Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə247/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   243   244   245   246   247   248   249   250   ...   484
195
7
Milli Qəhrəmanlar
55 
illiyi
Tabil Həsənov
1960-1992
İYUL
Tabil Qasım oğlu Həsənov 1960-cı il 
iyulun 4-də Xocalı rayonunun Kosalar 
kəndində anadan olmuşdur. 
1977-ci ildə burada məktəbi bitir-
mişdir. 
1980-cı ildə  hərbi xidmətə çağırıl-
mışdır. 
1982-ci ildə ordu sıralarından 
tərxis olunan Tabil Xocalının Kosalar 
kəndində Rabitə  şöbəsində  işləməyə 
başlamışdır.
1991-ci il 15 dekabr erməni millətçi 
qəsbkarları  Cəmilli kəndinə dörd 
tərəfdən hücuma keçərkən Tabil və 
dəstəsi ilə düşmənə əks hücum edərək 
Meşəli kəndini azad etmişdilər. Bu 
qələbədən sonra ona el arasında “Qırxız 
qartalı” deyə səslənirdilər. Erməni işğal-
çıları sonra yenidən Meşəli kəndinə hü-
cum etmiş, Tabil bu kəndi yenidən azad 
edə bilmiş  və düşmənin canlı qüvvəsi 
məhv edilmişdi. 
1992-ci il  mart ayının 29-da erməni 
qəsbkarları Kosalara yenidən hü-
cum etmişdilər. Saatlarla davam edən 
döyüşdə 53 erməni  öldürülmüş, onla-
rın 12-ni “Qırxız qartalı” Tabil məhv 
etmişdi. Lakin bu onun son döyüşü 
olmuş, o, bu döyüşdə  qəhrəmancasına 
həlak olmuşdu.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 15 yanvar 1995-ci il tarixli 262 
saylı Fərmanı ilə Həsənov Tabil Qasım 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində 
dəfn edilmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin