68
Musiqi.Opera.Balet
75
illiyi
Vaqif Mustafazadə
1940-1979
MART
Vaqif Əziz oğlu Mustafazadə 1940-
cı il mart ayının 16-da Bakı şəhərində
İçərişəhərdə anadan olmuşdur.
1963-cü ildə Asəf Zeynallı adına
Bakı Musiqi Kollecini bitirib, Bakı Mu-
siqi Akademiyasına daxil olmuşdur. İlk
məşhurluqda elə bu zaman gəlmişdir.
Vaqif burada kiçik konsertlər verir,
klublarda çıxış edirdi. O, əsasən klassik
caz, bluz və oynaq mahnılar ifa etmiş-
dir. V.Mustafazadə Fortepiano və sim-
fonik orkestr üçün konsertin, “Muğam”
simfoniyasının (tamamlanmamış), bir
sıra caz kompozisiyalarının və pyeslərin
müəllifidir.
Vaqif Mustafazadə Azərbaycan caz
musiqisinin banisi və yeni caz fikrinin
(devizinin) təsisçisidir. O, Azərbaycan
musiqisinin, muğamın klassik Amerikan
caz musiqisi ilə sintezini yaratmışdır.
Onun yeni devizi Caz-Muğam adlanır.
O, Azərbaycan Muğam Caz Hərəkatının
memarıdır.
1965-ci ildə Gürcüstan Dövlət Fi-
larmoniyasında “Qafqaz” adlı trionu,
1970-ci ildə “Leyli” vokal kvartetini
yaradır.
1971-ci ildən 1977-ci ilə kimi “Se-
vil” vokal-instrumental qrupuna başçı-
lıq edir.
1977-ci ildən 1979-cu ilə kimi “Mu-
ğam” instrumental qrupuna başçılıq
edərək “Tallin-66” və “Tbilisi-78” caz
festivallarının laureatı olmuşdur.
1978-ci ildə Monakoda keçirilən 8-ci
Beynəlxalq Caz Festivalında “Əzizəni
gözləyirəm” musiqisinə görə birincilik
mükafatı almışdır.
1979-cu ildə ona “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adı
verilmişdir.
1982-ci ildə, ölümündən sonra
Azərbaycan Dövlət Mükafatına layiq
görülmüşdür.
2012-ci ildə Heydər Əliyev Fondu
və Heydər Əliyev Mərkəzinin birgə
layihəsi çərçivəsində Azərbaycan mu-
siqisinin görkəmli nümayəndəsi, caz
və muğamı özünəməxsus şəkildə sin-
tez edən, yeni və ecazkar bir musiqi
janrı yaradan, improvizə ustadı Vaqif
Mustafazadəyə həsr olunmuş musiqi al-
bomu nəşr edilmişdir. Alboma kitab və
CD daxildir. CD-də sənətkarın 17 əsəri
toplanmışdır.
“Qaynaqlar”, “Həyatı və yaradıcı-
lığı”, “Vaqif irsi” fəsillərindən ibarət
olan kitabda Vaqif Mustafazadənin
qısa, lakin çox mənalı həyatından, par-
laq və təkrarolunmaz yaradıcılığından,
onun əhatəsindən, müəllimlərindən,
sənət dostlarından və doğmalarından
ətraflı bəhs olunur. Nəşrdə həmçinin
Azərbaycanda caz musiqisinin yaran-
ması, təşəkkülü və inkişaf mərhələləri
də öz əksini tapmışdır. Kitab sənətkarın
həyatının müxtəlif anlarının əks olundu-
ğu fotolarla zəngindir.
Vaqif Mustafazadə 1979-cu il dekabr
ayının 16-da Daşkənddə qastrol zamanı
ürək tutmasından vəfat etmişdir. Bakıda
dəfn olunmuşdur.
Dostları ilə paylaş: