12
Milli Qəhrəmanlar
Mehdi Abbasov
1960-1992
Y
ANV
AR
Mehdi Yusif oğlu Abbasov 1960-cı il
yanvar ayının 1-də Qərbi Azərbaycanın
Amasiya rayonunun Yeniyol kəndində
anadan olmuşdur.
1966-cı ildə Yeniyol kənd orta
məktəbində təhsil almağa başlamış,
1976-cı ildə həmin məktəbi bitirmişdir.
1977-ci ildə Mehdinin ailəsi erməni
təzyiqinə məruz qalaraq məcburən Qa-
zaxıstan Respublikasının Tülkübas ra-
yonunun Kulan kəndinə köçmüşlər.
Mehdi 1980-ci ildə Çimkənd Peda-
qoji İnstitutunun hazırlıq şöbəsinə, daha
sonra Karaqanda Pedaqoji İnstitutuna
daxil olmuşdur.
1989-cu ildə Qazaxıstan KP Tülkübas
Rayon Komitəsinin qərarı ilə Daxili İşlər
orqanlarında işləməyə göndərilmişdir.
Bir müddət burada müxtəlif vəzifələrdə
işlədikdən sonra 1991-ci il iyun ayı-
nın 28-də Azərbaycan Respublikası-
nın DİN-nin sərəncamına göndərilmiş,
burada baş leytenant rütbəsində rota
komandiri kimi DİN-in XTMD-ndə
xidmətə başlamışdır. Xidmətlərinə görə
dəfələrlə DİN-in mükafatlarına layiq
görülmüşdür.
1992-ci il yanvar ayının 13-də
Məlikcan postu ətrafında gedən döyüş-
də, snayper gülləsi Mehdini başın-
dan ağır yaralamış və həmin gün o
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 6 iyun 1992-ci il tarixli 831 say-
lı Fərmanı ilə baş leytenant Abbasov
Mehdi Yusif oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir. Bakının Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
İsmayıllı rayonunun keçmiş Ruşan
kəndi Mehdi Abbasovun adını daşıyır.
Rayonun mərkəzi küçələrindən birinə
onun adı verilmişdir.
Dostları ilə paylaş: