təlimatlandırılırdı. Bakıda saxlanılan ingilis
əsirlərinin Maltada saxlanılan türk əsirlərinə
dəyişdirilməsi də onun səyləri nəticəsində baş tut-
muşdur. Türkiyəyə və Atatürkə rəğbət bəsləyən
Nərimanovun fəaliyyəti türk mətbuatında geniş
işıqlandırılırdı. Türkiyə Böyük Millət Məclisinin
qərarı ilə ona fəxri qılınc təqdim olunmuşdu.
1921-ci ildə Nərimanovun səyi ilə imzala-
nan Qars müqaviləsinə əsasən, Naxçıvana olan
təzyiqlər aradan qaldırılmış və bunun qarantı kimi
Türkiyə çıxış etmişdir.
1922-ci ildə SSRİ yarandıqdan sonra, Lenin
və partiya qarşısında xidmətləri nəzərə alınaraq,
Mərkəzi İcra Komitəsinin sədrlərindən biri təyin
olunmuşdur.
1922-ci ildə o, sovet nümayəndə heyəti tərki-
bində Genuya konfransında iştirak etmiş, yenicə
yaradılmış SSRİ dövlətini idarə edəcək qurumun –
Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri
seçilmişdir. Faktik olaraq milyonlarla insanların
son ümid yeri o idi. Moskvada onun rəhbərliyi ilə
“Yeni Şərq” jurnalı və Şərqşünaslıq Elmi Cəmiyyəti
fəaliyyət göstərirdi. 1925-ci ildə məhz onun təklifi
ilə Böyük Sovet Ensiklopediyasının yazılmasına
başlanılmışdır. “Ucqarlarda inqi-labımızın tarixinə
dair” iri məktub-məqaləsində Nərimanov sovet
hakimiyyətinin törətdikləri vəhşilikləri cəsarətlə
göstərmiş və yazmışdır: “Bu sənədin işıq üzü
görməyə imkanı yoxdur, lakin vaxt gələcək ki, ta-
rix müqəssirləri axtaracaqdır.”
Azərbaycanın müsəlman şərqində nail olduğu
bir çox ilklər, o cümlədən ilk konstitusiya onun
adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə
Azərbaycan xalqının adət və ənənələrinə dərin
hörmət edilmiş, bütün dini və ənənəvi bayramlar
rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O,
siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-
yazıçı kimi Azərbaycan tarixində mühüm rol oyna-
mış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi
milli romanımızın (“Bahadır və Sona”) və ilk tari-
xi faciənin (“Nadir şah”) banisidir.
N.V.Qoqolun “Müfəttiş” komediyası-
nı Azərbaycan dilinə tərcümə etmiş, (1899),
Azərbaycan və rus dillərini öyrənənlər üçün
dərsliklər hazırlamışdır.
Görkəmli ictimai-siyasi xadim Bakıda I Türko-
loji qurultayın çağırılmasında da böyük rol oyna-
mışdır.
N.Nərimanov Azərbaycan məktəb və pedaqoji
fikir tarixində özünəməxsus orijinal fikirlərə ma-
lik bir sima idi. O, zəhmətsevər xalqın içərisindən
çıxmış, zəhmətkeşlər adından çıxış etmiş, zəhmət-
keşlərdən bəhs etmiş və ömrünün sonunadək on-
ların azadlığı, xalq maarifi və mədəniyyətinin
tərəqqisi naminə çalışmışdır.
1925-ci il mart ayının 19-da Moskva vaxtı ilə
axşam saat 8-də SSRİ MİK-nin sədri N.Nərimanov
müəmmalı şəkildə vəfat etdi və Qızıl meydanda,
Kreml divarları yanında dəfn edildi. Onun tabutu
üzərinə qoyulan əklildə “Şərq xalqlarının inqilabi
rəhbərinə və imperializm zülmü altında olanların
tam azadlığı uğrunda çarpışmış mübarizə” sözləri
yazılmışdı.
N.Nərimanovun vəfatı ilə əlaqədar ölkənin
bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn
günü – martın 23-ü matəm elan edildi. Hökumət
binalarında, xaricdəki diplomatik və ticarət
nümayəndəliklərinin binalarında, hərbi və ticarət
donanmasının gəmilərində dövlət bayraqları beş
dəqiqəliyə endirildi.
Nəriman Nərimanovun xatirəsi əbədiləşdirilmiş,
yaşadığı mənzildə 1977-ci il noyabr ayının 6-da,
keçmiş Nikolayevski küç.17-də (indiki İstiqlaliyyət
küç.35) yerləşən binanın 2-ci mərtəbəsində xatirə
muzeyi açılmışdır. Azərbaycanda N.Nərimanovun
adını daşıyan rayon, metro stansiyası, küçələr,
abidələr, məktəblər vardır.
Dostları ilə paylaş: