Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə334/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   330   331   332   333   334   335   336   337   ...   484
İ n t e r n e t d ə
www.az.wikipedia.org
22
Ədəbiyyatşünas


257
Kimya.Biologiya.Tibb
70 
illiyi
Rafiq Məmmədhəsənov
1945
SENTY
ABR
Rafiq Musa oğlu Məmmədhəsənov 
1945-ci il sentyabr ayının 26-da Gədəbəy 
rayonunda anadan olmuşdur.
Gədəbəydə orta məktəbi bitirərək 
Bakı  şəhərinə  gəlmiş  və 1963-cü ildə 
N.Nərimanov adına Azərbaycan Dövlət 
Tibb  İnstitutunun müalicə-profilaktika 
fakültəsinə  qəbul olmuş, 1969-cu ildə 
həmin institutu bitirmişdir.
O, 1969-1971-ci illərdə Naftalan sa-
natoriyasında həkimlik fəaliyyətinə baş-
lamış, sonra 1971-1973-cü illərdə Bakı 
şəhərinə qayıdaraq Mərdəkan mədə-
bağırsaq sanatoriyasında çalışmışdır.
1974-1976-cı illərdə Azərbaycan 
Dövlət Tibb İnstitutunun II müalicə-
profilaktika fakültəsinin daxili xəstəliklər 
kafedrasının aspirantı olmuş, 1977-
1986-cı illərdə həmin kafedrada assistent 
vəzifəsində  işləmişdir. O, tədqiqat pro-
sesi zamanı böyük uğurlar  əldə edərək 
namizədlik dissertasiyasını vaxtından 
qabaq başa çatdırmışdır. Respublikada 
İxtisaslaşmış müdafiə elmi şurası olma-
dığına görə 1979-cu ildə Tbilisi Dövlət 
Tibb İnstitutunda namizədlik dissertasi-
yası müdafiə etmişdir.
1986-1990-cı illərdə Moskvada Ümu-
mittifaq Endokrinologiya və Hormonlar 
Kimyası İnstitutunda doktorluq disserta-
siyasını müdafiə edərək tibb elmləri dok-
toru alimlik dərəcəsinə yiyələnmişdir. 
1990-cı ildən Tibb Universitetinin 
Daxili xəstəliklər kafedrasının müdi-
ri vəzifəsində çalışmış  və  həmin ildən  
eyni zamanda Azərbaycan Respublikası 
Səhiyyə Nazirliyinin baş endokrinoloqu 
olmuşdur. Azərbaycan Tibb Universiteti-
nin elmi işlər üzrə prorektoru vəzifəsində 
çalışmışdır. 2013-cü ildən Azərbaycan 
Tibb Universitetinin təlim-tərbiyə  işləri 
üzrə prorektorudur.
2005-ci ildən Azərbaycan Tibb Jur-
nalının baş redaktorudur. 2006-2009-cu 
illərdə Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissi-
yasında Tibb üzrə ekspert şurasının sədri 
işləmişdir. 250-dən artıq elmi əsərin 
müəllifidir. Tibb Universitetinin tələbələri 
üçün “Daxili xəstəliklər” və “Endokrino-
logiya” fənnlərindən dərsliklər yazmış-
dır.  Əsərlərin bir çoxu xarici olkələrdə 
çap olunmuşdur. Azərbaycan Respubli-
kasının baş endokrinoloqu kimi Rusiya, 
Almaniya, Türkiyə, Meksika, Belçika, 
İsrail, İran və başqa ölkələrdə keçirilən 
konqreslərdə Azərbaycanın endokrino-
logiya elmini təmsil etmişdir.
2000-ci ildə ümummilli lider Heydər 
Əliyev tərəfindən imzalanmış müvafiq 
sərəncamla Azərbaycan Tibb Universi-
tetinin 70 illiyi münasibətilə elm, təhsil 
və  səhiyyə sahəsində nailiyyətlərinə 
görə  “Əməkdar elm xadimi” fəxri adı-
na layiq görülmüşdür. 2010-cu ildə isə 
Azərbaycanda tibb təhsilinin və elmi-
nin inkişafındakı xidmətlərinə görə 
Azərbaycan Respublikasının “Tərəqqi” 
medalı ilə təltif edilmişdir. 1992-ci ildən 
YAP siyasi şurasının üzvüdür.
Azərbaycan Respublikasının Milli 
Məclisinə deputatıdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin