Yusifzadə 2008-ci ildə bu
akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı”
ilə təltif edilmiş, “İlin alimi” elan olunmuş, 2011-
ci ildə isə “Türk Dünyasının Fəxri Alimi” adına,
2013-cü ildə Birləşmiş Millətlərin İctimai Təltiflər
Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən
böyük elmi xidmətlərinə görə “Şərəf” və “Vicdan”
ordeninə layiq görülmüşdür.
|