Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə354/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   350   351   352   353   354   355   356   357   ...   484
Ə d ə b i y y a t
“Bayatı-şiraz” muğamı-
nın ifaçılıq təcrübəsində 
yaranmış variantları 
/A.Abdullayev //Musiqi 
dünyası.-2011.- №2/47.- 
S.65-67. 
Abdullayev Ağasəlim 
Sahib oğlu //Azərbaycan 
milli ensiklopediyası.- 
Bakı, 2009.- C.1.- S.28.
Səmədov, A. Musiqiyə 
bərabər ömür /A.Səmədov 
//Mədəniyyət.- 2010.- 26 
fevral.- S.8.
Səmədov, A. Su kimi 
ruhlara çilənən nəğmələr: 
Ağasəlim Abdullayev-60 
/A.Səmədov //Xalq qəzeti.-
2010.- 23 oktyabr.- S.8.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
en.wikipedia.org
15
Tarzən


273
Musiqi.Opera.Balet
135 
illiyi
Qurban Pirimov  
1880-1965
OKTY
ABR
Qurban Bəxşəli oğlu Pirimov 
1880-cı il oktyabr ayının 30-da Ağ-
dam rayonunun Gülablı  kəndində 
anadan olmuşdur.
Görkəmli tarzən Sadıqcandan 
dərs almış, Qarabağ muğam ifaçılı-
ğı məktəbinin ənənələrini dərindən 
mənimsəyən Qurban Pirimov 
sənətdə öz yolunu açmışdır.
Qurban Pirimov klassik ənənə-
lərə  əsaslanaraq, muğam ifaçı-
lığını yeni dövrdə inkişaf etdir-
miş, özünəməxsus xüsusiyyətlərlə 
zənginləşdirmişdir.  Buna görə  də, 
Qurban Pirimovun yaradıcılığı, ifa-
çılıq sənəti öz orijinallığı ilə seçilir. 
Onun ifa edərək yaratdığı “Mahur-
Hindi”, “Çahargah”, “Xaric segah”, 
“Şur”, “Zabul segah”, “Çoban ba-
yatı” nadir sənət nümunələri kimi 
musiqi xəzinəsinə daxil edilmişdir.
1905-ci ildən başlayaraq, xanəndə 
Cabbar Qaryağdıoğlu və kamançaçı 
Saşa Oqanezaşvili ilə birlikdə yarat-
dığı muğam üçlüyündə 20 ilə yaxın 
fəaliyyət göstərərək məhşurlaşmış, 
bir sıra xaici ölkələrdə - Rusiyanın, 
Zaqafqaziyanın, Orta Asiyanın və 
Yaxın Şərqin müxtəlif şəhərlərində 
konsertlər vermişdir.
Onun solo və ansamblda ifa et-
diyi muğamlar qrammofon val-
larına yazılmışdır. Qurban Piri-
movun müşayəti ilə Keçəçioğlu 
Məhəmməd, Məşədi Məhəmməd 
Fərzəliyev, 
İslam Abdullayev, 
Ələsgər Abdullayev, Seyid Şuşinski 
və b. xanəndələrin ifası qrammofon 
vallarına yazılmışdır.
1934-cü ildə Tiflisdə Zaqafqa-
ziya incəsənəti olimpiadasının, 
1939-cu ildə Ümumittifaq baxışı-
nın qalibi olmuşdur. Qurban Piri-
mov Üzeyir Hacıbəylinin yaratdı-
ğı ilk Azərbaycan operası “Leyli 
və Məcnun”da (1908) solist tarzən 
kimi çıxış etmişdir.
Azərbaycan tar ifaçılığı  sahəsin-
dəki xidmətlərinə ona görə 1931-ci 
ildə “Azərbaycan SSR Xalq artisti” 
fəxri adı verilmiş, “Şərəf nişanı” 
ordeni, “Qırmızı  Əmək Bayrağı” 
ordeni ilə təltif olunmuşdur.
Qurban Bəxşəli oğlu Pirimov 
1965-ci il avqust ayının 29-da Bakı 
şəhərində vəfat etmiş, I Fəxri Xiya-
banda dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin