Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə433/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   429   430   431   432   433   434   435   436   ...   484
80
illiyi
Firudin Haşımzadə 
1935 
DEKABR
Firudin Məmməd  Əli oğlu 
Haşımzadə 1935-ci il dekabr ayı-
nın 7-də Bakı  şəhərində anadan 
olmuşdur. 
Azərbaycan Dövlət Universi-
tetinin fizika fakültəsini bitirmiş-
dir. 
1972-ci ildə  fizika-riyaziyyat 
elmləri doktoru elmi dərəcəsini, 
1974-cü ildə professor elmi 
rütbəsini almışdır. 1980-ci ildə 
Azərbaycan SSR Elmlər Akade-
miyasının müxbir üzvü, 2001-
ci ildə Azərbaycan Milli Elmlər 
Akademiyasının həqiqi üzvü se-
çilmişdir. 
Azərbaycan Milli Elmlər Aka-
demiyasının Fizika İnstitutunda 
əvvəl yarımkeçiricilər labora-
toriyasının müdiri vəzifəsində 
işləmiş, sonra isə həmin institut-
da baş elmi işçi kimi fəaliyyət 
göstərmişdir. 
Bakı Dövlət Universiteti-
nin  Bərk cisim fizikası kafed-
rasında 35 il pedaqoji fəaliyyət 
göstərmişdir.  
Əsərləri bərk cisimlər 
nəzəriyyəsinə aiddir. H.Keyn 
tipli yarımkeçiriçilərin və ya-
rımmetalların kinetik, optik 
və maqnit xassələrinin ardıcıl 
nəzəriyyəsini yaratmış, onların 
volt-amper xarakteristikasının 
qeyri-xəttiliyinin yeni mexa-
nizmini aşkar etmiş, həmin tip 
yarımkeçiricilərin anomal maq-
nit xassələrinə malik olmasını 
göstərmişdir. 
Akademik Firudin Haşımzadə 
ilk dəfə mürəkkəb tərkibli kris-
tallarda elektron, maqnon və 
elektronların spektrinin analizinə 
qrup nəzəriyyəsi üsulunu tətbiq 
etmişdir. Professor psevdopo-
tensial metodu ilə yarımkeçi-
rici birləşmələrin zolaq quru-
luşunu hesablamışdır. Maqnit 
dielektriklərin qəfəs dinami-
kası  və optik spektrinin nəzəri 
məsələlərini də tədqiq etmişdir.  
Akademikin yüksəkixtisaslı  
elmi kadrların hazırlanmasında 
böyük xidmətləri vardır. Onun 
rəhbərliyi altında 22 elmlər 
namizədi, 7 elmlər doktoru yetiş-
mişdir. 
Firudin Haşımzadə 120 elmi 
əsərin müəllifidir. Bunlardan 70-i  
xarici ölkələrdə nəşr edilmişdir.
Akademik Firudin Haşım-
zadənin elmi fəaliyyəti 
dövlət tərəfindən yüksək 
qiymətləndirilmiş, o, Azərbaycan 
Dövlət mükafatı, “Əmək vetera-
nı” medalı ilə təltif edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin