Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə251/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   247   248   249   250   251   252   253   254   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
11
Milli Qəhrəman


197
Milli Qəhrəmanlar
50 
illiyi
Rafiq  Alıcanov
1965-1993
İYUL
Rafiq Cəfər oğlu Alıcanov 1965-ci 
il iyul ayının 11-də Qazax rayonunun 
Kəmərli kəndində dünyaya göz açmış-
dır. 
Muğanlı  kənd orta məktəbini 
bitirdikdən sonra Kalininqrad şəhərinə 
gedərək Ali Hərbi Məktəbə daxil ol-
muşdur. 
1988-ci ildə  təhsilini bitirib Ukray-
nada ixtisası üzrə  işə başlamışdır. La-
kin Qarabağ müharibəsi başladığı üçün 
Azərbaycana geri dönmüşdür. Qazax, 
Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, 
Ağdam, Tərtər, Füzuli, Zəngilan rayon-
larında və Naxçıvan MR-da döyüşlərdə 
iştirak etmiş, kapitan rütbəsinə 
yüksəlmişdir. 
5 noyabr 1993-cü ildə Füzuli rayo-
nunun Kürdmahmudlu kəndi uğrunda 
gedən döyüşlərdə qəhrəmancasına həlak 
olmuşdur.
Ailəli idi, bir qızı və bir oğlu var.
Azərbaycan Respubliksı Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli 
203 saylı  Fərmanı ilə kapitan Alıca-
nov Rafiq Cəfər oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi 
qəhrəmanın adını daşıyır. Məktəbdə 
və Ağstafa şəhərinin mərkəzində büstü 
var. Büstün qoyulduğu ərazidə yerləşən 
park onun adını daşıyır. Eyni zamanda 
Bakı  şəhəri Suraxanı rayonu Qaraçu-
xur qəsəbəsində  və Ağstafa rayonunun 
mərkəzindəki küçəyə onun adı verilmiş-
dir.
Rafiq Alıcanovun qəhrəmanlığından, 
keçdiyi həyat yolundan bəhs edən 
Güləmail Muradla Salatın  Əhmədlinin 
“Vətən sağ olsun” şeir kitabı və Fəridə 
Ləmanın “Lalələr  şəhid qanı” poeması 
işıq üzü görmüşdür. Qarabağ  uğrunda 
gedən döyüşlərdə göstərdiyi igidliyə 
görə (ölümündən sonra) bir sıra diplom-
larla təltif olunmuşdur.
2013-cü ildə onunla yanaşı Qazax ra-
yonundan olan digər iki Milli Qəhrəman 
- Mərifət Nəsibov və  Şamoy Çobano-
vun həyat və döyüş yollarından bəhs 
edən “Qartal yuvası” sənədli-bədii filmi 
çəkilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin