Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə318/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   314   315   316   317   318   319   320   321   ...   484
SENTY
ABR
5
1


245
SENTY
ABR
5
0
Milli ədəbiyyat 
85 
illiyi
Oqtay Salamzadə   
 
1930-2012
SENTY
ABR
Oqtay Məmmədhəsən oğlu 
Salamzadə 1930-cu il sentyabr 
ayının 1-də Füzuli rayonunun 
Cuvarlı kəndində anadan olmuş-
dur.
1948-1953-cü illərdə Azərbay-
can Dövlət Universitetinin (indi-
ki BDU) fəlsəfə şöbəsində təhsil 
almış, bilik və bacarığı nəzərə alı-
naraq gənclər təşkilatının rəhbəri 
vəzifəsinə irəli çəkilsə də, yaradı-
cı mühitə daim üstünlük vermiş-
dir. 
1954-1959-cu illərdə Bakı 
Şəhər Komsomol Komitəsinin, 
Komsomolun Mərkəzi Aparatı-
nın katibi vəzifəsində çalışmış-
dır. 
1959-1963-cü illərdə Azər-
baycan Dövlət Televiziya və Ra-
dio Verilişləri Komitəsində  uşaq 
və gənclər verilişləri redaksiyası-
nın məsul redaktoru olmuşdur.
Oqtay Salamzadə 1963-cü 
ildə Azərbaycan Jurnalistlər  İt-
tifaqının məsul katibi seçilmiş, 
sonralar Beynəlxalq Jurnalistlər 
Təşkilatının Rəyasət Heyətinin 
üzvü, SSRİ Jurnalistlər  İttifaqı 
Təftiş Komissiyası  sədrinin mü-
avini olmuşdur.
1976-1979-cu illərdə “Kitabse-
vərlər” cəmiyyətinin baş redakto-
ru, 1979-1984-cü illərdə “Yazıçı” 
nəşriyyatında böyük redaktor, 
1989-1993-cü illərdə “Karvan” 
jurnalının baş redaktoru olmuş-
dur.
O, ömrünün 60 ildən çoxunu 
qələmə, yaradıcılığa həsr etmiş
yüzlərlə oxunaqlı  mətbu yazıla-
rı,  ədəbi-bədii  əsərləri yadigar 
qalmışdır. Bu nümunələr janr, 
mövzu rəngarəngliyinə, dil, üs-
lub xüsusiyyətlərinə görə daim 
diqqəti çəkmiş, müəllifinə medi-
anın da, ədəbiyyatsevərlərin də 
rəğbətini qazandırmışdı.
1993-cü ildən Azərbaycan 
KİV  İşçiləri Həmkarlar  İttifaqı-
nın sədri, Qafqaz Müsəlmanları 
İdarəsi Elmi-Dini Şurası sədrinin 
müavini olmuşdur.
Oqtay Salamzadənin dövri 
mətbuatda işıq üzü görən 500-
dən çox məqaləsi, “Bizim nəsil”, 
“Tahirə”, “Qızıl torpaq” romanla-
rı, “İsgəndərin övladları”, “İkin-
ci pillə”, “Yaz yağışı”, “Səma 
elçiləri” povestləri, ölkənin dram 
teatrlarında səhnəyə qoyulan 
əsərləri onun gərgin və  mənalı 
axtarışlı  həyat yolundan xəbər 
verir.
Tanınmış yazıçı-publisist, jur-
nalist Oqtay Məmmədhəsən oğlu 
Salamzadə 2012-ci il aprel ayının 
2-də vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin