RƏhilə KƏSƏMƏnli



Yüklə 366,63 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü366,63 Kb.
#7313

250                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

 

RƏHILƏ KƏSƏMƏNLI 



Bakı Dövlət Universiteti  

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi 

 kafedrasının müəllimi 

E-mail: 

rahile.kesemenli@mail.ru 

 

PUBLISISTIK IRSIN YENIDƏN NƏŞRI MƏSƏLƏLƏRI 

 

Açar sözlər: miras, senzura, qadağa  

Ключевые слова: Наследие, цензура, запрет  

Key words: legacy, censorship, prohibition 

 

Aydındır ki, sovet hakimiyyəti illərində XX əsrin əvvəllərində yaşayıb-yaratmış bir çox 

publisistin yaradıcılığını nəinki yenidən çap etmək, habelə onları elmi tədqiqatlara cəlb etmə-

yin  də  üzərinə  senzura  qadağası  qoyulmuşdur.  Doğrudur,  bütün  günahlar  sovet  rejiminin 

mahiyyətindən  doğurdu,  lakin  “bir  çox  halda  Azərbaycan  sovet  ziyalılarının  da  bu  sahədə 

istiqlal  düşüncəsi  ilə  yoğurulmuş  klassik  publisistikanın  gizlədilməsində  rolu  olmuşdur”  . 

Tədqiqata  cəlb  olunan  publisistlərin  çoxu  sovet  ideologiyasına  uyğun  yaradıcılığa  malik 

şəxslər olmuşdur. Bu sırada  N.Nərimanov, Ə.H.Qarayev, Ağamalıoğlu, S.M.Qənizadə, S.M. 

Əfəndiyev  və  başqalarının  sovet  ideoloji  publisistlərin  yaradıcılığına  həsr  olunmuş  tədqi-

qatlarını  misal  gətirmək  olar.  Azərbaycanın  görkəmli  partiya  və  dövlət  xadimi  Sultanməcid 

Məcid  oğlu  Əfəndiyev  (1887-1938)  təkcə  inqilabi  fəaliyyəti  ilə  deyil,  öz  kəskin  publisistik 

qələmi  ilə  xalqımızın  azadlıq  hərəkatı  tarixində  salnamə  səhifələr  yazmışdır.  O,  çox  gənc 

yaşlarından  inqilabi  mübarizə  meydanına  atılmış,  Azərbaycan  və  bütün  Zaqafqaziyanın 

azadlıq mübarizəsində misilsiz rol oynamışdır. On yeddi yaşında RSDFP-nin sıralarına daxil 

olan S.M.Əfəndiyev bolşevik “Hümmət” təşkilatının yaradılmasında və eyni adlı qəzetin nəş-

rində  fəal  iştirak  etmiş,  bolşevik  mətbuatının  səhifələrində  özünü  geniş  siyasi  biliyə  malik 

Lenin  əqidəli  bir  publisist  kimi  göstərmişdir.  O,  publisist  yaradıcılığının  ilk  illərindən 

başlayaraq, qələmini çarizmin mütləqiyyət monarxiyasına qarşı çevirmiş, fəhlə və kəndlilərin 

azadlıqları  uğrunda  yorulmadan  mübarizə  aparmışdır.  Bizim  tədqiqat  kontekstimizdə  araşdı-

rılan  klassik  publisistika  anlayışı  tamam  başqa  kriteriyaları  ehtiva  edir.  Biz  o  publisistikanı 

klassik hesab edirik ki, onun qaldırdığı problemlər öz milli və bəşəri xarakteri ilə həmişə müa-

sirdir, bu günümüz üçün də aktualdır. Lakin bir çox hallarda bəzi publisistika nəzəriyyəçiləri 

milli ruha, milli azadlığa zidd əsərləri də klassika kimi qələmə verməyə çalışmışlar.  

Publisistikanın  görkəmli  tədqiqatçısı  F.Mehdi  doğru  qeyd  edir  ki,  “Azərbaycan  bədii 

publisistikanın qədim tarixi vardır. O, xalqımızın zülmə, istismara, dini fanatizmə, istibdada, 

tamahkarlıq, rüşvətxorluq, nadanlıq, yaltaqlıq, ikiüzlülük, laqeydlik və sairəyə qarşı mübarizə 

prosesində yaranmış və bu mübarizənin salnaməsinə çevrilmişdir... Bütün dövrlərdə müasirlik, 

yüksək  ideyalılıq,  kütləvilik,  beynəlmiləlçilik  bu  publisistikanın  əsas  xüsusiyyətidir.  Bu 

mənada Azərbaycan bədii publisistikası realist-demokratik və inqilabi özülə əsaslanmış, inki-

şaf etmiş və formalaşmışdır”(1.s.3). 

F.Mehdi:  "Cəmiyyətimizin  müasir  inkişaf  mərhələsində  sözə,  xüsusilə  də  publisist  sözə 

maraq və tələb qat-qat artmışdır". (1.s.3.).Həqiqətən də Azərbaycan publisistikası həyatı dərk-

etmə forması kimi böyük şair və yazıçıların qələmindən güc alıb yaranmış, ictimai mübarizədə 

ən  qüvvətli,  kəsərli  təbliğat  vasitəsinə  və  ideya  silahına  çevrilmişdir.  Buna  görə  də  publi-



                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             251 

Tarix və onun problemləri, № 1 2013 

 

sistikanın  yaradıcıları  -  böyük  şair  və  yazıçılarla  ictimai  quruluş  və  onun  müdafiəçiləri  ara-



sında dərin ictimai ziddiyyətləri əks etdirən kəskin konflikt mövcud olmuşdur. Yuxarıda qeyd 

olunan  faktları  yada  salsaq  Azərbaycan  publisistikasının  demokratizmi  və  inqilabiliyi  fikri-

mizdə daha qabarıq canlanar.  

Belə bir elmi fikir də mövcuddur ki, klassik publisistika özündə fundamental problemləri 

ehtiva edir. Bu fundamentallıq sırasında milli-müstəqillik ideyası ilkin yerdə durduğuna görə 

1970-1980-ci illərin sonlarından başlayaraq azadlıq hərəkatı məhz bu mövzuda publisistikanın 

yenidən  üzə  çıxarılmasına  zəmin  yaratdı.  1980-ci  illərin  sonlarından  bu  xarakterli  klassik 

publisistik nümunələr ayrı-ayrı kitab və qəzet səhifələrində işıq üzü görməyə başladı . 

Əslində bu kitabların nəşri yazıçı-alim Elçin Əfəndiyevin 1984-cü ildə klassik publisist-

lərin əsərlərini bir toplu şəklində tərtib və çap etdirdiyi “Fikrin karvanı” kitabı ilə başlayır. Bu 

kitabın çapı o dövr üçün çox böyük cəsarət və risk tələb edirdi. Çünki bu kitabda o zamana 

qədər  adının  çəkilməsi  qadağan  edilən  bir  çox  publisistlərin  –  o  cümlədən  Əlibəy  Hüseyn-

zadənin, Əhmədbəy Ağayevin yaradıcılığı barədə Azərbaycan sovet ədəbi fikrində ilk dəfə söz 

deyilirdi.  

Bundan  sonra  professor  Ş.Qurbanovun  Ö.F.Nemanzadə  publisistikasını  təhlil  edən  bir 

kitabı və publisistin yaradıcılığından bəhs etdiyi əsərləri işıq üzü gördü.  

Alimin  1991-ci ildə çap etdirdiyi “Ömrün fikir dünyası ” kitabı klassik  yazıçı və publi-

sistlərimizin  əsərlərini  təhlil  etmişdir.  Müəllif  yazır  ki,  bu  kitab  “son  vaxtlara  qədər  haqsız 

yerə unudulmuş, hətta adları belə ədəbiyyatımızın tarixində çəkilməyən, lakin öz dövrlərində 

çox böyük işlər görmüş ziyalılar haqqındadır” (2, s.3). 

Yazıçı  publisist,  vətəndaş  jurnalist  Osman  Mirzəyevin  tərtibatı  ilə  işıq  üzü  görən  “Ağ 

ləkələr silinir” adlı kitab da taleyi dəmir senzuradan keçən və repressiyaya uğramış adamlarla 

bərabər bəzi publisistlərin də yaradıcılıq yolunu təhlil edir.  

Minlərlə  ağıllı,  namuslu  adamlarımızı  yox  edib,  onların  təkcə  əsərlərinə,  elmi  və  bədii 

irsinə deyil,  yeddi arxa nəslinə də divan tutublar. Bu vicdan, inam qurbanlarının adı  yazılası, 

xidməti təsvir ediləsi səhifələr tarix kitabımızda boş buraxılıb, ağ qalıb. Tarixin “ağ ləkələri”. 

(3, s.3) 

Lakin bununla belə indinin özündə də çox az iş görülüb. Gərgin axtarışların, alim, yazıçı, 

jurnalist  tapıntılarının  nəticələri  qəzet,  jurnal  səhifələrinə  səpələnib.  Bu  yazıları  toplayıb 

oxuculara kitab halında təqdim etmək, əlbəttə, nəcib təşəbbüsdür . 

Bu  təşəbbüslər  getdikcə  genişləndi.  Azərbaycanın  publisistika  ənənələrini  yada  salmaq, 

bu ənənələri  müasirləşdirmək, üzərinə qadağalar qoyulan publisistikanı  yenidən xalqa çatdır-

maq  əsl  vətəndaşlıq  işinə  çevrildi.  Belə  bir  vətəndaşlıq  işinə  ilk  dəfə  və  fundamental  şəkildə 

Bakı  Dövlət  Universitetinin  professoru  Ş.Hüseynov  başladı.  Son  20  ildə  onun  bu  mövzuda 

500-dən artıq məqaləsi, 4 kitabı işıq üzü görüb. 

1980-ci illərin sonundan SSRİ-də başlayan yenidənqurma dövründə Azərbaycan xalqının 

milli  özünüdərk  prosesi  gücləndi  və  bu,  müstəqillik  uğrunda  açıq  mübarizə  hərəkatı  ilə 

nəticələndi. Belə bir vaxtda ilk yada düşən Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət 

modeli və onun qurucusu M.Ə.Rəsulzadə oldu. Belə bir müstəqillik mücahidi haqqında çoxlu 

məqalələrlə  bərabər,  onun  əsərləri  də  yenidən  çap  olunmağa  başladı.  1990-cı  ildə  publisistin 

“Azərbaycan Cümhuriyyəti”, 1992-ci ildə  Ş.Hüseynovun tərtibatında  əsərlərinin birinci cildi 

çapdan  çıxdı  (4).  Publisistin  bu  kitablarında  Azərbaycan  istiqlalı  ilə  bağlı  əsərləri  toplan-

mışdır. Müasir publisistlərdən biri EA tarix İnstitutunun əməkdaşı Salavat İsaqov doğru yazır 

ki,  M.Ə.Rəsulzadə:  “XX  əsrin  ən  mühüm  azərbaycanlılarının  siyahısına  daxil  olsa  da  onun 

fəaliyyətinin bir çox cəhətləri hələ də lazımınca öyrənilməmişdir”. Onun publisistik irsi Ş.Hü-


252                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

seynov  tərəfindən  öyrənilmiş  və  hələlik  iki  cilddə  çap  edilmişdir.  Bundan  başqa  filologiya 



elmləri  doktoru  Vaqif  Sultanlı  "Məhəmməd  Əmin  Rəsulzadənin  həyat  və  ədəbi  fəaliyyəti" 

mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında, həmçinin həmin dissertasiya əsasında 

nəşr  etdirdiyi  "Məhəmməd  Əmin  Rəsulzadənin  ədəbi  dünyası"  (Bakı-1994)  dərs  vəsaitində 

görkəmli mütəfəkkirin ədəbi-elmi fəaliyyətindən ətraflı bəhs etmişdir. (5, s.22) 

Əsərləri yenidən nəşr olunan publisistlərdən bir də Hüseyn Baykaradır. Təqiblərə məruz 

qalan Baykara Azərbaycanı tərk etməyə məcbur olur. 1927-ci ilin yazında əvvəlcə İrana, sonra 

isə Türkiyəyə gedir. O, Türkiyədə İstanbul Universitetinin hüquq fakültəsinə daxil olur. Uni-

versiteti bitirdikdən sonra Eləziz şəhərində hakim işləyir. Bir müddət sonra İstanbula gələrək 

prokuror  vəzifəsində  çalışır.  O,  hüquqşünas  olmaqla  yanaşı  ədəbi  fəaliyyətini  də  davam 

etdirir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ziyalıları və Azərbaycan xalqının vəziyyəti 

haqqında

 

mətbuatda  elmi,  publisistik  məqalələrlə  çıxış  edir.  Onun  məqalələrini  oxuduqda  görürük  ki, 



söhbət  daha  çox  Azərbaycandan  gedir.  O  cümlədən  “Azərbaycanda  erməni  basqını  və 

Naxçıvan məsələsi”, “Azərbaycan Cümhuriyyətinin iki hərbi zəfəri”, “Azərbaycan renessan-

sını  yapanlardan  Abbasqulu  ağa  Bakıxanov”,  “Azərbaycan  istiqlal  mücadiləsinin  iqtisadi 

təməli”, “Dədə Qorqud kitabı üzərində notlar” və s. yazılar bu qəbildəndir.  

Hüseyn  Baykara  Azərbaycanın  azadlıq  hərəkatından  bəhs  edən  “XIX  əsrdə  Azərbay-

canda  yeniləşmə  hərəkatları”  (kitab  1966-cı  ildə  Türk  Kültür  Araşdırmaları  İnstitutu  tərə-

findən nəşr olunmuşdur), “İran inqilabı və azadlıq hərəkatı”, “Azərbaycan istiqlal mübarizəsi 

tarixi” (kitab 1975-ci ildə İstanbulda buraxılmışdır) elmi kitabların da müəllifidir.  

Hüseyn  Baykara  “Azərbaycan  istiqlal  mübarizəsi  tarixi”  kitabında  Azərbaycanın  yaxın 

tarixini,  müstəqil  cümhuriyyətin  az  vaxt  ərzində  gördüyü  işləri,  ölkənin  başına  gələn  fəla-

kətləri oxuculara çox məharətlə çatdıra bilmişdir. Müəllif bu əsərdə Azərbaycanın bolşeviklər 

tərəfindən  istila  olunmasını,  ermənilərin  bundan  istifadə  edərək  Azərbaycanda  qırğın  törət-

məsini, türkiyəli soydaşlarımızın bizə etdikləri hərbi  yardımı və digər hadisələri tarixi faktlar 

əsasında işıqlandırmışdır.  

H.Baykaranın  fikrincə,  Azərbaycan  türklərinə  qəzet  nəşr  etməyə,  məktəb  aşmağa  icazə 

verilməməsi, onların vətəndaş haqlarının tanınmaması, rus istilasının Azərbaycana mədəniyyət 

gətirməsi haqqında iddialarla bir araya sığmır (6, s.40) 

Sonra  müəllif  davam  edərək  yazır  ki,  “Gələcəkdə  Azərbaycanda  bu  mövzuda  daha 

sanballı əsərlər yazılacaqdır. Azərbaycan xalqının keçmişini, azadlıq mübarizəsini öyrənənləri 

zaman özü yetişdirəcəkdir.  

Tarix  bu  sözlərin  həqiqi  olduğunu  sübut  etdi.  Hüseyn  Baykarinin  publisistikası  “Azər-

baycan istiqlal mübarizəsi tarixi” kitabında toplanıb, müasir oxucuya çatdırılmışdır.  

Son  20  ildə  publisistikasına  müraciət  edilən,  əsərləri  yenidən  çap  edilən  publisistlərdən 

biri də Əli bəy Hüseynzadədir. Onun əsas publisistikası XX əsrin əvvəllərində məktəb səviy-

yəsinə yüksəlmiş “Füyuzat” jurnalında yayılmışdır. Jurnalın səhifələrində onun baş redaktoru 

Əli  bəy  Hüseynzadə  ilə  birgə  Məhəmməd  Hadi,  Mirzə  Ələkbər  Sabir,  Hüseyn  Cavid,  Səid 

Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq kimi onlarla müəllifin müxtəlif mövzulu 

yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarak-

terizə  olunur.  “Füyuzat”da  Əli  bəy  Hüseynzadənin  yazdığı  məqalələrdən  birində  deyilirdi: 

“Bizə  fədai  lazımdır!  Türk  hissiyyatlı,  islam  etiqadlı,  Avropa  (müasir)  qiyafəli  fədai!”.  Bu 

fikir  füyuzatçı  mətbuat  orqanları  tərəfindən  təkmilləşdirildi  və  “Tazə  həyat”,  “İrşad”,  “Yeni 

Füyuzat”,  “Həqiqət”,  “Tərəqqi”,  “İqbal”,  “Sədayi-həqq”,  “Şəlalə”,  “Açıq  söz”,  “Bəsirət”, 

“Qurtuluş”, “türkləşmək, islamlaşmaq, müasirləşmək” azərbaycançılıq şəklində formulə edilə-

rək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (ma-



                                                                      Mənbəşünaslıq, tarixşünaslıq

                                                             253 

Tarix və onun problemləri, № 1 2013 

 

vi,  qırmızı,  yaşıl)  simvollaşan  Azərbaycan  vətəndaşının  ideya-mənəvi  dəyərləri  Əli  bəy  Hü-



seynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır” (7, s.9). 

Filologiya  elmləri  doktoru  Ş.Vəliyevin  “Füyuzat”  ədəbi  məktəbi”  fundamental  əsəri 

Ə.Hüseynzadə  yaradıcılığını  təhlil  edən  qiymətli  monoqrafiyadır.  Azərbaycan  mətbuatı, 

ədəbiyyatı, ictimai fikir tarixində “füyuzatçılıq”, “Füyuzat” ədədi məktəbi, “Füyuzat”çı fəlsəfi 

fikir  cərəyanı  və  s.  bu  qəbildən  olan  ifadələrə  tez-tez  rast  gəlmək  olar.  Sovet-bolşevik  haki-

miyyəti  illərində  ən  çox  hücuma  məruz  qalan  saxtalaşdırılan  mətbuat  orqanlarından  birincisi 

də məhz “Füyuzat”, onun baş redaktoru Əli bəy Hüseynzadə və digər görkəmli “füyuzat”çılar 

idilər. Onların  yaradıcılıq yolu ədəbiyyat, mətbuat, fəlsəfəyə xidmət, sosial kredoları azadlıq, 

milli tərəqqi naminə birliyə çağırış idi. 

Bayrağımızdakı  üç  rəngin  üçünün  də  rəssamı  Əli  bəydir.  Belə  bir  böyük  tarixi  şəxsiy-

yətin ədəbi –fəlsəfi irsinə yeni münasibət formalaşıb. Azərbaycan Respublikası MEA Nizami 

adına  Ədəbiyyat  İnstitutunun  əməkdaşı,  filologiya  elmləri  namizədi  Ofeliya  Bayramlı  onun 

publisistikasını tədqiq edib. 1994-cü ildə Ofeliya xanım Ə.Hüseynzadənin 1908-1910-cu illər-

də “İrşad”, “Tərəqqi” və “Həqiqət” qəzetlərində hissə-hissə dərc edilmiş, “Siyasəti-fürsət” sər-

lövhəli oçerklərini toplayaraq ayrıca kitabça halında nəşr etmişdir.  

Ofeliya xanım kitaba  yazdığı “Ə.Hüseynzadə və onun “Siyaəti-fürsət” əsəri” sərlövhəli 

34 səhifəlik giriş məqaləsində yazır: “İstibdadın ifşası, azadlığın tərənnümü Ə.Hüseynzadənin 

bütün  əsərlərində  olduğu  kimi,  mürəkkəb  və  ictimai-siyasi  mündəricə  ilə  dolğun  “Siyasəti-

fürsət”  adlı  iri  həcmli  əsərində  bütün  dərinliyi  və  çoxcəhədliliyi  ilə  bir  küll  halında  təzahür 

olunmuşdur. Milli azadlıq hərəkatının böyük bir mərhələsini əks etdirən bu əsərdə ədibin əsas 

tənqid  hədəfi  əsrin  əvvəllərində  1-ci  rus  inqilabının  təsirinə  oyanan  şərq  xalqlarının  milli-

azadlıq hərəkatına qarşı çarizmin yeritdiyi müstəmləkəçilik siyasəti idi” (8, s.3). 

1996-cı ildə Ofeliya Bayramlı Ə.Hüseynzadənin “Füyuzat (1906-1907)” jurnalında dərc 

olunmuş seçilmiş məqalələrini “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” adı ilə çap etdirmişdir. 

Kitaba görkəmli ədəbiyyatşünas, tənqidçi, tədqiqatçı alim, professor Yaşar Qarayev təqdimat 

yazmışdır.  Y.Qarayevin  təqdimatında  oxuyuruq:  “hər  iki  kitabın  işıq  üzü  görməsi  bilavasitə 

Ofeliya  xanım  Bayramovanın  böyük  əməyinin,  milli  və  vətəndaşlıq  xidmətinin  nəticəsidir. 

Ofeliya  xanımın  hər  iki  kitabı  istər  Əli  bəy,  istərsə  də  ədəbiyyatşünaslığımız  qarşısında  bir 

əsrlik borcun qismən də olsa ödənilməsi deməkdir" (9, s.18). 

Beləliklə, Əli bəy Hüseynzadənin publisistik irsi xeyli dərəcədə yenidən nəşr edilmişdir.  

Klassik  publisistikanı  oxuculara  çatdıran  kitablardan  biri  Ü.Hacıbəylinin  “Fitnələr 

qarşısında” kitabıdır. Bu kitabın maraqlı cəhəti ondadır ki, Ü.Hacıbəylinin 2 illik müstəqillik 

dövrünü əhatə edən əsərlərini oxucuya çatdırır. 

Ü.Hacıbəylinin  1918-1920-ci  illərdə  çıxan  “Azərbaycan”  qəzetindəki  publisistikasının 

əsas  mahiyyətini  və  tematikasını  dərk  etmək  üçün  həmin  dövrün  ictimai  siyasi  vəziyyətinə 

nəzər  salmaq  vacibdir.  Çünki,  təkcə  Üzeyir  bəy  yaradıcılığı  deyil,  bütövlükdə  Azərbaycanın 

tarixi lazımınca öyrənilməmiş, daha doğrusu bir tərəfli və qərəzli tədqiq olunmuşdur. 

Ü.Hacıbəylinin  “Azərbaycan”  qəzetinin  nəşrində  müstəsna  xidmətləri,  rolu  və  iştirakı 

olmuşdur.  Qəzetə  rəhbərlik  etməklə  Ü.Hacıbəyli  onun  ideya  istiqamətini  müəyyənləşdirmiş, 

Azərbaycanın müstəqil respublika kimi möhkəmlənməsinə çalışmışdır. (10, s.6). 

O  dövrdə  müstəqil  Azərbaycanın  qəzeti  olan  “Azərbaycan”  və  onun  müəlliflərinin 

yazıları çox qiymətli yer tutur.  

Bu  mənada  Ü.Hacıbəylinin  əsərlərini  təqdim  edən  “Fitnələr  qarşısında”  kitabı  yeni 

nəşrlər sırasında mühüm əhəmiyyət kəsb edir. 



254                                                                Mənbəşünaslıq, tarixşünaslıq 

Tarix və onun problemləri, № 1 2013 

 

Ceyhun  Hacıbəylinin  1993-cü  ildə  Fransadan  gətirilən  və  Bakıda  çap  edilən  “Seçilmiş 



əsərləri”  publisistikaya  dair  yeni  nəşrlər  sırasına  daxildir.  Məlum  səbəblər  üzündən 

Azərbaycan xalqı uzun onilliklər müddətində C.Hacıbəyli haqqında məlumat ala bilməmişdir. 

Halbuki Azərbaycan mühacir mətbuatının çox böyük bir hissəsi onun adı ilə bağlıdır. 

Kitabda  C.Hacıbəylinin  “Azərbaycan  istiqlalının  bərpası”,  “Azərbaycanda  anti-islam 

təbliğatının  metodları”,  “Rus  demokratlarının  bolşeviklərlə  birləşdiyi  məqamlar”  və  s.  kimi 

əsərlər öz əksini tapmışdır.  

Azərbaycan  istiqlal  əldə  edəndən  sonra  jurnalistika  ilə  bağlı  bu  tipli  kitablar  işıq  üzü 

görməyə  başlamışdır  və  bu  proses  indi  də  davam  etməkdədir.  Xalq  bu  kitablar  vasitəsilə  öz 

publisistlərini tanımağa, qiymətləndirməyə başlamışdır.  

 

ƏDƏBIYYAT 

1.Mehdi F.Bədii publisistika. Bakı, “Maarif” nəşr, 1982, 296 s. 

2.Qurbanov Ş. Ömrün fikir dünyası. Bakı, “Yazıçı” nəşr., 1991, 320 s. 

3.“Ağ ləkələr silinir”. Bakı, Azərnəşr, 1991, 200 səh. 

4.Rəsulzadə M.Ə. Əsərləri. I cild. Bakı, Azərnəşr,1992, 470 səh. 

5.Cabbarlı N. Mühacirət və klassik ədəbi irs. Bakı, "Elm", 2003, 169 s. 

 6.Cabbarlı N. Mühacirət və klassik ədəbi irs. Bakı, "Elm", 2003, 169 s. 

7.Hüseynzadə  Ə.Qırmızı  qaranlıqlar  içərisində  yaşıl  işıqlar.  Seçilmiş  əsərləri,  Bakı,  1985, 

653s. 

8.Bayramlı O. Əli bəy Hüseynzadə və onun "Siyasəti-fürsət" əsəri. Bakı, "Elm", 1994. 



9.Qarayev  Y.  Qırmızı  qaranlıqlar  içində  yaşıl  işqılar,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  Bakı, 

1996. 


10.Aslan  Kənan.  Açlmamış  səhifələr.  Ü.Hacıbəylinin  “Fitnələr  qarşısında”  kitabına  ön  söz. 

Bakı, 1995. 



РАХИЛЯ КАСАМАНЛИ 

ВОПРОСЫ ПЕРЕИЗДАНИЯ ПУБЛИЦИСТИЧЕСКОГО НАСЛЕДИЯ 

В  20-х  годах  –  ХХ  столетия  в  период  советской  власти  над  представителями 

публицистики  не  только  была  установлена  цензура  над  их  творчеством,  но  и  не  было 

возможным  печатать  новые  произведения.  Есть  и  такое  мнение,  что  классическая 

публицистика отражает в себе фундаментальные проблемы».  

В конце 1980-х годов такого типа классическая публицистика стала востребована и 

начали выходить новые печатные издания. Творчество Алибека Гусейнзаде, Ахмедбека 

Агаева,  О.Ф.Неманзаде,  Мамеда  Эмина  Расулзаде,  Г.Байкара,  Узеирбека  Гаджибейли 

жестко  преследовавшегося  цензурой  при  жизни  авторов,  нашло  своё  достойное 

отражение в новых изданиях по публицистике. 



R.KESEMENLI 

THE PROBLEMS OF PUBLICATION OF PUBLISISTIC LEGACY AGAIN 

In the beginning of ХХ century the creative work of some publicists living in this period 

and publication of their creative work again was prohibited and there was censorships to draw 

in their publication to scientific investigation as well. 

 The majority of publicists drown in to investigation were the people who had the ideas 

about soviet ideology. Beginning from the end of 1980 the samples of classic publisism began 

to  appear  on  the  pages  of  separate  books.  So,  for  the  last  20  years  the  publisisitic  legacy  of 

M.A.Razulzadeh  ,  N.Baykaran,  A.Huseynzadeh  and  U.Hajibayli  has  been  publised  again 

many  times.  People,  with  the  help  of  these  books  began  to  come  to  know  and  value  their 

publisists.  



 

Rəyçilər: f.ü.f.d. H.Niftəliyeva, t.e.d.A.C.İsgəndərov 

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının 10.01.2013-cü il tarixli iclasının 

qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№05).

 

Yüklə 366,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin