Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə399/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   395   396   397   398   399   400   401   402   ...   484
Ə d ə b i y y a t
Həsənov, K. Ədliyyə sis-
temi daim təkmilləşir: 22 
noyabr Ədliyyə İşçilərinin 
Peşə Bayramı Günüdür 
/K.Həsənov //Respublika.- 
2013.- 19 noyabr.- S.10. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.xalqqazeti.com
22
7


311
7
Tarixdə bu gün
Beynəlxalq İnformasiya Təhlükəsizliyi 
Günü
1988
NOY
ABR
Beynəlxalq  İnformasiya Təhlükəsizliyi Günü 
1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz 
həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat 
institutları  və  hərbi idarələr də daxil olmaqla 
ARPANET-in minlərlə qovşağını  sıradan çıxaran 
ilk kompyuter virusu meydana gəldi və  nəhəng 
itkilərə  səbəb oldu. Yaradıcısının adı ilə “Mor-
ris soxulcanı” adlandırılan bu virusun vurdu-
ğu ziyan təxminən 100 milyon dollar həcmində 
qiymətləndirilmişdir. 
“Morris soxulcanı” göstərdi ki, informasiya 
təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir 
və insanlar tərəfindən böyük səylər və müva-
fiq tədbirlərin həyata keçirilməsini tələb edir. 
Buna görə  də dünya ictimaiyyəti informasiya 
təhlükəsizliyinin təmin edilməsinə kompleks ya-
naşmanın zəruriliyi haqqında ciddi düşünməyə 
başladı. Həmin vaxtdan bəri informasiya texnolo-
giyaları, təbii olaraq informasiya cəmiyyəti inki-
şaf etdikcə bu problem daha da aktuallaşır. Bunları 
əsas tutaraq 1988-ci ildə Kompyuter avadanlığı 
üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq 
İnformasiya Təhlükəsizliyi Günü elan etmişdi. 
Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni 
yox, bütün bəşəriyyəti təhdid edən problemdir. 
İnformasiya Təhlükəsizliyi Günü çoxdan 
istifadə olunan parolların yeniləşdirilməsi, sis-
temdə virusların mövcudluğunun yoxlanması, 
verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-
yanın silinməsi, vacib informasiyaların mühafizə 
səviyyəsinin auditi, kompleks təhlükəsizliyin 
və digər bu kimi tədbirlərin həyata keçirilməsi, 
ictimaiyyətin diqqətinin artırılması, müvafiq qu-
rumların və mütəxəssislərin məsuliyyətinin xatır-
lanması və ümumiyyətlə, bir monitorinq günüdür. 
Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi 
problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş 
beynəlxalq tədbirlər keçirilir. 
Keçən müddət  ərzində bu günün əhəmiyyəti 
daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və 
insanların informasiya-kommunikasiya texnologi-
yalarından (İKT) asılılığı gücləndikcə informasi-
ya təhlükəsizliyinin  əhəmiyyəti özünü daha çox 
büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin, 
cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin 
edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. 
İnternetin sürətli inkişafı  və kütləvi halda 
istifadəçilərin meydana çıxması ilə kompyuter və 
kommunikasiya sistemlərinə olan təhdidlər daha 
ehtimallı olur və onların realizəsinin nəticələri 
daha da geniş miqyas alır. 
İnformasiya təhlükəsizliyinin təmin edil-
məsinin  ən vacib vəzifələrindən biri də yüksək 
ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu 
istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra 
ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-
lanmasına başlanmışdır. 
Vətəndaşlarda informasiya mədəniyyətinin 
vacib hissəsi olan informasiya təhlükəsizliyi 
mədəniyyətinin formalaşdırılması istiqamətində 
davamlı  və  məqsədyönlü tədbirlərin görülməsi 
zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə 
ki, istifadəçilərdə informasiya-kommunikasiya 
sistemlərində  iş zamanı  təhdidlərin vura biləcəyi 
ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri 
haqqında zəruri bilikləri və onlarla işləmək ba-
carıqları olmalıdır.  İnternet  şəbəkəsindən istifadə 
mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə 
qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu 
mədəniyyət normalarını təbliğ etmək lazımdır. 
30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-
liyi Gününün əsas məqsədlərindən biri də elə bu-
dur. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin