Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə430/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   426   427   428   429   430   431   432   433   ...   484
Ə d ə b i y y a t
Dilçiliyə səyahət: [dil-
çi olmayanlar üçün 
dilçilik] /K.Abdulla; 
red. M.Mirzəliyeva, 
Ç.Hüseynzadə.- Bakı: 
Mütərcim, 2010.-196 s. 
Labirint [hekayələr] 
/K.Abdulla; red. 
Ş.Ağakişiyeva; ön sözün 
müəl. S.Sarvan.- Bakı: 
Qanun, 2012.- 279 s.
Mifdən yazıya və yaxud giz-
li Dədə Qorqud /K.Abdulla; 
elmi red. və ön söz müəl. 
R.Bədəlov; red. Ə.Mirzallı.- 
Bakı: Mütərcim, 2009.-   
375 s.
Unutmağa kimsə yox... 
roman /K. Abdulla.- Bakı: 
Qanun, 2011.- 527s. 
300 azərbaycanlı: ədəbi-
bədii-esselər /K.Abdulla; 
red.: E.Başkeçid, 
Ə.Mirzallı, Ş.Ağakişiyeva; 
ön sözün müəl. R.Rövşən.- 
Bakı: Mütərcim, 2007.-  
340 s.
Bayatlı, V.Ö. Kamal 
Abdulla artıq birincidir 
/V.Ö.Bayatlı //525-ci qəzet.- 
2012.- 5 may.- S.19.
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
4
Akademik


333
Mədəniyyət.Maarif.Elm
85
 illiyi
Teymur Əhmədov 
1930 
DEKABR
Teymur  Əkbər oğlu  Əhmədov 
1930-cu il dekabr ayının 25-də Şəmkir 
şəhərində anadan olmuşdur. 1936-cı 
ildə ailəlikcə valideynlərinin vaxtilə 
deportasiya olunduğu İrəvana köçmüş-
dür. 1949-cu ildə  Qərbi Azərbaycanın 
Zəngibasar (indiki Masis) rayonunda 
orta məktəbi qızıl medalla bitirmiş, 
1949-1954-cü ildə təhsilini Bakı Dövlət 
Universitetinin  filologiya fakültəsində 
davam etdirmişdir. 1959-1961-ci 
illərdə isə Moskvada “Pravda” qəzeti 
nəzdində olan Ümumittifaq  jurnalisti-
ka və fotoreportaj üzrə qiyabi lektori-
yanın jurnalistika şöbəsini bitirmişdir.
1961-1964-cü illərdə Azərbaycan 
SSR EA-nın Nizami adına Dil 
və  Ədəbiyyat  İnstitutunda aspi-
rantura təhsili almış, “Nəriman 
Nərimanovun dramaturgiyası” möv-
zusunda namizədlik (1966), “Nəriman 
Nərimanovun yaradıcılıq yolu” mövzu-
sunda doktorluq işi müdafiə etmişdir.  
1965-1968-ci illərdə “Azərbaycan” 
jurnalı redaksiyasında  şöbə müdiri, 
1968-ci ildə Azərbaycan SSR EA Ni-
zami adına Dil və  Ədəbiyyat  İnsti-
tutunda baş elmi işçi, 1968-1990-cı 
illərdə  Cənubi Azərbaycan  ədəbiyyatı 
şöbəsində müdir müavini, 1988-ci 
ildən aparıcı elmi işçi, 1996-cı ildən 
bu günədək AMEA Nizami adına 
Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan 
ədəbiyyatı şöbəsinin müdiridir.
1990-1991-ci illərdə “Vətən həsrəti”, 
1992-1993-cü illərdə “Hikmət”, 
“Yeni fikir” qəzetlərinin baş redaktoru 
işləmişdir. 1995-ci ildən “Respublika” 
qəzetinin, 2005-ci ildən “Füyuzat” jur-
nalının baş redaktorudur.  
T.Əhmədov 2004-cü ildə AMEA 
Humanitar və ictimai elmlər bölməsinin 
ədəbiyyatşünaslıq üzrə problem şurası-
nın elmi katibi, Milli-mədəni İrsi Araş-
dırmalar Fondunun təsisçilərindən biri, 
2005-ci ildə Rusiya Təbiət Elmləri Aka-
demiyasının həqiqi üzvü seçilmişdir.
Professorun 20 kitab və kitabça-
sı, 500-dən artıq elmi və publisistik 
məqaləsi dərc edilmişdir.  
T.Əhmədovun rəhbərliyi və oppo-
nentliyi ilə 20 nəfər namizədlik və dok-
torluq dissertasiyası müdafiə etmişdir.    
Professor T.Əhmədov ilk gənclik 
illərindən bədii yaradıcılıqla da məşğul 
olmuş, “Ülkər” adlı hekayələr və 
oçerklər kitabı 1961-ci ildə  İrəvanda 
çap olunmuşdur. “Dostluq nəğməkarı”, 
“Nəriman Nərimanovun dramaturgi-
yası”, “Nəriman Nərimanov”, “Vedi-
basarın qanlı-qadalı günləri”, “Erməni 
xəyanəti və ya Andranik Ozanyanın 
qanlı  əməlləri (1918-1920-ci illər)”, 
“Mirzə  İbrahimov”, “Nizami adına 
Ədəbiyyat İnstitutu”, “Ədəbi qeydlər”, 
“Nəriman Nərimanovun yaradıcılıq 
yolu” və s. kitabları nəşr edilmişdir. 
Filologiya elmləri doktoru, profes-
sor Teymur Əhmədovun səmərəli elmi 
fəaliyyəti yüksək qiymətləndirilmiş, 
1982-ci ildə Azərbaycan Ali Sove-
ti Rəyasət heyətinin Fəxri fərmanına, 
1996-cı ildə “İlin nüfuzlu ziyalısı” adı-
na, 2001-ci ildə “Veteran” və iki dəfə 
“Tərəqqi” medallarına, Akademik Yu-
sif Məmmədəliyev adına mükafata və 
medala, “Qızıl Qələm”, “Ustad” ali jur-
nalistika mükafatlarına və bir sıra fəxri 
fərmanlara layiq görülmüşdür.  

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin